Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Gənclik həyatda zaman vahidi deyil, düşüncə tərzidir" - MÜSAHİBƏ

Tarix: 13-10-2023 20:04     Baxış: 3356 A- / A+


Manevr.az tanınmış təhsil mütəxəssisi Nadir İsrafilovun sia-ya verdiyi müsahibəsini təqdim edir:

- Nadir müəllim, sizdə illərin təcrübəsi var. Sizcə, gənclərin yetişməsində yaşlı nəslin hansı rolu var?

- Gənclərin yetişməsində və formalaşmasında yaşlı nəslin üzərinə də heç də az məsuliyyət düşmür. Antik filosof Aristotelin bir sözü var: “Gənclərin yetişməsinə əhəmiyyət verin. Çünki, bu yolda hər hansı bir məsuliyyətsizlik məmləkətin təməlini məhv edər”.

- İndiki gəncliyi necə dəyərləndirirsiniz? Sizcə, sağlam gənclik nədir?

- Heç kəsə sirr deyil ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır.

- Dövlətimizin gənclərə olan diqqət və qayğısı haqqında nə söyləyə bilərsiniz?

- Ümummilli liderimiz Heydər Əliyev öz siyasətində daima gənclərə qayğı göstərmiş, onların bir fərd kimi yetişməsinə xüsusi önəm vermişdir. Hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq gənclər siyasəti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayan Ulu Öndər gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə həmişə önəm vermişdir. "Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik".
Bu günün özündə də ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. Prezident İlham Əliyev tərəfindən 2007-ci ilin “Gənclər ili” elan edilməsi gənclərə ölkə Prezidenti tərəfindən böyük önəm veilməsinin növbəti sübutudur.

- Gənclərin düzgün ruhda yetişdirilməsində təhsil müəssisələrinin hansı rolu var?

- Bütün bu uğurların fonunda təəssüf ki, son illər ölkəmizdə istər orta məktəblərdə, istərsə də ali məktəblərdə yeniyetmə və gənclər arasında xoşagəlməz hadisələrin sayının bir qədər artması, bunların qarşısının alınması üçün hər hansı bir ciddi tədbirin görülməməsi, təhsil müəssisələrinin rəhbərlərinin və valideynlərin baş verən hadisələrə münasibətin çox vaxt adekvat olmaması ciddi narahatlıq doğurur.

- Sizcə indiki gənclik doğru yoldadır?

- Yeniyetmə və gənclərin bir qisminin milli musiqiyə biganəliyi, universitet tələbələrimiz və ardınca da orta məktəb şagirdlərimizin bayağı musiqilərə qulaq asması, kim və kimlərin təsirinə düşərək kriminal avtoritetə həsr olunmuş mahnını oxuyaraq oynamaları cəmiyyət tərəfindən böyük qınağa səbəb oldu, sosial şəbəkələrdə bir ağızdan belə mütəşəkkil hərəkət birdən-birə ortaya çıxa bilməz kimi dəyərləndirildi. Hətta, bunu “Z nəslindən ZEK nəslinə keçid” kimi qiymətləndirənlər də oldu. Halbuki, kim təminat verə bilər ki, mənəvi dəyərlərimizin aşılanmasına yol aça biləcək bu kimi təhlükəli tendensiyalar sabah və ya birisi gün də baş verməyəcək!?

- Gənclər müasirliyi nədə görür?

- Son zamanlar Qərbdən bizə transfer olunan “Nəsillər nəzəriyyəsi”nə bizdə də maraq göstərənlərin, nəsillərin “alfa”, “beta”, “Z (zet)” kimi bölgüsünü aparanların, nəsilləri illərə, xarakter və xüsusyətlərinə görə bölənlərin, bunlardan hansınasa üstünlük verib, bəraət qazandıranların sayında artım müşahidə edilməsi kimi bir təhlükəli tendensiya müşahidə olunmaqdadır.
Unutmayaq ki, nəslin “alfa”, “beta”, “Z (zet)”ası olmur, nəslin əsli-nəcabəti olur. Nəsli-nəcabəti olmayandan nəslin davamçısı ola bilməz.

- Gənclərin formalaşmasında TV və KİV-lərin hansı rolu var?

- Qloballaşmanın, milli kimlikdən uzaqlaşmanın fəsadlarına qarşı yeniyetmə və gənclərə nəsli, nəcabəti qorumaq kimi hisslərin aşılanması, nəinki məktəblərin, universitetlərin, KİV-lərin, TV-lərin vəzifəsidir, milli mənsubiyyəti olan hər kəsin mənəvi borcudur.

- Bir sıra gənclərin zərərli vərdişləri haqqında nə söyləyə bilərsiniz?

- Gənclərin zərərli vərdişləri, cinayət aləminə meyilliliyi gələcək üçün böyük problemlər vəd edir. İndi imtahana gələn bəzi abituriyentlərin üzərində bıçaq, kəsici-deşici vasitələrin, kimyəvi tərkibli zərərli maddələrin və s. olması nə deməkdir? İmtahalarda kağız konspektlərdən istifadə etdilər, dinmədik, “şparqalka”lar telefonlarla əvəz olundu, dinmədik. Kreativ olan "şparqalka" nümunələri - yazılı ayaqqabılar, ağıllı eynək, ağıllı qələmlər, plastik su şüşəsinin etiketini yenidən dizayn edərək üzərinə xırda hərflərlə imtahan suallarının cavablarını yazılması, pozanın içinə və xətkeşin içinə şparqalka yerləşdirilməsi, digər texnoloji yeniliklər və daha nələr, nələr...
Artıq, imtahana təsbeh, dualar, seyid şəkilləri ilə gəlmək dini radikalizmin genişlənməsi ilə bağlı narahatçılığımız. Bunun səbəblərini araşdıran və qarşısını almaq üçün konkret bir təklif verən olubmu? Təəssüf ki, hər hansı bir profilaktik tədbirin həyata keçirilməsinin belə şahidi olmadıq.

- Bəs, gənclərin geyimləri barədə nə düşünürsünüz?

- Kim təminat verə bilər ki, mənəvi dəyərlərimizin aşılanmasına yol aça biləcək bu kimi kriminal mahnı sabah və ya birisi gün uşaq bağçalarında səsləndirilməyəcək və yaxud da bu gün imtahana “şortik” və çəkələklə gələn tələbədən kimsə nümunə götürüb, sabah imtahana alt paltarında gəlməyəcək!? Bu kimi təhlükəli tendensiyaların sabah və ya birisi gün baş verməməsi üçün nəsə etməliyik. Heç olmasa ona görə ki, yeniyetmə və gənclərimizə nəsli, nəcabəti qorumaq kimi hisslərin aşılanması yolu ilə milli kimlikdən, mənəvi mental dəyərlərimizdən uzaqlaşmalarının qarşısını ala bilək.

- Gəncliklə bağlı hansı tövsiyələriniz var?

- Qloballaşmanın, virtuallığın milli kimlikdən uzaqlaşmanın fəsadlarına qarşı yeniyetmə və gənclərə nəsil-nəcabəti qorumaq kimi hisslərin aşılanması, nəinki məktəblərin, universitetlərin, KİV-lərin, TV-lərin vəzifəsidir, bu milli mənsubiyyəti olan hər kəsin mənəvi borcudur. Elə çıxmasın ki, gənclər bizim gələcəyimizdir deyək, ancaq bu kimi gənclərlə hara gedəcəyimizin elə də fərqində olmayaq...
Bu hallara qarşı cəmiyyət səfərbər olmalıdır. Unutmayaq ki, gənclik həyatda zaman vahidi deyil, düşüncə tərzidir.

Ayşən Vəli

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar