Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Dünyanın görmək və çözmək istəmədiyi Qarabağ problemi

Tarix: 26-06-2017 19:15     Baxış: 3590 A- / A+
Dünyanın görmək və çözmək istəmədiyi


Rəsmiyyə Rzalı,
“Azərnəşr”in redaktoru
Dünyanın görmək və çözmək istəmədiyi


Coğrafi baxımdan Rusiya, Türkiyə və İran üçbucağında yerləşən Azərbaycan İran və Rusiya ilə ümumi tarixə, Türkiyə ilə etnik mənsubiyyətə malikdir. Hər üç ölkənin də burada maraqları olduğu həqiqətdir. Bütün zamanlarda Azərbaycan torpaqlarını işğal edən Rusiya bunu Ermənistanın adı ilə həyata keçirmiş, ermənilərdən şirma kimi istifadə etmişdir. Yəni bir əsrdən çoxdur ki, Azərbaycan torpaqlarını işğal edib, insanlarını qətlə yetirən erməni separatizmində əsas rolu böyük dövlət faktoru oynamışdır. Rusiyanın ayrı bir marağı da ondan ibarət idi ki, bu cür lokal müharibələrlə Qafqaz regionunda itirdiyi mövqeyini bərpa etsin. Ona görə də Rusiyanın bu ərazilərdən asanlıqla çıxacağı real görünmür. Lakin Ermənistanı daxili əyalətlərindən biri kimi idarə edən, yəni tam təsir dairəsində saxlayan, Azərbaycana da kifayət qədər təsir imkanları olan Rusiya yeni müharibənin alovlanmsında artıq maraqlı deyil, vəziyyətin bu şəkildə davam etməsi onu qane edir.
Azərbaycan ABŞ-ın da maraq dairəsindədir. Bir vaxtlar bu cür etnik müharibələrə marağı SSRİ-ni dağıtmaq məqsədi güdürdü. 1988-1993-cü illərdə ABŞ Dağlıq Qarabağ ətrafında münaqişə və müharibənin alovlanmasına hər cəhdlə təkan verir, ermənistan tərəfini açıq şəkildə dəstəkləyirdi. Bu yöndə 1989-1991-ci illərdə ABŞ Konqresinin iki qərəzli qərarı qəbul olundu. 1992-ci ildə isə “907-ci düzəliş” adlı sənəd ortaya çıxdı. Bu sənədin gündəmə gəlməsinə səbəb öz imkanlarından istifadə edən erməni diasporunun dünya ictimaiyyətini baş verən hadisələrin mahiyyətindən yayındırmağa nail olması və Azərbaycan hökumətini qeyri-konstruktiv mövqe tutmaqda günahkar kimi tanıtmaq istiqamətində təbliğat hücumuna məruz qoyması idi. ABŞ Konqresi də bu təbliğatın nəticəsində 907-ci düzəlişi etdi və bununla da Azərbaycanı hər cür humanitar və beynəlxalq yardımdan məhrum oldu.
“907” əməliyyatından həvəslənən Ermənistanın hərbi qüvvələri genişmiqyaslı hücumaları başladı. Azərbaycanı dünyada münaqişəni siyasi yolla həllinə guya tərəfdar olmayan dövlət kimi qələmə verib beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın məsələni zor işlətmək yolu ilə həll etməyə meyilli olmasından yayındırdı. Beləliklə, 1988-ci ildən Ermənitan tərəfindən süni surətdə yaradılan və böyük müharibəyə çevrilən Dağlıq Qarabağ problemi sonda Azərbaycan torpaqlarının 20 faizinin işğalı, bir milyondan çox vətəndaşımızın doğma torpaqlarından qaçmağa məcbur olması və 30 minədək günahsız insanın qətlə yetirlməsi ilə nəticələndi, 4 mindən çox adam əsir, girov götürüldü və utkin düşdü ki, onların çoxundan hələ də xəbər yoxdur.
Bir cümlə ilə Amerika məsələsinə təkrar dönürəm. Amma bu gün ABŞ üçün eyni maraqların yoxa çıxdığını söyləmək olar. Düşünürəm ki, bir səbəb daima sərmayə tələb edən “Dağlıq Qarabağ Respublikası” artıq ABŞ-ın marağında olmamasıdır. Və ya ABŞ daha Rusiyanın dağılmasında maraqlı deyil. Çünki parçalanmış region dünyada yeni problemin yaranmasına səbəb olar ki, bu da ABŞ-a əlavə başağrısı verər, yaxud da bu hegemon dövətin başı daha böyük münaqişələrin “həllinə” qarışıb. Bu ehtimallar ola da, olmaya da bilər, amma bir gerçək var ki, ABŞ Qafqaz regionundan çıxıb.
Azərbyacan illərdən bəri ta bugünə qədər ABŞ və Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqe tutacağını, ortaq məxrəcə gələrək obyektiv həll variantı təklif edəcəklərinə ümid bəsləyib və diplomatik səylərini bu istiqamətə yönəldib. Lakin bu takika özünü doğrultmadı. Bu iki super dövlətin istədiyi budur ki, status-kvo mümkün qədər saxlansın, vəziyyət bu şəkildə davam etsin. Çünki bu onlara sərf edir, Azərbaycanı nə qədər qane edir, etmir, onları maraqlandırmır. Dünyada belə fikir hökm sürür ki, planetin istənilən yerində baş verən münaqişəni, müharibəni yalnız bu iki dövlət həlledə bilər. Qalan ölkələr yalnız müşahidəçidirlər. Təbii ki, Azərbaycan da bu tezisə tabedir.
Bildiyimiz kimi Rusiya imperiyasının köçürmələri və himayəsi nəticəsində cənubi Qafqzda erməni varlığı real faktora çevrildi. Layihənin baş tutmasında əngələ çevrilən erməni separatizmi ümumi vəziyyəti çıxılmaz böhran vəziyyətinə gətirirdi. Ermənilərin dağıdıcı mövqelərini təcrid etmək məqsədilə Osmanlı dövlətinin nəzarətində olan Eçmiədzin və Aleksandropol (Gümrü) ərazilərinin müqabilində İrəvanın siyasi mərkəz kimi yaradılacaq erməni dövlətinə keçməsi məqbul sayıldı. Bu addımı “tarixi zərurət, qaçılmaz bəla” adlandıran Azərbaycan Milli Şurası 1918-ci il mayın 29-da Tiflisdə 19 nəfərin adı ilə göstərilən sayca 3-cü iclasda İrəvan ermənilərə güzəştə gedildi. Fətəli xan Xoyski o tarixi çıxışının sonunda təəssüflə elan etdi ki, Aleksandropolun Osmanlı dövlətinə keçməsindən sonra İrəvanın ermənilərə güzəştə gedilməsi qaçınılmazdır.
…Və bununla da Cənubi Qafqazda özünə yer eliyən ermənilərin Azərbaycana qarşı soyqırımı siyasəti başladı və günümüzə qədər davam edir. Müxtəlif dövrlərdə fərqli formalarda həyata keçirilmiş, kütləvi qətllər və əməliyyatlar, ərazi işğalı ilə müşayiət olunmuşdur. XIX əsrin birinci yarısında İrandan və Osmanlı imperiyasından köçürülən ermənilər hesabına Qarabağ və Zəngəzurda demoqrafiq vəziyyətin zorla dəyişdirilməsi, 1905 və 1918-ci illərdə azərbaycanlı əhalinin kütləvi qırğınları, 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılması və Azərbaycanın ən mühüm mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərinin paytaxt kimi Ermənistana güzəştə gedilməsi, 1920-ci illərdə sovet hökuməti tərəfindən Zəngəzurun ermənilərə verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli torpaqlarından deportasiyası və sair faktlar soyqırımı tarixinin faciəli və qanlı səhifələridir. XX yüzilliyin əvvəllərində bir “Türkiyə Ermənistanı” adlı bir dekret vardı. Mustafa Kamal Atatürkün başçılıq etdiyi milli azadlıq mücadiləsinin qələbəsi və ya Sovet Rusiya ilə yaratdığı əməkdaşlıq bu dekretin gerçəkləşməsi ciddi məzmun almadı. Çünki xarici siyasətində və Türkiyəyə münasibətdə ermənilərin müqəddəratına biganə qalmayan sovet dövləti Türkiyədən ərazi iddiasını uzun müddət qüvvədə saxladı. Ermənilərin isə bu gün də dövlət səviyyəsində Türkiyə ərazilərinə iddiaları öz qüvvəsini açıq şəkildə saxlamaqda davam edir.

Ermənilik

Ermənioloqların və ermənioidlərin fikrincə faşizm, kommunizm və ermənilik bir-birindən törəmiş və ya bir-birini davam etdirən ideologiyadır. Hər üçünün nüvəsini mümkün qədər çox insan həyatı sonlandırmaq, qanlar, qırğınlar hesabına ərazilər qazanmaq təşkil edir. Dünya faşizm və kommunizmdən nisbətən qurtulmuş olsa da ermənilyin rişələri dərinlərə işləmiş, bütün coğrafiyaya yayılmışdır. Vaxtilə Macarıstanda Hitler tərəfindən macarların füreri erməni F.Salosyan təyin edilmişdi. Budapeşt məhkəməsinin materiallarına əsasən Salosyan yarım milyon macar yəhudisini məhvetmiş, macar dövlətinin tac, mantiya və hökmdar əsasını oğurlayarq ölkədən qaçmışdır. Ermənioloqlar deyir ki, “Millət” anlayışının fövqündə dayanan ermənilik dünya ilə çoxcəhətli münasibətlərdə ağlagəlməz geniş şəbəkəyə malikdir. Və hay xalqının ziyalıları erməniliyi dünyanın gələcək qüvvə mərkəzləri modeli və yeni inkişaf dövrünün ideologiyası kimi görür, özlərini bəşəriyyətin əcdadı hesab edirlər. Tədqiqatçılar nümunə üçün XIX əsrin axırlarında, XX əsrin əvvəllərində Anadoluda, Cənubi Qafqazda saysız qətllər törətmiş, sonra çar Rusiyasının Cənubi və Şimali Qafqazda ölüm maşını kimi işlətdiyi Njde ləqəbli Q.Ter-Arutunyan hələ o zamanlar erməni ziyalılarına ünvanladığı məktubdan iki misal çəkir. Njde yazır: “Dilənmək və göz yaşları – bütöv bir xalqın psixologiyası, bizim yeganə siyasi silahımızdır. Dilənmək murdar şeydir. Dilənçiyə ürəkləri yandığı üçün deyil, iyrəndiləri üçün kömək edirlər. Olsun, elə etməliyik ki, dünya əyriayaq Aykanuşun görünüşünə şəfqətlə yanaşmalıdır…” Məktubun sonuncu abzasında deyilir: “Sülh şəraitini normal adlandırmaq olmaz, çünki planetimizdə sülh yoxdur və ola bilməz. Bəşəriyyət üçün sülh şəraiti yorğunluqdan başqa bir şey deyil. Şərqdə hökm ürən sülh bizim üçün tədrici məhvolmadır…”
Ermənilik ideologiyasının inkişaf etməsində ən böyük rolu kilsələr oynamışdır və bu gün də davam edir. Dindarlar düşmənçilik təlqin edir, erməni xalqının mənafelərini digər millətlərin mənafelərinə qarşı qoyur, milli təkəbbür ideyasını yayır, nifrət və düşmənçilik hisslərinin qızışdırılması ilə məşğul olur. Erməni kilsələrinin fəaliyyətinin başqa istiqaməti də terrora və terrorçuluğa dəstək verməkdir. Kilsələr erməni milli kimliyini qoruyub saxlamaq üçün terroru, (Ümumdünya Erməni Kilsələri Komitəsinin etirafına görə müxtəlif ölkələrin Türkiyə səfirliklərində 45 türk diplomatının qətlə yetirilməsi onların zəhmətinin nəticəsidir) digər cəmiyyətlərə və xalqlara qarşı kin və nifrət hissi aşılamağı (özəlliklə türklərə) ən müqəddəs vəzifəsi hesab edir. Bununla da dünyada çox uğurlu siyasət həyata keçirir. Bunun adı ermənilikdir.
Uşaq yazıçısı S.Vardanyan “Ermənistanın paytaxtları” adlı kitabında yazır ki, Yerevandan başqa Qars, Armavir, Tbilisi, Diyarbəkir, Bakı, Odessa, Kiyev, Yirusəlim, Soçi, Bavariya da daxil olmaqla ermənilərin daha 22 paytaxtı var. Bəhs etdiyimiz bu kitab Vatikan kitabxanasının hörmətli rəflərindən birində yer alır. “Erməni nostradamusu” Vatikanda keçirilən mətbuat konfransında deyir: “Yaxın vaxtlarda sivilizasiya sonlanacaq. Ermənistanı isə heç bir təhlükə gözləmir. Çünki Ermənitan zamanın fövqündədir, hər bir erməni isə sivilizasiyanın yaranmasının ilkin elementar enerjisinin daşıyıcısıdır”. XX əsrin əvvəllərində ermənilərin katolikosu Bakıya gəlib bir neçə gün qalır. Qayıdanda şəhər barədə təəssüratını xəbər alırlar. O, kədər və təəsüflə deyir: “Bir put dərdlə getmişdim, min putla geri döndüm. Mən elə bilirdim ki, Bakı da Tiflis kimi erməni şəhəridir, hər şey bizimdir. Xeyr, Bakı müsəlmanlarındır, bu dərd məni öldürəcək…”
Bu qədər siyasi əbləhlikdən bezən mənşəcə erməni olan amerikalı yazıçı Mayk Arlen (Tiqran Kuyuncan) Amerika jurnalında nifrətlə “Ermənistan! Ah, rəzil qaraçı” deyirdi.
Erməniliyin ilk rişələrinin atılmasında və çiçəklənməsində Osmanlı imperiyası böyük əmək sərf etmişdir. Faktlar çoxdur, odur ki, bir misalla yetinirəm. İmperiyanın strukturlarında ermənilik yetərincə sıx təmsil olunaraq öz əməl və hərəkətlərində tam azad idilər. 1860-cı il tarixli kodifikasiya sənədi – sultanın imzası ilə “Erməni Konstitusiyası” adlanmışdı. Bununla da ermənilər Osmanlı imperiyasında xüsusi konstitusiya hüquqlarına malik oldular. O hüquqa ki, ermənilərdən başqa imperiyada heç bir xalq – türklər də bu hüquqa malik deyildilər. İmperiyanın süqutuna qədər başqa xalqlar bir yana, Osmanlı türklərinin heç vaxt konistutsiyon hüququ olmamışdır.
Tarixi tədqiqatlar göstərir ki, erməni xalqı anlayışı qaraçı, assuriyalı, yezidi kürtlər və Osmanlı İmperiyasının digər qeyri-müsəlman icmalarından ibarət qriqoryan kilsəsi ətrafında yığnağın “vahid qədim etnos”u olaraq onkret eksperiment nəticəsində yaradılıb. Amerika tədqiqatçısı jirayr Libardyan 2004-cü ildə mətbuata verdiyi müsahibəsində deyirdi ki, ötən yüzilliyin axırlarında erməni komitələrinin qətlə yetirdiyi hər üç nəfərdən ikisi erməni ziyalılarının ermənilik ideyalogiyasına narazı nümayəndələri olub. Bu qurbanlardan bir neçəsi də İstanbul ermənilərinin bu cür illüziyalara təəssübkeşlikdən imtina edən komitə nümayəndələri olub.
Ermənilik xəstəliyi ən çox Azərbaycanda barınıb, bu coğrafiyaya yoluxub və virus bu coğrafiyada daha çox insan ömrü sonlandırıb. Bu ideologiyanı yaradanlardan biri S.Şaumyan erməniliyin Azərbaycan coğrafiyasında rişələnib artması üçün bütün imkanlardan itifadə etmiş, “Daşnaksütyun”, “Droşak” və “Hnçak” terror partiya və təşkilatları Bakıda və bölgələrdə saysız-hesabsız qırğın və soyqırımlar törətmişdir. Şaumyan, “Biz tatarları udmalı, Bakıya sahib olmalıyıq, çünki Bakı erməni mədəniyyətinin beşiyidir” deyirdi.
Gürcü tarixçisi T.Metsopetsi yazır: “Ölkədə həm dindarlar, həm də inanmayanlar arasında dəhşətli aclıq başladı. Elə oldu ki, it, pişik, at, eşşək, qatır və dəvələrin cəsədlərini yedilər. Bir şey qalmayanda haylar öz oğul və qızlarını yeməyə başladılar. İş onunla nəticələndi ki, gizli-aşkar yüzlərlə insan yedilər…” Düşünürəm ki, bu, ermənilik formulunu ən doğru ifadə edən fikirdir.
Faşizm və kommunizmdən sonra sonuncu matrisa – erməniliklə mübarizənin yalnız bir you qalır: etnik daltonizmlə şikəst edilməyənlər, tarixi və mənəvi irsi nüqəddəs bilənlər və insanların yaşamaq hüququnu dərk edən zehinlər birləşməlidir, qurtuluş və özünümüdafiə birgə fəaliyyətdədir. Bununla “ermənilik” anlayışının dünya siyəsətində yeni siyasi rolunun – bu sərsəm formulun qarşısını almaq olar. Zəburun 106.6 ayəsində deyildiyi kimi: “Onları dəmir qəm-qüssə ilə qandallanmış zülmətdə ölümün kölgəsində oturtmaq üçün…” Buna ən gözəl nümunə 2016-cı ilin aprel döyüşləridir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar