Xəbər lenti
Onun yüksəliş anı təhsil zirvəsinin pillələridir...
Sosial şəbəkələr bəzən bizə böyük fürsətləri həyata keçirə bilmək imkanı yaradır. Səmimi deyim ki, maarifpərvər pedaqoq İsmayılova Balabikə Məhəmmədhəsən qızı haqqında müəyyən fikir ifadə etməyimə də elə bu proses zəmin yaratdı.
Balabikə xanımın qızı Təranə Dəmir ilə feysbook səhifəsində dost olmağımız da bu zəruri işə əsas verdi. Anası haqqında feysbook səhifəsində etdiyi qeydləri dolğun bir yazıya çevirmək istəyimi hər kəsin qəlbində dərin iz buraxmış Balabikə müəllimin fəaliyyətinə bir ehtiram nümunəsi kimi qəbul edirəm. Bildiyimiz kimi, dövlətin əsas strateji gücü təhsil, təhsilin ən sərrast hədəfi işıqlı cəmiyyət, cəmiyyətin ən doğru yolgöstərəni müəllimdir. Müəllim adı zaman-zaman öz mahiyyətini geniş anlamda təcəssüm etdirib. Dünyanın ən görkəmli, hətta ən qorxunc sərkərdələri belə müəllim qarşısında məsum körpə kimi olublar... Müəllim adı, müəllim peşəsi haqqında çox söz deyilib. Hər dövrdə bu ad üçün uyğun aforizmlər qoşulub. İyirminci əsrdə də müəllim adı ilə əlaqədar çoxlu sayda ibrətamiz söz və ifadələr səsləndirilib. Ümummilli lider Heydər Əliyevin - “Mən dünyada müəllim adından yüksək ad tanımıram” - məşhur aforizmi hər kəsin dilində bir şüara çevrilib. Bir sözlə, müəllim hər dövr üçün örnək, nümunə göstərilən parlaq və müqəddəs adlardan biridir... Bu yazıda da peşəsi, adı yüksək olan bir müəllimdən, onun şərəfli pedaqoji fəaliyyətindən, cəmiyyətə verdiyi töhfələrdən, təhsilin inkişafındakı nümunəvi xidmətlərindən bəhs olunur. Yazının əsas Obrazı İsmayılova Balabikə Məhəmmədhəsən qızıdır. Elə bir müəllim ki, illər keçsə də müqəddəs adı və peşə sevgisi unudulmur. Qısa tanışlıq: İsmayılova Balabikə Məhəmmədhəsən qızı 1936-cı il mayın 25-də Sabirabad rayonunun Abdulabad kəndində anadan olub. Əvvəlcə Abdulabad kəndindəki natamam orta məktəbdə, sonra Qruzma kənd orta məktəbində, daha sonra isə Sabirabad rayonunundakı orta məktəbdə təhsil alıb. Təhsil almaq, oxumaq üçun heç bir çətunlikdən qorxmayıb. Ac da qalıb, əyni-başı yalın da olub, amma yolundan dönməyib. 1957-ci ildə yüksək qiymətlərlə BDU-nun (O vaxtkı ADU) biologiya, əlavə kimya fakültəsinə daxil olub. İlk gündən müəllim kollektivinin hörmətini qazanıb. Sabirabad rayonunda ilk ali təhsil alan qadın kimi yadda qalıb. 1962-ci ildə universiteti qırmızı diplomla başa vurub. Müəllimlərin israrına baxmayaraq universitetdə qalıb, elmi fəaliyyətini davam etdirmək fikrindən daşınıb. Doğma kəndinə qayıdıb. Əvvəlcə Abdulabad, sonra qonşu Kolanı kəndində müəllimlik edib. Şagirdləri hər il yüksək göstərici ilə müxtəlif elm ocaqlarına qəbul olub, ali təhsil alıblar. Dərs dediyi şagirdlərdən adlı-sanlı alimlər, jurnalistlər, bioloqlar, kimyaçılar yetişib. Azərbaycan Televiziyasının "Görüş yeri" proqramında Kolanı məktəbinin 70 illiyi ilə bağlı onun əmək və fəaliyyəti işıqlandırılıb. Müxtəlif mətbuat orqanlarında haqqında məqalələr yazılıb. 1982-ci ildə böyük dövlət xadimi Heydər Əliyevin şəxsi imzası ilə üç kəndi özündə birləşdirən Abdulabad sovetliyinə rəhbər təyin olunub. O, 1982-ci ildən 2012-ci ilə qədər həmin kənddə - sovetlikdə icra başçısının səlahiyyətli nümayəndəsi işləyib. Ömrünü partiyaya, dövlətə və xalqa xidmətə həsr edib. Ünvanına - o, kişi kimi qadındı, - deyiblər. Cəsarətinə, ərliyinə, vüqarına, əzminə görə bu lütfə nail olub. Həmişə xalqa arxa durub. Şəffaf işləyib, heç kimin yanında gözükölgəli olmayıb. Rayon əhalisi ona ehtiram və sevgi göstərib. Plenumlarda və qurultaylarda odlu-alovlu çıxışları ilə yadda qalıb. Dövlət məmuru kimi çox işlər görüb. Ölümündən əvvəl Heydər Əliyev mükafatı ilə təltif olunmuşdu. Güclü natiq kimi də xatırlanır. Bir sözlə, Allahın dəyər verdiyi, seçilmiş bəndələrindən idi... İsmayılova Balabikə Məhəmmədhəsən qızı 2023-cü il fevralın 6-da dünyasını dəyişib. Ailəli idi. 1966-cı ildə kəndin ziyalısı Ağaqardaş müəllimlə ailə qurmuşdu. İki övladı, iki nəvəsi var. Nəsillərin hörmətlə xatırladığı şərəfli müəllim-pedaqoq, dərin nüfuza malik şəxsiyyət idi. İsmayılova Balabikə Məhəmmədhəsən qızı istər ali təhsil aldığı, istərsə də dərs dediyi vaxtlarda yaxşı bilirdi ki, kadr məsuliyyəti ümumi işin təməlidir – yəni kadr üzərinə düşən məsuliyyəti hiss edəndə, aid olduğu sahədə əsaslı uğurun bünövrəsi qoyulur. Buna görə də o, bütün fəaliyyəti boyu bu məsuliyyətə sadiq qaldı. Balabikə İsmayılova dərs dediyi şagirdlərə fənlərin fundamental tədrisi ilə yanaşı, ictimai prosesləri də aydın başa salırdı. Məsələn, o, dərsdən əvvəl şagirdlərdə cəmiyyət işi barədə fikir formalaşdırır, uğurlu siyasi fəaliyyətin məhz Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra mümkün olduğunu deyir, ölkədə bütün sahələr üzrə əsaslı dönüşün yaranmasını, bu prosesin təhsil sahəsində də aşkar şəkildə özünü büruzə verməsini həmin siyasi fəaliyyətlə əlaqələndirirdi. O, sanki hər bir şagirdə ayrı-ayrılıqda başa salırdı ki, insanların bilikli olması o dövrün ən tələbkar cəhdi idi və bu, prioritet vəzifə kimi hər kəsin qarşısına qoyulmuşdu. Buna görə o dövrdə yüksək ixtisaslı kadrlar yetişdi, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirildi, təhsil ocaqları ən müasir avadanlıqlarla təchiz edildi. Balabikə İsmayılova peşəsinə dərindən bağlı idi. Hətta o qədər dərindən ki, dərs saatlarında şagirdlər bunun fərqinə vara bilirdilər. Bu sevgi hissinin təsiri ilə illər sonra onlar cəmiyyətin qabaqcıl, peşəkar insanlarına çevrilə bildilər. Bu uğurun təməlində, əlbəttə ki, Balabikə İsmayılovanın diqqət və qayğısı, tövsiyələri, göstərişləri durur. Balabikə müəllim dərs dediyi məktəbdə təhsilin çox önəmli sahə olduğunu şagirdlərinə əzmlə başa salır, bu sahənin inkişafına, bu sahədə görülən və gələcəkdə görüləcək işlərə xüsusi diqqət çəkirdi. O, tez-tez valideynlərlə dialoqa girir, belə bir ictimai işin əhəmiyyətinin vacibliyini önə çəkir, evdə də uşaqlara bu zəruri halın aşılanmasını məsləhət görürdü. Balabikə müəllim milli-mənəvi birliyin, ümumxalq mənafelərimizin əsas özəyində təhsilin durduğunu deyir, şagirdlərə bu sahədə aparılan islahatların faydasını çatdırırdı. Vurğulayırdı ki, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi, müstəqilliyin, dövlətçilik tariximizin müasir mərhələsinin təmin edilməsində də təhsil çox önəmli rol oynayıb. Milli dövlət quruculuğu işində, vətəndaşlıq duyğusunun, millətə, dövlətə, vətənə sevgi hissinin gücləndirilməsində də təhsilin önəmi çoxdur. Məhz bu cür ideoloji zəminlər əsasında Balabikə İsmayılova daim vətənimizin, xalqımızın gələcəyini düşünən bilikli şagirdlər yetişdirə bildi. Onun parlaq pedaqoji fəaliyyəti, vətən və xalq qarşısındakı ölçüyəgəlməz misilsiz xidmətləri şagirdlərinin faydalı cəmiyyət insanları olmasında böyük rol oynadı. İllərin sınağında bərkiyən Balabikə İsmayılovanın dərs dediyi məktəb, bilik və savad verdiyi şagirdlər üçün yaratdığı münbit şərait elə bu gün də Azərbaycanın real təhsil həyatında aydın təzahür edir. Nə vaxt təhsildən söhbət düşürdü, Balabikə müəllim deyirdi: - Təhsil önəmli sahədir; dövlətin əsas ictimai işi bu proses vasitəsilə xarakterizə olunur. Yəni, hansı dövlətdə təhsil ən başlıca həyat amilidir, orada yüksəliş, sivil və beynəlxalq inkişaf pik həddində olur. Çox sevindirici haldır ki, ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra ölkəmizdə təhsil öz milli strukturunu formalaşdırdı və hazırda ölkə rəhbəri İlham Əliyevin rəhbərliyi altında da Azərbaycan öz təhsil prioritetləri ilə dünyada tanınır. Təhsilin inkişaf qaynaqları əsasən məktəblərdir; yəni harada tədris varsa, orada təhsil vətəndaşın əsas maraq dairəsinə çevrilir. Nəticədə, savadlı insanlar yetişir və ölkə bundan faydalanır. Bu gün Balabikə İsmayılovanı tanıyan hər kəs səmimi etiraf edir ki, Azərbaycan təhsilinin inkişafında, nailiyyətlər qazanmasında, məktəblərin innovativ təlim-tədris texnologiyalarından geniş şəkildə faydalanmasında, tədris ocaqlarında təhsilin məzmun və keyfiyyət göstəricilərinin təkmilləşdirilməsi istiqamətində Balabikə müəllimin əməyi çoxdur və o, bu istiqamətdə zəruri addımlar atıb. Bu, bütünlükdə ölkə təhsilinin milli qayəsidir və beynəlxalq əhəmiyyət kəsb edir. Təəssüf ki, ömür vəfa etmir. Balabikə İsmayılova da 2023-cü ildə amansız əcəlin acı girdabına tuş gəldi, doğmalarına, Azərbaycan təhsilinə vida etdi. İllər keçəcək, təhsil zirvəsinin pillələrində onun adı və ünvanı daim bərq vuracaq.
Hüseyn İsaoğlu,
Yazıçı-publisist, AYB və AJB-nin üzvü
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar