Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Təhsil qanunu niyə birmənalı qarşılanmır? – Millət vəkili

Tarix: 17-06-2017 10:22     Baxış: 5487 A- / A+
Təhsil qanunu niyə birmənalı qarşılanmır?


Təhsil Qanunu ilə bağlı dəyişiklik birmənalı qarşılanmasa da, müvafiq icra hakimiyyəti orqanlarının qərarlarından sonra bu barədə daha dəqiq danışmaq olar.

Bu sözləri Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə "Təhsil haqqında” qanuna dəyişikliklərlə bağlı axar.az-a danışarkən deyib. Ali təhsil sistemində bakalavriat səviyyəsində bir illik ödənişli hazırlıq qruplarının yaradılmasını normal hadisə hesab edən millət vəkili bunun beynəlxalq ənənələrə uyğun olduğunu vurğulayıb:

"Parlamentin və Təhsil Nazirliyinin ortaq baxışı ondan ibarətdir ki, bu hazırlıq kurslarını bitirən şagirdlər yenidən test imtahanından keçməklə universitetdə təhsil almağa layiq olduqlarını sübut etsinlər. Deməli, qarşıda duran əsas məsələ hazırlıq kurslarının necə icra olunacağıdır. Təhsillə bağlı yeni qanun layihəsi hazırda birmənalı qarşılanmasa da, müvafiq icra hakimiyyəti orqanlarının qərarlarından sonra bu barədə daha dəqiq danışmaq olar”.

Millət vəkili hazırda bu istiqamətdə müsbət təcrübə kimi ADA Universitetini nümunə göstərib:


"ADA Universitetində tətbiq olunan hazırlıq və dil kursları, eyni zamanda, şagirdlərin universitetin prinsiplərinə inteqrasiyası prosesi olduqca müsbət təcrübədir. İndi əsas məsələ yeni layihənin digər universitetlərdə necə icra olunacağıdır. Hesab edirəm ki, bu prosesi nəinki parlament, eyni zamanda, ictimaiyyət də müşahidə etməlidir. Çünki bəzi məsələlərə məhz bu müşahidə prosesindən sonra aydınlıq gətiriləcək”.

A.Mollazadə "Təhsil haqqında” qanuna dəyişikliklərin daha çox orta məktəblərdə şagirdlərin zəif göstəriciləri zərurətindən irəli gəldiyini qeyd edib.

Millət vəkili onu da bildirib ki, qanunda nəzərə alınacaq ən vacib məqamlardan biri xoşagəlməz halların və dövlət imtahan sistemi xaricində universitetlərə hansısa bir dolayısı yolla girişin önlənməsi ilə bağlı olacaq.

Qeyd edək ki, iyunun 13-də Milli Məclisin keçirilən növbədənkənar plenar iclasında "Təhsil haqqında” qanuna dəyişiklik edilib. Qanun ali təhsil sistemində bakalavriat səviyyəsində bir illik ödənişli hazırlıq qruplarının yaradılmasını nəzərdə tutur.

Tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində uğur qazanan tələbələr ali təhsil müəssisələrinin I kursuna qəbul olunacaqlar. Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkil qaydaları isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Qanundakı dəyişiklik bəzi ekspertlərin tənqidinə məruz qalıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar