Xəbər lenti
Moskvanın Bakıya qarşı silahlanmasının sirri
Hər şey Kremlin Qarabağ məsələsinə münasibətindən çox asılı olacaq
Rusiyanın diplomatik idarəsi yenidən Bakıya qarşı müraciət edərək erməni soyadlı rusiyalılara qarşı ayrı-seçkilik məsələsini gündəmə gətirib.
Təbii ki, Bakı ittihamları təkzib edib və öz həmkarlarını başa salıb ki, erməni soyadlı RF vətəndaşlarına qarşı bu cür praktika davam etdiriləcək. Həm də bildirilib ki, Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya diplomatlarının bu məsələyə həddindən artıq maraq göstərməsinin sirrini anlamır.
Yəqin ki, Rusiya Xarici İşlər Nazirliyində bilirlər ki, bir neçə il qabaq Bakıda metro stansiyalarından biri partladılmışdı və çox sayda insan həlak olmuşdu. Bundan az sonra Azərbaycanın rayonlarından birində sərnişin dolu avtobus partladılmışdı. İstintaq İrəvanın tapşırığı ilə fəaliyyət göstərən cinayəyətkarları aşkar etmişdi və cəzalandırmışdı.
Azərbaycanla Ermənistan arasında müharibə gedir. Təbii ki, Bakı öz vətəndaşlarını bu cür təxribatlardan qorumağa çalışır. Bir sıra ekspertlər düşünür ki, Moskvanın bu bəyanatı yalnız Rusiya ilə Azərbğaycan arasında hansısa yeni söz müharibəsinin başlanğıcıdır.
İki ölkə arasında münasibətlərin pislənməsinin ilkin əlamətləri 2017-ci ilin may ayında Rusiya Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Rusiya ərazisində fəaliyyətinin dayandırılması ilə bağlı qərar verməsindən sonra ortaya çıxdı. Bu iri qurum 16 il qabaq Azərbaycan və Rusiya prezidentlərinin birgə qərarı nəticəsində yaranıb. Beləliklə, sıraların 2 milyon adam olan nüfuzlu Azərbaycan diaspor təşkilatına düşmən münasibətdən söhbət gedir. Xüsusilə qeyd edək ki, Rusiya Ədliyyə Nazirliyi Kremldən xeyr-dua almasa, heç vaxt bu addımı atmazdı. Yəni 16 il heç kim heç nə görmədi, birdən tapdılar.
ÜAK-ın bağlınması, Rusiya XİN-nni düşməncəsinə bəyanatı iki ölkə arasında münasibətlərin elə də yaxşı olmadığını göstərir. Bakıdakı ekspertlər hesab edirlər ki, Rusiyanın Azərbaycandan narazılığı bir neçə amillə bağlıdır. Birinci amil cənub qaz kəmərinin tikilməsidir. Həmçinin Türkiyə ərazisində TANAP qaz kəmərinin tikintisi və onun Avropaya qədər uzanması münasibətləri Kremli narahat edir. Görünür, Moskva hesab edir ki, Cənub Qaz Dəhlizinin genişlənməsi Avropada Rusiya qazının mövqelərini zəiflədə bilər.
Rusiyanı əsəbiləşidərn digər amil Ankara - Bakı - Tbilisi üçbucağıdır. Xüsusilə qeyd edək ki, Bakı heç bir hərbi blokun üzvü deyil. Bununla yanaşı, Rusiya KTMT-dən əlavə Ermənistanla vahid havadan müdafiə sistemi yaradır. Ermənistana Rusiya tərəfindən edilən başqa hərbi güzəştlər də Bakını Ankara ilə hansısa birlik yaratmağa məğbur edir, söhbət hərbi birlikdən gedir.
Rusiyanın bu yaxınlarda Ermənistana «İskəndər» raketləri yerləşdirməsi, silah almaq üçün Ermənistana 200 milyon dollar kredit verməsi açıq göstərir ki, Moskva Bakının işğal edilmiş torpaqları azad etmək istiqamətində istənilən addımının qarşısını almağa çalışır. Azərbaycan, təbii ki, vəziyyətdən çıxmaq üçün yol arayır və yəqin ki, bir çıxış yolu tapacaq. Amma vəziyyətdən çıxdıqdan sonra Rusiya ilə Azərbaycanın münasibətlərinin düzəlib-düzəlməyəcəyi Moskvanın Qarabağ məsələsinə münasibətindən çox asılı olacaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar