Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Parlament bu qanunlara dəyişikliyi qəbul etdi – SİYAHI

Tarix: 13-06-2017 15:16     Baxış: 4302 A- / A+
Parlament bu qanunlara dəyişikliyi qəbul etdi –


Milli Məclisin bu gün keçirilən iclasında “Vergilər Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirə olunub. Turkustan.info xəbər verir ki, dəyişikliklər ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün mexanizmləri dəqiqləşdirir və bu məqsədlə müvafiq icra hakimiyyəti orqanı tərəfindən elektron vergi hesab-fakturasının vahid formasının təsdiq edilməsinin nəzərdə tutur.

Bundan başqa, plenar iclasda Gömrük Məcəlləsində dəyişikliklər də müzakirə olunub. Gömrük Məcəlləsində dəyişikliklər gömrük işi sahəsində rəsmiləşdirilmənin, sənədlərin və məlumatların gömrük orqanlarına təqdim olunmasının təkmilləşdirilməsi, o cümlədən gömrük orqanlarına elektron formada müraciət imkanlarının genişləndirilməsi, habelə bir sıra normaların dəqiqləşdirilməsi məqsədi daşıyır.
Müzakirələrdən sonra hər iki layihə səsə qoyularaq qəbul edilib.
Milli Məclis “Məhkəmələr və hakimlər haqqında” qanununa dəyişiklik layihəsini müzakirəyə çıxarı. Layihəyə əsasən, Azərbaycanın bəzi rayon (şəhər) məhkəmələrində hakimlərin həm də məhkəmənin sədri olması təklif edilir. Qanunun 22-ci maddəsinə əsasən, rayon (şəhər) məhkəməsi sədrdən və hakimlərdən ibarətdir. Tərkibində 12 və daha çox hakim olan rayon (şəhər) məhkəməsində sədr müavini vəzifəsi təsis edilir. Qanuna edilən əlavə əsasən isə rayon (şəhər) məhkəməsi bir hakimdən ibarətdirsə, həmin hakim eyni zamanda bu məhkəmənin sədri təyin olunur.
Layihədə vurğulanıb ki, ölkə ərazisində 30-dan çox rayon məhkəmələri mövcuddur ki, həmin məhkəmələr bir hakimdən ibarətdir. “Qanuna əsasən, rayon (şəhər) məhkəməsinə bir hakim təyin olunmuşsa, o, həmin məhkəmənin sədrinin səlahiyyətlərini həyata keçirir, yəni, işə qəbul, işdən azad edilməsi məsələləri, məhkəmənin fəaliyyətində cari məsələlər və.s. Faktiki olaraq hakim həmin məhkəmənin sədrinin səlahiyyətlərini həyata keçirir, lakin bu o anlama gəlmir ki, o, məhkəmə sədridir. Qanuna uyğun olaraq, hakimlərin fəaliyyəti 5 ildə 1 dəfədən az olmayaraq Məhkəmə-Hüquq Şurası tərəfindən qiymətləndirilir. Hakim sədrin səlahiyyətlərini həyata keçirməsinə baxmayaraq onun fəaliyyətini 5 ildə 1 dəfədən az olmayaraq Məhkəmə-Hüquq Şurası tərəfindən qiymətləndirmək mümkün olmur. Dəyişiklik qanunun təkmilləşdirilməsi məqsədilə edilir” – deyə layihədə qeyd olunub.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
“Azərbaycan Mərkəzi Bankı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi də Milli Məclsiin bugünkü iclasında müzakirə olunub. Qanun layihəsi Mərkəzi Bankın mənfəətindən daha məqsədli və səmərəli istifadəni təmin etmək məqsədi ilə hazırlanıb. Belə ki, 12.2-ci maddənin qüvvədə olan mətninə görə, kapital ehtiyatları formalaşdırıldıqdan (qanunun 10.3-cü maddəsinə görə, AMB-nin kapital ehtiyatları onun nizamnamə fondundan az olmamaq şərti ilə hesabat ilinin mənfəətindən ayırmalar hesabına formalaşdırılır) sonra reallaşdırılmış mənfəətin sərbəst qalığı dövlət büdcəsinə köçürülür. Təklif olunur ki, daha məqsədli istifadəni təmin etmək üçün bu vəsait (mənfəətin sərbəst qalığı) qanunla müəyyən edimiş qaydada dövlət zəmanəti üzrə borc öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üçün “Büdcə sistemi haqqında” qanuna müvafiq olaraq yaradılan məqsədli büdcə fonduna köçürülsün. Müzakirələrdən sonra qanuna təklif olunan dəyişiklik təsdiq olunub.
Parlament növbədənkənar iclasda Torpaq Məcəlləsinə dəyişiklik layihəsinə da baxıb.
Layihəyə əsasən, ictimai çimərliklərdə sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına o halda yol verilir ki, hasar və ya bağlanma üçün istifadə edilən tikinti konstruksiyaları qəfəsəli olmaqla, sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsini məhdudlaşdırmasın və həmin hasarın və ya tikinti konstruksiyasının sahilboyu uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli olan eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçid təmin olunsun.
Məcəllədə dəyişiklik dəqiqləşdirmə xarakteri daşıyır və ictimai çimərliklərin hüquqi aktların tələblərinə və normalara uyğun olaraq yaradılması tələb edir. Layihə səsverməyə çıxarılaraq qəbul olunub. Xatırladaq ki, layihə Milli Məclisin mayın 31-də keçirilən plenar iclasında müzakirəyə çıxarılsa da, bəzi deputatlar layihənin anlaşılmaz olduğunu deyiblər.
Ona görə də müzakirələrin növbəti iclasda davam etdirilməsi qərara alınıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar