Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

DÜŞMƏN TƏTİKDƏ: Ermənistan Qarabağda hücuma keçə bilər

Tarix: 09-06-2017 15:16     Baxış: 5300 A- / A+
DÜŞMƏN TƏTİKDƏ:


Sabah – iyunun 10-da ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər edəcək. Səfərin məqsədi münaqişə zonasında vəziyyəti araşdırmaqdır.

Ermənistanın xarici işlər nazirinin müavini Savarş Koçaryan həmsədrlərin Vyana və Sankt-Peterburq razılaşmalarının yerinə yetirilməsinə nail olmaq, atəşkəsə nəzarət mexanizminin yaradılması məsələsini müzakirə etmək məqsədilə gəldiklərini açıqlayıb. Ermənistan mediası da həmsədrlərin səfəri öncəsi atəşkəsə nəzarət mexanizminin yaradılmasının vacibliyini cənfəşanlıqla təbliğ edir.

Ötən ilin 16 may tarixində keçirilən Vyana görüşündə atəşkəsə nəzarət mexanizmi müzakirə olunmuşdu, lakin iyunun 20-də keçirilən Sankt-Peterburq görüşünün rəsmi açıqlamasında bu məsələ qeyd olunsa da, əsas müzakirə mövzusunun ərazilərin qaytarılması olduğu məlum idi. İrəvan isə nəzarət mexanizminin yaradılmasını israrla vurğulayır. Bu baxımdan, Savarş Koçaryanın "ehtimalları" təsadüfi deyil. Əslində, İrəvan bununla səfər öncəsi nəzarət mexanizmini yenidən gündəmə gətirmək istəyir.

Atəşkəsə nəzarət mexanizmi münaqişə zonasında beynəlxalq müşahidəçilərin sayının artırılması, silahsızlaşdırma, qoşunların hərəkətlərinin izlənilməsi, atəşkəs rejiminin pozulması hadisələrinin araşdırılması, bunun üçün regiona xüsusi "lokatorlar"ın yerləşdirilməsi kimi məsələləri əhatə edir. Atəşkəsi pozan tərəflər üçün sərt cəzalar, iqtisadi və siyasi sanksiyalar tətbiq edilməlidir. "Roys-Engel ideyası" adlanan bu təklif konqresmenlər Ed Roys və Eliot Engelə məxsusdur. Hər iki şəxs açıq şəkildə erməni lobbisi şəbəkəsində təmsil olunurlar. Burada əsas hədəf Ermənistanın işğal siyasətini möhkəmləndirmək, düşmən ölkəyə vaxt qazandıraraq, münaqişəni uzatmaqdır. Çünki belə bir mexanizmin qurulması Azərbaycanın beynəlxaq hüquqa əsasən ərazi bütövlüyünü bərpa etmək üçün gücdən istifadə etmək imkanını məhdudlaşdırır.

Bakının qarşı çıxdığı mexanizmlərin yaradılması məsələsi ötən il "aprel müharibəsi"ndən sonra gündəmə gəlmişdi. Lakin sonra maliyyə və digər məsələlər əsas gətirilərək, bu, təxirə salındı. Məsələnin təxirə salınmasında Rusiyanın da rolu var. Belə mexanizmin qurulması Azərbaycana işğalın möhkəmləndirilməsi baxımından sərf etmirsə, ruslara da münaqişə üzərində nəzarəti itirmək baxımından sərfəli deyil. Çünki Qərb belə mexanizmlə beynəlxalq müşahidəçiləri təmas xəttinə yerləşdirmək və rusların sülhməramlı arzularını puça çıxarmaq niyyətindədir. Son proseslər Qərbin bu istəyindən əl çəkmədiyini göstərir.

Bütün bunların fonunda Azərbaycan mövqelərinə hücuma hazırlaşan erməni hərbi birləşmələrinin "OSA" zenit-raket kompleksinin məhv edilməsinə görə Minsk qrupunun Bakını ittiham etməsi təsadüfi deyildi. O da təsadüf deyil ki, Dağlıq Qarabağ münaqişəsi üzrə ixtisaslaşmış Beynəlxalq Böhran Qrupu münaqişə zonasında hər an müharibənin başlaması haqda proqnoz verdi. Hesab etmək olar ki, Qərb vəziyyətin gərgin olduğu haqda beynəlxalq rəy yaradaraq, son nəticədə nəzarət mexanizmini yaratmaq istəyir. Hansı ki, bu, Ermənistanın əlini gücləndirəcək. Bu baxımdan, Ermənistanın nəzarət mexanizminin yaradılması üçün Qərbə "kömək edəcəyi" istisna deyil.
Hansı köməkdən söhbət gedir?: Mümkündür ki, Ermənistan bu gün, yaxud sabah cəbhədə gərginliyi artırmaq üçün təxribat hücumlarına keçsin. Hətta bu hücumların müharibəyə sövq edəcək həddə olması da gözləniləndir. Ermənistan belə hücumla münaqişə zonasında gərginliyi artıraraq, qərbli həmsədrlərə nəzarət mexanizmi üzərində israrla dayanmasına əsas verə bilər. Bu ərəfədə cəbhədə atılan hər gülləyə və yaranacaq gərginliyə görə məsuliyyəti Ermənistan daşıyır. Bu baxımdan, ehtiyatlı olmalıyıq.

DÜŞMƏN TƏTİKDƏ: DÜŞMƏN TƏTİKDƏ:
DÜŞMƏN TƏTİKDƏ:
DÜŞMƏN TƏTİKDƏ:

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar