Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Wi-Fi”yı bu gözəl qadının kəşf etdiyini bilirdinizmi? - FOTOLAR

Tarix: 04-09-2016 00:42     Baxış: 3566 A- / A+
“Wi-Fi”yı bu gözəl qadının kəşf etdiyini bilirdinizmi?

Hedi Lamar tezlik dəyişdirmə texnikasını inkişaf etdirib və 1942-ci ildə “Şifrəli Radio Mesajlaşması” sahəsində patent alıb.

Axşam.az Technote-yə istinadən xəbər verir ki, Vyanadan olan Hedi Lamar bir kino ulduzu idi və orduya silah, təyyarə satan bir tacirlə evli idi.

Həyat yoldaşı ilə birlikdə qatıldıqları yeməklərdə adətən silah texnologiyası barədə söhbətlər gedərdi və məşhur aktrisa bu səbəbdən müdafiə texnologiyalarına xüsusi maraq hiss edərdi. Evlərindəki dəvətlərə Hitler və Mussolininin qatıldığı bilinir.

Almanların uzaqdan idarə edilən partlayıcı qutuları yaratmaq istədiyini həyat yoldaşından eşidən Hedi, bu mövzu ilə yaxından maraqlanmağa başlayıb.

Həyat yoldaşından boşandıqdan sonra, 1938-ci ildə Hollivuda yerləşib. O, 1940-cı ildə uzaqdan idarə olunan qutular haqqında düşüncələrindən danışdı. Lamarın məqsədi uzaqdan idarə edilən partlayıcı qutularının, düşmənin siqnal qarışıdırıcıları (jamming) səbəbi ilə idarə etməsinin itirilməsinə mane olmaq idi. Qutunu yönləndirən radio tezliyi düşmən tərəfindən ortaya çıxarıldığı zaman avtomatik olaraq kilidlənir və idarəetmə itirilirdi. Hedi bunun həllini tapmışdı amma texniki dəstəyə ehtiyacı var idi.

Uzaqdan idarə etmə alətinin (pult) radio tezliyi daimi olaraq dəyişdirilsə düşmənin müdaxilə imkanı qalmazdı. Ancaq, radio və partlayıcı qutuları eyni anda tezliklərini dəyişdirməli idilər. Bu mövzuda qonşusu Ateyl ona kömək etdi. Həll üsulu, deşikli kağız rulonlara qeyd edilən notlara görə musiqi çalan pianolar idi. Radio dalğa ötürücüsünə və qutuya yerləşdirilən rulonlar tezliyi eyni anda dəyişdirəcəkdilər. Kəşfin patentini 1942-ci ildə almaqlarına baxmayaraq, ordu bununla maraqlanmayıb.

Oxşar bir sistem, başqaları tərəfindən 1957-ci ilə tranzistor istifadə edərək hazırlandı. ABŞ ordusu 1962-ci ildə çıxan Kuba krizində bu sistemdən istifadə etdi. O tarixdə Hedinin patentinin vaxtı bitmişdi. Elektronikanın Qabaqcılları Dərnəyi 1997-ci ildə Hedinin patentini gördü və ona Elektronika Qabaqcılı Ordenini verdi. Hedi Lamarın tapdığı bu uzaqdan idarəli qutuların bugünün “Wi-Fi” və “Bluetooth” kimi uzaqdan qoşulma texnologiyalarının əsası olduğu bildirilir.

Manevr.az

“Wi-Fi”yı bu gözəl qadının kəşf etdiyini bilirdinizmi?
“Wi-Fi”yı bu gözəl qadının kəşf etdiyini bilirdinizmi?
“Wi-Fi”yı bu gözəl qadının kəşf etdiyini bilirdinizmi?
“Wi-Fi”yı bu gözəl qadının kəşf etdiyini bilirdinizmi?

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar