Xəbər lenti
Ucqar kəndin məcburi köçkün məktəbinin müəllimindən yenilik - “Bu, Fizika müəllimləri cinayətkardırlar”
Nurməmmədov Surxay gənc Fizika müəllimidir. O, Goranboyun Meşəli kəndində yerləşən Kəlbəcər rayonu 100 nömrəli məktəbdə çalışır. Məcburi köçkünlər üçün istifadədə olan məktəbdə Elçin müəllim Fizika fənnini şagirdlərə sevdirmək üçün bacardığını əsirgəmir. Təki, ucqardakı şagirdləri Fizikanı “şəhər uşaqları”ndan az sevməsinlər.
Manevr.az xəbər verir ki, kəlbəcərli gənc müəllim bu məqsədlə hazırladığı "Fizikanı sevdirək" layihəsinin detallarını azedu.az-la bölüşüb
“"Fizikanı sevdirək " layihəsi tək bu günün yox, hər günün layihəsi olmalıdır.
Hər bir müəllimin ən böyük istəyi keçdiyi mövzunun şagirdlər tərəfindən asanlıqla mənimsənilməsidir. Biz Fizika müəllimləri də 2018-2019 -ci tədris ilini uğurla başa vuraraq, buna nail olmağa çalışırıq. İstər dərslərimizdə, istərsə də dərsdənkənar işlərimizdə istedadlı şagirdlərin aşkarlanması istiqamətində mühüm işlər aparırıq.
Fizikanı şagirdlərə mənimsətmək müəllimin bilik və bacarıqlara müəyyən vasitələrlə yiyələnməsidir. Təbiətdə gedən hər bir hadisənin özülündə fizika dayanır. Fizika təbiətin fundamental qanunları əks etdirməklə yanaşı, proseslerin ardıcıllıq əhatəsidir. Bir misal çəkim: Şəhər məktəblərində - infrastruktur və maddi texniki bazası yüksək olanlarda - imkan var ki, şagirdlər biliyi tam mənimsəsinlər . Ancaq kənd məktəblərində müəyyən növ laboratoriya avadanlıqlarının olmaması şagirdlərdə ruh düşkünlüyü yaradır. Düzdür, müəllim pedaqoji sahədə işləməmişdən qabaq, universitetdə müəyyən avadanlıqları görməklə az da olsa, hansısa anlayışa sahib olur.
Məşhur fizik Kelvinin “Fizikanı maraqsız edən müəllimlər cinayətkarlardır " fikri ilə tam razıyam. Çünki Fizika maraqlı, xüsusi cazibəsi olan elmdir. Verilən mövzunu maraqsız edən müəllim zənnimcə, şagirdlərin də o fənnə olan marağını azaldacaq”.
Bəs, mövcud reallıq şəraitində, laboratoriyalardan söhbət belə gedilmədiyi kənd məktəbində müəllim Fizika (eləcə də digər təbiətyönümlü fənləri) sevdirmək üçün nə etməlidir?
Hansı metodiki yenilikləri işə salmalıdır ki, Fizikanı yalnız kitabdan oxuyan şagird onu əyani şəkildə necə qavraya bilər?
“Şagirdlərə dərs formasında müəyyən növ metodlardan istifadə etməklə dərsi tam təşkil etmək olar. “Bu yeni metod kurikulum sistemində özünü necə doğruldar?” sualına cavab verək:
Kurikulum - yeni yol, istiqamət – şagirdlərə dərsi keçərkən motivasiya vermək, dərsin girişində mövzunun çox hissəsini əyani şəkildə şagirdə göstərməlisən. Mən belə düşünürəm ki, Fizika istər qanun istərsə də düsturlardan ibarət deyil. Biz hərəkət ediriksə, deməli, müəyyən fiziki qanunlara tabeyik. Fizikanın qrafik təsviri var, onunla hərəkətin təsvirini vermək daha məqsədlidir .
“Fizikanı sevdirək” layihəsi məhz şagirdlərdə bir müsbət emosiya yaradır . Əslində, müəllim özü üçün bir məqsədi olmalıdır . dövlətin təhsilə diqqət və qayğısının nəticəsi olaraq nəticələrimizi yüksəldib, ölkəmiz üçün bilikli, savadlı, vətənpərvər vətəndaşlar yetişdirməkdir.
Məktəbimizdə olan “Gənc fizik ”lər divar qəzeti vasitəsilə şagirdləri daim yeniliklərdən xəbərdar edirəm. Bu da öz növbəsində şagirdlərdə Fizika üçün günün tarixi haqqında bir məlumat daxil olur .
Keçək tədris prosesində texnologiyadan istifadəyə... Kompüterlərdən istifadənin artırılması, “göz qavraması” üçün daha çox əyani vasitələrdən yararlanmalıdır. Yeni pedaqoji texnologiyaların tətbiqi təlim prosesinin əsas hərəkətverici qüvvələri olan şagirdlərin idraki maraqlarının təşkili və inkişaf etdirilməsinə imkan verir.
Mən də öz dərslərimdə çalışıram ki, müasir dərsi layihələşdirərkən yeni pedaqoji texnologiyalardan və İKT-dən istifadə edim. Bu interraktiv yanaşmada bir çox texnoloji proqramları təlim texnologiyası ilə sintez etmək bir pedaqoq kimi biz müəllimlərdən yüksək bilik və bacarıq tələb edir. Bu bacarıqlara yiyələnmək üçün daim öz üzərimdə işləyirəm,
Müxtəlif kurslardan keçərək öz biliklərlərimi artırmağa və fizika fənninə olan meyl və maraqlarını artırmaq üçün müxtəlif təlim metodlarından istifadə etməyə çalışıram”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar