Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

"Əlifba dostları"ndan gələn yalnızlıq

Tarix: 08-02-2021 11:34     Baxış: 2253 A- / A+
"Əlifba dostları"ndan gələn yalnızlıq

"Yalnız olan kişi, kütlələr tərəfindən əzilməmək üçün hər zaman mübarizə etmək məcburiyyətindədir" - Nitsşe.

İllərdir haqqında danışılan, yazılan mövzular var ki, hərə öz beyninin, qavramasının yetdiyi qədər izah etməyə çalışır. Hansı ki, bu mövzular artıq həyatımızın ən önəmli bağının bir hissəsidir.
Keçim mətləbə...Yuxarıda çəkdiyim misaldan söhbət açmaq istəyirəm. Həqiqətən yalnız insan varmıdır? Varsa, yalnızlıqdan qorxan bəs? O da varmı?
Sosial şəbəkələrin, texnologiyanın inkişaf etdiyi bir dövrdə yalnızlıq da artıq çox qəlizləşib. Reallıqdan kənar qalan həmin yalnızlar saxta xöşbəxtliyini əsl real həyatındakı yalnızlığa axı, niyə dəyişsin? Yalnızlığı günlər, aylar boyunca qəbul etmək yerinə, sosial insanların anlaşılmadan onlara verdiyi müddətli saxta xöşbəxtliyi niyə önəmsəsin? Belə olduğu halda anlaşıldığı rolların bitdiyi zaman yenə yalnızlıqla baş-başa qalmayacaqmı? Əlbəttə qalacaq.Həm də izaholunmaz şəkildə...
Həyatda axı, bəlkə də heç qorxulu bir hiss deyildir. Bilirsinizmi nə? "Əlifba dostlarının" gülüşünü kənara qoyub, yalnızlığın yolu ilə getməsinə baxsaydı yoluna çıxan gülləri, ağacları, quşları, günəşi görməzdimi məgər insanoğlu? Təbii ki, görərdi və o anındaca ilişib qalardı.
Tanıdığın insanlar nə qədər kültürlü olsa da, onlar yazıdan tanıdıqları insanı yazısı qədər anlaya bilməyəcəkmi? Bir araya gəlib iki kəlmə söhbət etmədikdən sonra, yalnızlığını doya-doya danışıb iki stəkan çayı içə bilmədikdən sonra lap bir ordu dinləsin səni, nə fərqi var,axı? Fikrimcə bu yol yalnız gəzilməlidir. Qorxularına güc gələrək həm də təkbaşına! Eynən yaradıcı insanlar kimi. Mənə görə bu duyğunu ən gözəl bu insanlar yaşayar.Yaradıcılığı olmayanlar isə özündə cəsarət tapmalı, kütləyə olan marağını aşmalıdır. Kütlənin qurğusu olmamalı, özünü və həyatını sevib, barışmalıdır. Yaşı neçə olursa olsun insanın özü olması ən doğrusudur. Bu zaman o azadlığının nə olduğunu da hiss edir. Azad yaşamaq, digərlərinin həyatına bənzəməkdən, onları dinləyib öz duyğularından vazgeçməkdən tam əks məna daşıyır.Əlində olan hər nə varsa özünü onun sahibi elan etmək yerinə, sahiblənmək özündə daha böyük güc toplamağa köməklik edər. Bu həyatda daimi olan o qədər az şey var ki... Hər bitiş özü ilə ümidi, inamı da aparmalıdırmı? Bu sualın cavabını belə vermək istərdim. Bir ağac düşünün, yaz ayı gəlmiş, bütün budaqları çiçək açıb. Lakin bu çiçək küləyin bir əsməsinə aldanaraq budaqdan ayrılıb, özünü küləyə qurban vermişdir. Çiçək bu qədər vəfasızdırsa, torpağın günahı nədir? Ağac torpaqdan öz kökünü kəsməlidirmi? Xeyir. Çünki ağac ümid etməlidir hər il yenidən tumurcuqlamağa.Necə ki, edir...
Ağacın ümidi nə qədər böyükdür, nəsibi dəyişməsə belə...
Biz də eynisilə.Bəlkə nəsibimiz dəyişməyəcəkdir amma yenə də özümüzü tanımalıyıq. Nə üçün var olduğumuzu, həyat yolumuzun keşməkeşliyinin səbəbini, sonunda ölüm olsa belə yaşamaq arzusunu düşünməliyik...

Günel Nazim
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar