Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Dövlət İqtisad Universitetinin Əsaslı Kitabxanasında innovasiyaların tətbiqinin bəzi məsələləri

Tarix: 27-02-2018 19:49     Baxış: 1636 A- / A+
Azərbaycan Dövlət İqtisad Universitetinin Əsaslı Kitabxanasında innovasiyaların tətbiqinin bəzi məsələləri


XX əsrin sonu, XXI əsrin əvvəllərində baş verən inkişaf və yeniləşmə Azər­bay­canda bütün sahələrin, eyni zamanda elmin, iqtisadiyyatın, mədəniyyətin və incəsənətin də inkişafına öz müs­­­bət təsirini göstərdi. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra mədəniyyət və incəsənət sahəsində inkişafı təmin etmək üçün yeni normativ-hüquqi sənədlər qəbul edildi. Bu sənədlərə misal olaraq “Mə­də­niy­yət haqqında Azərbaycan Respublikasının Qanunu”(1998), “Kitabxana işi haq­qında” Azərbaycan Respublikasının Qanunu (1998), “İnformasiya, infor­masiya­laş­dır­ma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu (1998) qeyd etmək olar.
“Peşəkar və bilikli kadrlar olmadan biz heç bir məqsədə çata bilmərik” deyən hörmətli Prezidentimiz İlham Əliyev hakimiyyətə gəldikdən sonra isə “Azərbaycan kitabxanalarının fəaliyyətinin yaxşılaşdırılması haqqında” Azər­bay­­­can Respublikası Prezidentinin Sərəncamı (2007), “Azərbaycan Res­publikasında kitabxana-informasiya sa­həsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” qəbul edildi. Bu normativ-hüquqi sənədləri qəbul etməkdə əsas məqsəd Azər­bay­can Res­publikasında kitab­xana-informasiya sahəsində mövcud olan prob­lem­ləri sistemli şəkildə həll etmək olmuşdur.

Sözsüz ki, “Peşəkar və bilikli kadrlar“ın yetişməsində kitabxanaların böyük rolu vardır. Elə buna görə də Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin inkişafı dövlətin önəm verdiyi prioritet sahələrdən biridir. Əsas məqsəd isə respublikamızda kitabxana-informasiya sahəsində yeni texno­logi­ya­ların tət­biqi və istifadəsi nəticəsində müasir kitabxana-informasiya infra­struk­tu­ru­nun yaradılması, is­ti­fadəçilərə göstərilən kitabxana-informasiya xid­məti­nin dünya standartları səviy­yə­sinə çatdırılması, əhalinin intellektual poten­sia­lının və bilik səviyyəsinin inkişafı, ha­be­lə fasiləsiz təhsilin təmin edilməsi üçün şəraitin yaradılmasından ibarətdir. Bütün bu məsələlərin həllində Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Elmi Kitabxanaların mühüm əhəmiyyəti vardır. Onlardan biri də 19 iyun 1930-cu ildə əsası qoyulmuş müasir innovativ sistemlərə əsaslanaraq yüksək ixtisaslı iqtisadçı və menecerlərin hazırlanması, fundamental və tətbiqi elmi tədqiqatların aparılması, "Azərbaycanda biliklər iqtisadiyyatı"nın inkişafına və sosial-iqtisadi tərəqqiyə töhfə vermək məqsədini qarşıya qoyan Azərbaycan Dövlət İqtisad Universitetidir (ADİU). Regionda iqtisad elmini dərindən öyrədən fundamental tədris mərkəzi olan, tədris prosesi və kadr hazırlığı Amerika və Avropa təhsil sisteminə uyğun aparılan ADİU Qafqaz regionunun ən iri ali təhsil müəssisələrindən biridir. Universitetdə 9 fakültə fəaliyyət göstərir, 21 ixtisas üzrə 18 mindən çox tələbə və magistrantlar təhsil alır, mindən çox müəllim, o cümlədən sıralarında Milli Elmlər Akademiyasının, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvləri, Dövlət Mükafatı laureatları, əməkdar müəllim və elm xadimlərinin olduğu 80 professor, 314 dosent çalışır.

ADİU Avropa Universitetləri Assosiasiyası, İslam Ölkələrinin Universitetləri Federasiyası, Avrasiya Ölkələrinin Universitetləri Assosiasiyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələrinin Universitetləri Şurasının tam hüquqlu üzvüdür. Azərbaycan Dövlət İqtisad Universiteti Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransının "UNCTAD" Virtual İnstitutunun üzvüdür. Azərbaycan Dövlət İqtisad Universitetində Dünya Bankının İctimai İnformasiya Mərkəzi, Ümumdünya Ticarət Təşkilatının İstinad Mərkəzi fəaliyyət göstərir.
Boloniya prosesi çərçivəsində Avropanın aparıcı ali məktəbləri ilə əməkdaşlığın genişləndirən, Monpelye (Fransa) Universiteti ilə TEMPUS layihəsinin, Maastrixt Universitetinin iqtisad məktəbi ilə TASİS layihəsinin hazırlanması və reallaşdırılması, İstanbul Universiteti ilə birgə “Türk dünyası işlətmə” fakültəsinin açılması, İndiana (ABŞ) Universiteti ilə birgə Cənubi Qafqazda yeganə distant təhsil mərkəzinin yaradılması, Harvard biznes məktəbinin tədris proqramı üzrə ingilis dilli “Xüsusi İstedadlar Qrupu” bölməsinin yaradılması, Hyuston Universiteti ilə tələbə mübadiləsi üzrə layihənin reallaşdırılması istiqamətində mühüm işlər görən ADİU-da dünyanın 12 ölkəsindən olan 850-dən çox tələbə və magistrantlar təhsil alır.

Belə geniş tələbə və müəllim kontingentinin kitabxana-informasiya tələbatını ödəmək məqsədilə Universitetdə Əsaslı Kitabxana fəaliyyət göstərir. 1930-cu ildən, İqtisad Universitetinin yarandığı dövrdən fəaliyyət göstərən Əsaslı Kitabxana UNEC-in aparıcı struktur bölmələrindən biri olub, əsas məqsədi universitetin müəllim və tələbələrinin informasiya təminatını həyata keçirməkdir.

Əsaslı Kitabxanada Xidmət şöbəsi , Komplektləşdirmə və kataloq şöbəsi; Biblioq­ra­fiya şöbəsi fəaliyyət göstərir.

Əsaslı kitabxananın və 1, 2, 3 və 4 saylı tədris binasında zəngin fondu olan kitabxana-filialları vardır və bu filiallarda ixtisaslarla bağlı xüsusi oxu zalları tələbə və professor-müəllim kontingentinin informasiya təminatını həyata keçirir.

Hazırda ümumi sayı 300 000-ə yaxın Azərbaycan, rus, türk və ingilis dillərində çap məhsulunu və digər informasiya daçıyıcılarını mühafizə edən kitabxanada tələbə və professor-müəllim heyətinin informasiya tələbatını günün tələbləri səviyyəsində yerinə yetirmək üçün yeni innovativ üsullardan istifadə edilir. Yeri gəlmişkən kitabxana innovasiyası orijinal, qeyri-standart, yeni ideya, metodiki layihə formalı işdir. İnnovasiya kitabxana xidmətinin təşkilinə, kitabxana texnologiyası və idarəetməyə yeni yanaşmanı əks etdirir. İnnovasiya kitabxananın bütövlükdə inkişafını təmin edir və ayrı-ayrı proseslərin yeni istiqamətdə fəaliyyət göstərməsinə müsbət təsit göstərir. Kitabxana innovasiyaları kitabxana işçisi və oxucusunun intellektual potensialının inkişafında əhəmiyyətli rol oynayır. Hazırda virtual kitab sərgiləri, onlayn verilənlər bazalardan istifadə, oxucu qeydiyyatından başlamış elektron sorğu, elektron sifariş və sifarişin oxucuya çatdırılması, biblioqrafik sorğu xidməti, virtual xidmət, saytda onlayn servis xidməti, virtual ekskursiyalar bütün bu proseslərin avtomatlaşdırılması və informasiyanın operativ çatdırılması kitabxana innovasiyalarına aiddir.

Bu istiqamətdə ADİU-da mühüm işlər görülür. Onu qeyd etmək lazımdır ki, universitetin hər gün yenilənən http://unec.edu.az saytı vasitəsilə tələbə və müəllim kontingenti yeni informasiyaları operativ əldə edə bilirlər. Bundan başqa universitetin facebook, yutube, twitter, linkedin kimi sosial şəbəkələrdə səhifəsi vardır ki, bu səhifələrdən tələbə-gənclər istifadə edir, fikir mübadiləsi aparırlar.

Universitetdə biblioqrafik axtarışı asanlaşdırmaq məqsədilə İRBİS proqramı ilə elektron kataloqun yaradılmasına başlanılmışdır. ADİU-da həm də Elektron kitabxana fəaliyyət göstərir ki, bu, tələbə və müəllimlərin informasiya təminatında mühüm məsələdir. İstifadəçilər lazım olan dərslik və dərs vəsaitlərindən onlayn formada istifadə edə və onları özlərinin kompüterinə yükləyə bilirlər. Bütün bunlar tədrisin səmərəli təşkilinə imkan verir, vaxt itkisinin qarşısını alır. Lakin elektron kitabxanada təsvirlərin dövlət standartına uyğun olmaması, biblioqrafik təsvirin bütün ünsürlərinin verilməməsi ciddi çatışmazlıqdır. Fikrimizcə, kitabxana-konsaltinq xidmətləri, virtual xidmət, biblioqrafik sorğu xidməti, bukrossinq, buktreyler, daycestlər, elektron biblioqrafik arayışlarla xidmət, interaktiv nəşrlərlə xidmət, istifadəçilərlə əks əlaqənin yaradılması kimi innovativ üsullardan istifadənin təşkili və hazırda dünya təcrübəsində istifadə olunan RFİD (radio dalğaları ilə indentifikasiya) texnologiyasının Əsaslı kitabxanada tətbiqi işin xeyrinə olardı.

Qeyd edək ki, ADİU Əsaslı Kitabxanasının adının da Əsaslı yox, Elmi Kitab­xa­na adlandırılması daha məqsədəuyğun olardı. (elmi kitabxananın əsası Azərbaycanda 1259-cu ildə Nəsirəddin Tusi tərəfində qoyulan Marağa Rəssədxanasının ilk elmi kitabxanasıdır)
Ümid edirik ki, əsas strateji hədəfi Azərbaycan Dövlət İqtisad Universitetini elmi-innovasiya universitetinə çevirmək, tədrisin Boloniya prosesinin tələblərinə və müvafiq Avropa standartlarına uyğunlaşdırılmaq, ən müasir təhsil tex­no­lo­gi­ya­la­rına əsaslanan iqtisadi təhsil modelinin formalaşdırılması prosesini başa çat­dır­maq, beynəlxalq akkreditasiya prosesinin tamamlanmaq, beynəlxalq təhsil xid­mət­ləri bazarında iştirakın daha da genişləndirmək, tələbələrin bilik səviyyəsinin qiy­mət­ləndirilməsi üzrə reytinq sistemini yaratmaq, təhsil proqramlarının AKTS əsa­sın­da reallaşdırmaq, yeni təhsil məhsullarını yaratmaq, təhsil prosesinin təşkilində mo­dul (asinxron) sistemini tətbiq etmək olan ADİU-da yeni tipli elmi kitabxananın yaradılması istiqamətində mühüm işlər görüləcəkdir.

Gülyanaq Verdiyeva
ADİU-nun Əsaslı Kitabxanasının əməkdaşı

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar