Xəbər lenti
Aqil Məmmədov: “Xudafərində qaldırılan bayraq xalqımızın bütövlük rəmzinə çevrilidi"
“4 oktyabr - Cəbrayıl şəhəri günü təkcə cəbrayıllılar üçün deyil, bütün xalqımız üçün əlamətdar gündür. Bundan sonra tarixin bütün dövrlərində xalqımız bu günü qalibiyyətimizin rəmzlərindən biri kimi qeyd edəcək”.
Manevr.az bildirir ki, bu sözləri Milli Məclisin deputatı Aqil Məmmədov söyləyib.
Millət vəkili bildirib ki, Cəbrayıl rayonunun işğalı ölkəmiz üçün böyük itki idi: “1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən işğal nəticəsində milyardlarla dollarlıq ziyan dəyib, əhalisi ölkənin dörd bir yanına dağılıb, mədəni və inzibati infrastkukturu məhv edilib. Birinci Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil olub”.
A.Məmmədovun sözlərinə görə birinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra ordumuzun ilk uğurlarıv da Cəbrayıl rayonu istiqamətində olmuşdu: 1994-cü il, yanvarın 5-də Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdu. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. 2016-cı il aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi də işğaldan azad edilmişdi.
Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü təntənəli şəkildə qeyd edilir. Bu əlamətdar günün təsis olunması Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, bu gün - oktyabrın 4-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür. 2020-ci ilin oktyabrın 4-də Vətən müharibəsinin gedişatında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Cəbrayıl şəhəri və rayonun daha 9 kəndinin işğaldan azad olunduğunu elan edib. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun 1 şəhəri və 80 kəndi işğaldan azad olunub”.
Millət vəkili xatırladıb ki, Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb: “Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması bütövlükdə 50 milyonluq Azərbaycan xalqın birliyinin, bütövlüyünün və gələcək hədəflərinə doğru birlikdə hərəkət etməyin simvoluna çevrildi. Bu gün Güney Azərbaycanda yaşayan soydaşlarımız da həmin bayrağa qürurla baxırlar və Azərbaycan ordusunun qalibiyyəti ilə eyni dərəcədə fəxr edirlər”.
A.Məmmədov hazırda Cəbrayılın yenidən qurulduğunu bildirib: “Bu gün Cəbrayıl şəhəri, Cəbrayılın kəndləri yenidən qurulur. Cəbrayılda “KAMaz” zavodunun servis mərkəzi, Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməli qoyulub. Eyni zamanda, Prezident 110/35/10 kV-luq “Cəbrayıl” yarımstansiyasının və Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışında iştirak edib. Bundan əlavə, dövlət başçısı Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməllərini qoyub. Artıq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə işğaldan azad edilmiş bölgələrə, o cümlədən, Cəbrayıla dəfələrlə səfər ediblər. Bölgədə görülən işlərə, işlərin keyfiyyətinə Azərbaycan Prezidenti bilavasitə nəzarət edir. İnanırıq ki, çox da uzaq olmayan gələcəkdə Cəbrayıl Azərbaycanın gözəl, inkişaf etmiş rayonlarından birinə çevriləcək, qayıdış uğurla həyata keçiriləcək”.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar