Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Metropoliten 78 milyon zərər edib: Gediş haqqı 30 qəpik olacaq?

Tarix: 26-06-2017 15:59     Baxış: 4469 A- / A+
Metropoliten 78 milyon zərər edib:


“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti 2016-ci ili 78,7 milyom manatlıq zərərlə başa vurub

Manevr.az bunu QSC-nin 2016-ci ilin maliyyə hesabatına istinadən xəbər verir.


Hesabata əsasən, metropolitenin zərəri 2015- ci ilə nisbətən 2.7 dəfə artıb. Belə ki, həmin ili QSC-nin zərəri 28.3 milyon manat təşkil etmişdi.

Sənəddə göstərilir ki, səhmdar səmiyyətin əsas gəlirləri sərnişindaşınmadan və dövlət büdcəsi hesabına alınan subsidiyalar hesabına formalaşır.

Belə ki, hesabat dövründə sərnişindaşınmada əldə olunan gəlirlər 42.2 milyon manat olub. 2015-ci ilə nisbətə metroda sərnişindaşınmadan əldə olunan gəlir 743.6 min manat və ya 1.7 faiz azalıb.

Dövlət büdcəsindən ayrılan subsidiyalarda isə heç bir dəyişiklik yoxdur-38 milyon manat. Xərclər bölümünə baxdıqda isə, əsas artım elektik enerjisi, su, çikab su və qrunt suları, amortizasiya və məzənnə fəqrindən yaranan xərclərdə müşahidə edilir.

Manevr.az ulus.Az-a istinadən xəbər verir ki, metronun ili 78 milyon zərərlə başa vurması gediş haqlarının artırılacağına işarədir.

Bakı metrosunda gediş haqqının 30 qəpik olacağı haqda zaman-zaman xəbərlər yayılıb. Ancaq heç biri təsdiqlənməyib. Lakin QSC-nin 2017-ci ili daha böyük ziyanla başa vuracağı şüb hə doğurmur. Çünki elektrik enerjisinin qiyməti qalxıb.

Bu baxımdan qurumun Tarif Şurasına müraciət edəcəyi gözlənilir. Elektrik enerjisinin bahalaşması Metropoliten rəhbərliyinə bu addımı atmaq üçün ikiqat fürsət qazandırıb.

Amma hələlik ictimai rəy testdən keçirilir və cəmiyyətin reaksiyası öyrənilir. Bu məqsədlə mətbuatda Bakı Metropoliten QSC-nin zərərlə işləməsi haqda statistik məlumatlar yayılır.

Artım olarsa aztəminatlı təbəqənin cibinə növbəti zərbə dəymiş olacaq. Çünki metrodan əhalinin imkansız təbəqəsi istifadə edir. Belə ki, 2017-ci il üçün büdcə layihəsinə görə, metropolitenə 30 milyon manat subsidiya ayrılacaq.

“Bakı Metropoliteni” QSC-yə sərnişin daşımadan yaranacaq zərərin ödənilməsi üçün bu il üçün büdcədən ayrılacaq subsidiya bu illə müqayisədə 8 milyon manat və ya 22 faiz az proqnozlaşdırılıb.

Beləliklə də yaranacaq ən azı 8 milyon manatlıq kəsir metroda gediş haqlarının artırılması yolu ilə ödənilə bilər.

Azərbaycanda əhalinin orta aylıq gəlirləri beynəlxalq müqayisələrdə çox aşağıdır, belə olan halda müxtəlif ölkələrdə qiymətlər deyil, nəqliyyat xidmətinə sərf olunan xərclərin orta aylıq əmək haqqında xüsusi çəkiləri müqayisə olunmalıdır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar