Xəbər lenti
"Ulu öndərin dil siyasətinin uğuru zamanla təsdiq olunub" - Aqil Məmmədov
1 Avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü ilə əlaqədar fikir bildirərkən, ilk ağıla sözsüz ki, Ümummilli lider, onun Azərbaycan dilinə, eləcə də, Azərbaycan əlifbasına sevgisi, qayığısı, dəstəyi gəlir.
Ulu Öndər Heydər Əliyev dilimiz haqqında deyirdi: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir” .
Ulu öndər Heydər Əliyevin Azərbaycan dili siyasəti böyük uğurlar qazanıb desək, yanılmarıq. Vaxtı ilə öz doğma dilində danışa bilməyən, yaxud danışmaq istəməyən bir sıra yüksəkvəzifəli dövlət məmurları Heydər Əliyevin ciddi tələbkarlığı nəticəsində indi Azərbaycan dilində sərbəst danışmağa öyrənirdilər.
“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2001-ci il tarixli Fərmanını Heydər Əliyevin uğurlu dil siyasətinin fundamental yekun sənədi adlandırmaq olar.
Dilimizin qədim tarixinə obyektiv elmi-tarixi qiymət verən, Azərbaycan dilinin türk köklü müstəqil dil olmasını bir daha təsdiqləyən, Ulu öndərin dil siyasətinin uğuru zamanla təsdiq olunmuşdur.
Tarix boyu Azərbaycan dilinə olan sevgini, xidməti, Ulu öndər Heydər Əliyev şərəflə, müdrik uzaqgörənliklə davam etdirdi və dövlət siyasətinə qaldırdı.
“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2001-ci il tarixli Fərmanında deyilir: “... Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamış, üzləşdiyi problemlərlə qarşılaşmışdır. O, xalqın ən ağır günlərində belə onun milli mənliyini, xoşbəxt gələcəyə olan inamını qoruyub möhkəmləndirmişdir. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur”.
Sovet dövründə Azərbaycana rəhbərlik etdiyi zamanda Heydər Əliyevin gündəlik fəaliyyətində Azərbaycan dilinə qayğı mühüm yer tuturdu. O vaxtkı məlum konyukturaya baxmayaraq H.Əliyev doğma Azərbaycan dilinin daha geniş istifadəsini təblif etmək məqsədilə, özü ən böyük təbliğatçı idi. 70-ci illərdən etibarən Azərbaycanın müxtəlif ali məktəblərində “Ana dili və ədəbiyyat” ixtisası üzrə tələbə qəbulunun həcmi artırıldı; qəbulda ana dilində yazılı imtahan ən müxtəlif ixtisaslar üzrə məcburi hesab edildi. 70-ci illərin ikinci yarısında Azərbaycan SSR-in Konstitusiyası (Əsas Qanunu) hazırlanarkən respublika rəhbəri Heydər Əliyev yaradıcı ittifaqlara xəbər göndərməli olmuşdu ki, Konstitusiyaya Azərbaycan SSR-də dövlət dilinin Azərbaycan dili olması barədə xüsusi maddə salınmasını tələb etsinlər. Heydər Əliyev cəsarəti qalib gəldi: Konstitusiyada 73-cü maddə - “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” maddəsi təsdiq olundu, tarixi fakta çevrildi.
Bakıda, respublikanın digər şəhərlərində xalqın ədəbiyyat və mədəniyyət xadimlərinə ucaldılan çoxsaylı heykəllər həm də Azərbaycan dilinin halal haqqını, uca şərəfini təsdiqləyən abidələr idi. Yubileylər vasitəsilə xalqa yenidən bütün böyüklüyü, əzəməti ilə, olduğu kimi qaytarılan İmadəddin Nəsimilər, Molla Pənah Vaqiflər, Həsən bəy Zərdabilər... Beləliklə, Heydər Əliyevin Azərbaycan dili siyasəti çox geniş mənası, elmi-konseptual əsasları ilə, əslində, Azərbaycanı xilasetmə yolunun mühüm tərkib hissəsi idi.
Ana dilimizin qorunmasl üçün Ulu öndərin siyasəti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirildi. Azərbaycan Prezidenti dövlət dili ilə bağlı bir neçə sərəncam imzalamışdır.
Prezident İlham Əliyev Azərbaycan dili haqqında bildirir ki, “Azərbaycan dilinin qorunması hər kəsin borcudur. Zənginliyi nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri vardır. Son vaxtlar Azərbaycan dilinə daxil edilən bəzi kəlmələr dilin dəyişilməsinə səbəb olur. Dilin orijinallığının qorunması məsələsi media ilə bağlı qurumların, eləcədə telekanalların da öhdəsinə yeni vəzifələr müəyyən edir”.
Aqil Məmmədov
Milli Məclisin deputatı
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar