Xəbər lenti
BMT Ermənistanın çirkin siyasətinin hədəfində: Növbəti uğursuz cəhd
Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar edilməsi istiqamətində göstərilən səylər dalana dirənib. Buna səbəb sülhün Ermənistanın məqsədyönlü gərginlik və revanşizm siyasətinin qurbanına çevrilib və ciddi çağırışlarla üzləşməsidir. 2022-ci ilin dekabrında ilk uğursuzluğuna baxmayaraq, Ermənistan yenidən BMT Təhlükəsizlik Şurasından özünün absurd iddialarına dəstək axtarır. Erməni tərəfi siyasi, hərbi və informasiya yönümlü manipulyasiya kampaniyası üçün BMT TŞ-ı alətə çevirməyə cəhd göstərir.Manevr.az bildirir ki, bunu Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, Ermənistan 30 ilə yaxın müddət ərzində BMT Təhlükəsizlik Şurasının qətnamələrini heçə sayıb: “Məhz 1993-cü ildə qəbul olunmuş dörd qətnamə və Təhlükəsizlik Şurası sədrinin işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən bir sıra bəyanatlara məhəl qoymayan ölkə Ermənistan olub. Bu baxımdan da Ermənistanın bölgədə “humanitar vəziyyətin pisləşməsi” və “davam edən blokada” ilə bağlı əsassız iddialarla əlaqədar BMT Təhlükəsizlik Şurasına müraciəti tamamilə məntiqsizdir. Bu növbəti dəfə beynəlxalq tərəfdaşlar vasitəsilə balanslı, beynəlxalq hüquqa əsaslanan və məqbul həll yolu tapmağa yönəlmiş səylərə Ermənistanın qəsdən və məqsədyönlü şəkildə mane olmaq cəhdidir”.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































