Xəbər lenti
Azərbaycanın sülh mövqeyi beynəlxalq hüquqa əsaslanır – Millət vəkili
Dekabrın 6-da Bakıda ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda keçirilən forum mühüm əhəmiyyətə malik idi. Forumda Prezident İlham Əliyevin iştirakı, vermis olduğu vacib mesajlar olduqca önəmlidir. Ölkəmizin başçısı II Qarabağ müharibəsində sonra regionda və qlobal müstəvidə yaranmış yeni reallığın mahiyyətindən bəhs edib. Cənab Prezident həmçinin ona ünvanlanan sualları tam dolğun və məntiqi ardıcıllıqla cavablandırıb. Vurğulanıb ki, artıq Cənubi Qafqaz üçün sülh və əməkdaşlıq müstəvisində inkişafa zəmin formalaşıb. Bunun üçün hər kəs öz üzərinə düşən vəzifəni layiqincə icra etməlidir. Bununla da hər kəs xalqının, dövlətinin, ümumilikdə regionun inkişafına töhvə verə bilər.
Manevr.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
“Sözsüz ki, ADA Universitetində keçirilən Forum hər zamankı kimi ölkə başçısının daxili və xarici auditoriyaya vermis olduğu mühüm mesajlarla xarakterizə olundu. Cənab Prezident post-müharibə dövrünün reallıqlarının regional müstəvidə cərəyan edən proseslərə təsiri barədə Forum iştirakçılarını məlumatlandırdı. Cənubi Qafqazda davamlı sülhün təmin olunması istiqamətində Azərbaycanın atdığı addımlara bir daha nəzər salındı. Bu bir reallıqdır ki, Prezident İlham Əliyevin bütün çıxışları, söylədiyi fikirlər, dünya ictimaiyyəti, beynəlxalq təhlil mərkəzləri tərəfindən qiqqətlə qarşılanır. Bu mənada Azərbaycan Prezidentinin regionun gələcəyi ilə bağlı ortaya qoymuş olduğu konseptual mövqe böyük maraqla qarşılanır” – deyə o qeyd edib.
Deputat bildirib ki, beynəlxalq beyin və tədqiqat mərkəzlərinin təmsil edən 60-dan artıq xarici qonağın iştirak etdiyi bu Forumda qayıdış prosesinin sosial, iqtisadi, təhlükəsizlik və infrastruktur aspektləri önə çəkilib: “Forumda ölkəmizin başçısı II Qarabağ müharibəsindən sonra Azərbaycanın Ermənistana sülhlə bağlı təkliflərini çatdırdığını söyləyib. Azərbaycanla Ermənistan arasında sülh prosesi, vasitəçilik və digər mövzulara toxunulub. Cənubi Qafqazın son 30 illik tarixində hansı dövlətin sülh tərəfdarı olduğunu və hansı dövlətin təcavüzkar mövqe tutmasının xronoloji ardıcıllığına, mahiyyətinə diqqət ayrılmasının əhəmiyyətindən bəhs olundu. Azərbaycan ərazilərinin 20 faizini işğalda saxlayan Ermənistanın sülh müstəvisində bu məsələni həll etmədiyi və nəhayət, 2020-ci ildə 44 günlük müharibədə ölkəmizin öz ərazi bütövlüyünü hərbi yolla təmin etdiyi, Forum iştirakçılarının diqqətinə çatdırılıb. Amma buna baxmayaraq Azərbaycan müharibədən dərhal sonra Ermənistana sülh təklifi göndərib ki, bu da beynəlxalq hüququn norma və prinsiplərə uyğun konsepsiyaya əsaslanır”.
Aqil Məmmədov təəsüf ki, Ermənistan və ona havadarlıq edən bəzi qüvvələrin qeyri-konstruktiv mövqeyi ucbatında müharibədən ötən 3 il ərzində sülhün əldə edilmədiyini bildirib: “Sülh prosesində vasitəçi olmaq istəyən Avropa Birliyi və bu xüsusda Fransanın davranışları isə olduqca hiddət doğuracaq səviyyədə olub. Ona görə də rəsmi Parisin mövqeyi heç də vasitəçi olmaqla izah oluna bilməz. Bu açıq şəkildə Ermənistanın yanında olduğunu bəyan edən bir mövqedir. Sülh müstəvisində isə bu cür yanaşmalar heç bir halda qəbul edilmir. Məhz bu konteskdə Azərbaycan Ermənistana ikitərəfli qaydada müzakirələrin aparılmasını təklif edir. Regionun gələcəyində sülh və sabitliyin formalaşmasında maraqlı olan hər kəs əməkdaşlığın müxtəlif aspektlərdə inkişafına dair mövqe sərgiləməlidir. Azərbaycanın mövqeyi məhz regionun gələcəyi sülhün və təhlükəsizliyin təminatı fonunda inkişafa hesablanıb”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar