Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Millət vəkilindən distant təhsillə bağlı narazılığa reaksiya

Tarix: 10-09-2020 14:51     Baxış: 4254 A- / A+
Millət vəkilindən distant təhsillə bağlı narazılığa reaksiya


"Təhsil sistemi birdən-birə ənənəvi tədrisə başlayarsa, çox ciddi çətinliklərlə üzləşə bilərik".

Manevr.az
xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov ümumi təhsil müəssisələrində dərslərin aşağı siniflərdə həftədə iki gün, yuxarı siniflərdə isə distant (məsafədən) keçirilməsi ilə bağlı cəmiyyətdə yaranan narazılığa aydınlıq gətirərkən deyib.

Deputat qeyd edib ki, bütün qəbul olunan qərarlar ciddi şəkildə analiz olunduqdan sonra cəmiyyətə açıqlanıb:

"Bu məsələ ilə bağlı həm xarici təcrübə öyrənilib, həm Azərbaycan universitetlərinin rektorları, məktəb direktorları ilə müzakirələr aparllıb, həm təhsil institutları araşdırma aparıb, həm də Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvlərinin iştirakı ilə geniş müzakirə keçirilib. Yəni, bu qərarlar bir qurum tərəfindən qəbul edilməyib. Bu, kolleqial və zərurətdən qəbul edilmiş bir qərardır. Əgər bu, bir qurumun qərarı olsaydı, onda baxış və yanaşma da fərqli olardı”.

Ceyhun Məmmədov bu məsələ ilə bağlı Milli Məclisin Elm və Təhsil Komitəsinə tez-tez müracitlər olunduğunu vurğulayıb:

"Distant təhsillə bağlı narazılıqlar var. Ümumiyyətlə, bəzi valideynlər distant təhsili qəbul etmirlər, bəziləri isə övladlarını məktəbə buraxmaq itəmirlər. Ona görə bu məsələdə bütün tərəflərin razı qalması da bir az qeyri-mümkündür. Çünkü baxış bucaqları fərqlidir. Amm bu qərar hamının qəbul etdiyi qərardır. Əlbəttə ki, ənənəvi təhsil daha yaxşı və faydalıdır, şagirdlərin yetişməsi üçün vacibdir. Ancaq başqa bir məsələ var ki, bu gün dünyada pandemiya təhlükəsi hələ bitməyib. Biz birdən-birə iki milyona yaxın təhsil alan insanı ənənəvi qaydada təhsilə buraxa bilmərik. Elə universitet var ki, onun 25 min, bəzilərində 10 min tələbə oxuyur. Bunların hamısı birdən-birdə ənənəvi tədrisa başlayarsa, çox ciddi çətinliklərlə üzləşə bilərik”.

Deputat yenidən virusun sürətlə yayıla bilməsindən ehtiyatlandığını deyib:

"Bəzi valideynlərin narahatlığını anlayırıq. Onlar düşünür ki, ənənəvi təhsil nə qədər tez başlasa, o qədər yaxşıdır. Bunu biz də başa düşürük. Real vəziyyəti də nəzərə almalıyıq, tövsiyələrə əməl edib, səbrli olmalıyıq”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar