Xəbər lenti
Dünyanın 980 ən yaxşı universitetinin adı - Azərbaycandan bir dənə də yoxdur
Ali təhsillə bağlı yeniliklərdən bəhs edən “Times Higher Education” (THE) jurnalı dünyanın ən yaxşı universitetlərinin bu ilki siyahısını açıqlayıb. Siyahıda bu dəfə 980 universitetin (keçən ilkindən 180 universitet artıq) adı çəkilir. Rusiyanın 24, Türkiyənin 18, Gürcüstanın 1 universiteti də (Ivane Javakhishvili Tbilisi State University) siyahıya düşüb. Azərbaycan universitetlərinin heç birinin adı siyahıda hallanmır.
“Times Higher Education” universitetləri 5 əsas cəhətinə – təhsilin səviyyəsi, universitetin elmi-araşdırma fəaliyyəti, universitetin adının beynəlxalq elmi jurnallarda çəkilməsi faktı, beynəlmiləlçilik (əcnəbi tələbələrin sayına) və təhsil ocağının fəaliyyətindəki innovasiyalara görə qiymətləndirir. Bunlardan əlavə, təhsil ocağının elmi araşdırmalara xərclədiyi vəsaitin məbləğinə diqqət edilir.
Siyahıda birinci yer Oksford Universitetinindir. İlk onluğa düşənlər yenə Amerika (Kaliforniya Texnologiya Universiteti, Stenford Universiteti, Kembric Universiteti, Massaçusets Texnologiya Universiteti, Harvard Universiteti, Prinston Universiteti, Kaliforniya (Berkli) Universiteti, Çikaqo Universiteti), Britaniya (London İmperial Kolleci) və İsveçrənin (Sürix Texnologiya Universiteti - ETH Zürich) ali təhsil ocaqlarıdır.
Türkiyə universitetləri arasında liderlik edənlər Koç (251-300), Sabancı (301-350) və Bilkent (351-400) universitetləridir. Rusiya universitetlərinin siyahısına isə Lomonosov adına Moskva Dövlət Universiteti (188), Moskva Fizika və Texnologiya İnstitutu (301-350), Sankt Peterburqdakı İnformasiya Texnologiyaları, Mexanika və Optika Universiteti—İTMO (351-400) başçılıq edir
“Times Higher Education” Asiya ali təhsil ocaqlarında inkişaf olduğunu vurğulayır. 2 yeni Asiya universiteti (Çinin Honkonq Universiteti vəKoreyanın Elm və Texnologiya İnstitutunun-KAIST) ilk 100-lüyə, 4-ü isə (Honkonq Şəhər Universiteti, Çinin Elm və Texnologiya Universiteti, Fudan Universiteti və Honkonq Politexnik Universiteti) ilk 200-lüyə düşüb, digərləri siyahıda irəliləyir (siyahıdakı Asiya universitetlərinin ümumi sayı 289-dur). Ən güclü irəliləyiş Sinqapurda müşahidə olunur.
Bununla belə, “beynəlxalq cəhdlər edən” Asiya universitetlərinin sayı “çox azdır”. Bunu, Avstraliyanın Myordok Universitetinin Asiya üzrə Araşdıma Mərkəzinin professoru Riçard Robison deyib. Asiya ali təhsil ocaqları qabaqcıl universitetlərlə rəqabət apara bilərmi? Professor bu sualı belə cavablandırıb ki, “onların qərbdəkilər kimi nəhəng elm mərkəzlərinə çevriləcəyini gözləmir, çünki bu universitetlərin təhsil anlayışı fərqlidir”. Onun fikrincə, Asiya universitetlərində mühit “çox gərgin olur”, çox şey “əzbər öyrədilir”, “auditoriyalarda müzakirələrə çox yol verilmir”. (“Azadlıq” radiosu)
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar