Xəbər lenti
Elektron dərsliklər şagirdləri ağır çantalardan xilas edəcəkmi?
Valideynlər, eləcə də şagirdlər məktəbli çantasının ağır olmasından gileylənir. Həkimlər isə ağır çantaların azyaşlı uşaqların onurğa sütununa və orqanizmlərinə zərər vurması ilə bağlı fikirlər səsləndirirlər. Bu problemlər isə gündəmə elektron dərslikləri gətirir. Elektron dərsliklər şagirdləri, sözün həqiqi mənasında, bu ağır yükdən qurtara biləcəkmi?
Manevr.az bildirir ki, ARB TV-nin "Günə Doğru" proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.
Valideyn: "Elektron dərsliklər əladır, yazıq uşaqlar çanta daşımazlar. Çantaları böyük olur, 4-5 kiloqram ağırlığı olur ki, bu da uşaqların onurğa sütunlarının əyilməsinə səbəb olur".
Elektron dərsliklər bütün qabaqcıl dünya ölkələrində 10 ilə yaxındır ki, tətbiq edilir. Ölkəmizdə isə 2014-cü ildə "e - dərslik" portalı adı altında Təhsil Nazirliyi tərəfindən hazırlanıb və şagirdlərin istifadəsinə verilib. Bu cür formanın yaradılmasının bir çox müsbət tərəfləri var. Əsas məsələ isə bu şagirdləri kitab yükündən azad edə bilər. Bəs dərsliklərin elektron versiyası olduğu halda niyə hələ də uşaqlar ağır çantalarla məktəbə gedib gəlir?
Elşən Qəmbərov - Təhsil üzrə mütəxəssis: "Hal-hazırda ümumtəhsil məktəblərimizdə dərsliklər yalnız kitab şəklindədir və elektron dərsliklər alternativ dərslik deyil, sadəcə, bir məlumat mənbəyi kimi "e-dərslik" portalından kim istifadə edə bilirsə o şəkildədir".
Kənan Kərimli - Təhsil İnstitunun İnformasiya Şöbəsinin müdiri: "Elektron dərslik portalının məcburi formada tətbiqi düşünürəm ki, indiki dövrdə müzakirə mövzusu deyil, çünki bundan əvvəl görüləcək bir sıra işlər var. Öncə bütün məktəblərin ən bəsit formada deyək elektron dərsliklə təmin olunması daha sonra insanların, ailələrin internetlə təmin olunması məsələsi həll edilməlidir".
Ekspertlər bildirir ki, elektron dərsliklərin tətbiqi, əslində, həm də iqtisadi baxımdan dövlət büdcəsinə xeyirlidir. Kağız daşıyıcılarda hər il dərslik çapı çox maliyyə vəsaiti hesabına başa gəlir. Bəs elektron dərsliklərin tətbiqi ənənəvi dərslikləri, daha dəqiq desək kitabları sıradan çıxa bilərmi?
Elşən Qəmbərov - Təhsil üzrə mütəxəssis: "Hal-hazırda elektron dərsliklərdən istifadə səviyyəsi elə bir səviyyədə deyil ki, ənənəvi dərsliklərin aradan qaldırılması, sıradan çıxması üçün bir rol oynaya bilsin".
Kamran Əsədov - Təhsil eksperti: "Sizin elektron cihazınızın enerjisi bitə bilər və yaxud da ora virus düşə bilər bunun kifayət qədər çatışmazlıqları var və ya əlinizdən düşüb qırıla bilər, bu baxımdan bunun alternativi həmişə olacaq, yəni elektron dərsliklər, sadəcə olaraq, yükü azaltmağa xidmət edir".
Zamanla bu mümkün ola bilər. Yəni gələcəkdə elektron dərsliklər ənənəvi dərsliklərə alternativ olacaq. Statistika göstərir ki, gün keçdikcə artıq ölkəmizdə də elektron dərsliklərdən istifadə edənlərin sayı artır.
Kənan Kərimli - Təhsil İnstitunun İnformasiya Şöbəsinin müdiri: "Sentyabr ayında portala baxış sayı təxminən 2 milyon 800 minə qədər olmuşdur və bu isə o deməkdir gündəlik səhifəyə daxil olan insanların sayı 10.000-dən yuxarı olub təxminən. Bu da ötən illərlərlə müqaisədə, həqiqətən, istifadəçilərin sayının artması deməkdir".
Qeyd edək ki, "e dərslik" portalı hazırda ölkənin ən çox izlənən saytları arasındadır. Son 1 ay ərzində portal ölkə üzrə reytinq cədvəlində 86 pillə irəliləyərək 44-cü yerdə qərarlaşıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar