Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Gərginlik artır - Azərbaycana sanksiya tətbiq ediləcək?

Tarix: 05-10-2023 21:41     Baxış: 3307 A- / A+

“Avropa dövlətlərinin əksəriyyəti Avropa Parlamentinin qətnaməsinə məhəl qoymadan Azərbaycanla tərəfdaşlıqlarını davam etdirəcəklər”.
Manevr.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert sözügedən qətnamənin hüquqi qüvvəsinin olmadığını bildirib:
“Avropa Parlamenti Azərbaycan əleyhinə qətnamə qəbul edib. Qətnamə Avropa İttifaqını Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırır. Sənəddə həmçinin Azərbaycanla əməkdaşlığın yenidən nəzərdən keçirilməsi və Azərbaycan qazının idxalından asılılığın azaldılması çağırışı yer alır. Avropa Parlamenti Avropa İttifaqına Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığı məhdudlaşdırmağın mümkünlüyünü nəzərdən keçirməyi də təklif edir.
Avropa Parlamenti BMT-nin Qarabağa ilk missiyasının təşkilindən məyusluğunu bildirməklə yanaşı, bölgədə BMT-nin nəzarəti altında beynəlxalq iştirakın bərqərar edilməsinin tərəfdarı olduğunu vurğulayır. Ayrıca, Avropa Parlamenti Avropa İttifaqının diplomatik çevrələrinə Cənubi Qafqazda təhlükəsizlik çərçivələrinin dərhal yenidən nəzərdən keçirilməsini təklif edir.
Avropa Parlamentinin qətnaməsi hüququ qüvvəyə malik deyil. Avropa dövlətlərinin əksəriyyəti bu qətnaməyə məhəl qoymadan Azərbaycanla tərəfdaşlıqlarını davam etdirəcək, bəzi sahələrdə isə genişləndirməyə çalışacaqlar.
Bu qətnamənin məqsədi sadəcə erməniləri sakitləşdirməkdir, “baxın, biz Azərbaycanı cəzalandırdıq” demək istəyiblər. Hazırda bu qətnamə erməni saytlarını bəzəyir, ancaq zaman keçəcək, qətnamə o biri sənədlər kimi unudulacaq və Avropa ölkələri qışda donmamaq üçün Azərbaycandan daha çox qaz istəyəcəklər. Önəmli olan Qarabağ məsələsini birdəfəlik bitirmək idi, onu da etdik, qalan məsələlər zamanla həllini tapacaq”.
Ekspert qətnamədəki başqa bir məqama da toxunub:
“Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qətnamədə İrəvana bu şəkildə mesaj da var: “Ermənistan mövcud hərbi ittifaqlarına yenidən baxarsa, Avropa İttifaqının təhlükəsizlik dəstəyinə ümid edə bilər”.
Yəni demək istəyiblər ki, Ermənistan Moskva ilə strateji müttəfiqlikdən, Rusiyanın hərbi bazalarından və KTMT-dən imtina edərsə, Brüssel Ermənistana müdafiə dəstəyi verəcək. Bu nağıldır. Birincisi, Avropa İttifaqının təhlükəsizlik strukturu yoxdur ki, Ermənistanı mövcud olmayan strukturu vasitəsilə müdafiə edə bilsin. İkincisi, Avropa Parlamenti NATO-ya işarə edirsə, Ermənistanın bu təşkilata üzvlüyü mümkün deyil. Ən azı NATO üzvü Türkiyə buna imkan verməz. Brüssel Ermənistana sadəcə deyib ki, sən Rusiyadan qurtul, qalanı bizlikdir. Ancaq “bizlik” dediyi məvhumun içi boşdur”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar