Xəbər lenti
Ədəbiyyat İnstitutunda Beynəlxalq Türk Akademiyası ilə birgə elmi-nəzəri seminar keçirilib
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Beynəlxalq Türk Akademiyasının əməkdaşları ilə elmi-nəzəri seminar keçirilib.
Seminarda Beynəlxalq Türk Akademiyasının prezidenti vəzifəsini icra edən Füzuli Məcidli, Nəpil Batılxan və Aida Eyvazlı da iştirak ediblər. AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli çıxışında bildirib ki, “Beynəlxalq Türk Akademiyasının sabiq prezidenti Darxan Kıdırəli Azərbaycanla, türk dünyası ilə Beynəlxalq Türk Akademiyası arasında böyük əlaqələr qurub. Azərbaycanla əlaqələrə daim əhəmiyyət verib. O, bizim institutun Fəxri doktorudur. Onu nazir seçilməsi münasibətilə təbrik edirik. İndi növbə Azərbaycana keçib, Füzuli Məcidli
Beynəlxalq Türk Akademiyasına rəhbərlik edir.Monqolustanda qazıntılar aparılıb. Böyük türk düşərgəsi, Orxon-Yenisey
abidələrinin mənşəyi tapılıb. Bu seminarda orada görülən işlərdən danışacağıq. Biz bu tarixi kəşfinə, elmə verdiyi töhfələrə görə Beynəlxalq Türk Akademiyasına minnətdarlığımızı bildiririk.130 ildən çoxdur ki, bu abidələr əsasən mətn kimi öyrənilir. Hələ ki, Orxon-Yenisey abidələri ədəbiyyat, tarix, fəlsəfə, coğrafiya baxımından öyrənilməyib. 1950-ci illərdə bir tədqiqat aparılıb. Artıq ədəbiyyat yönümdən öyrənməyin zamanıdır”. Beynəlxalq Türk Akademiyasının prezidenti vəzifəsini icra edən Füzuli Məcidli seminarın təşkili üçün təşəkkürünü bildirib. Əlavə edib ki, “akademik İsa Həbibbəylinin Beynəlxalq Türk Akademiyasının qurucularından biri kimi, yaradılmasında və inkişafında çox böyük töhfəsi olub. Beynəlxalq Türk Akademiyası 2016-cı ildən Monqolustanda arxeoloji qazıntılar həyata keçirir. İlkini Altay dağlarından başlamışdıq. Monqolustanın iki bölgəsində görülən işlərin fotolarını görürsünüz. Bu yazıların oxunmasında böyük əməyi keçən alimlərdən
biri də Nəpil bəydir”. Seminarda Nəpil Batılxan çıxış edərək nümayiş olunan fotolardakı abidələr
haqqında ətraflı məlumat verib.
Gülnar Səma
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar