Xəbər lenti
"Mən qaziyəm" - Hekayə
Nazilə Gültac
Hekayə
Bir həftəydi ki, sağ tərəf qabırğaaltı nahiyədə olan ağrılar ona rahatlıq vermirdi. Səhərlər ağzını zəhər kəsir, iştahsızlıq, ürəkbulanma ondan əl çəkmirdi. Bu əlamətləri əsəb gərginliyi və keçirdiyi streslə əlaqələndirirdi. İki ay olardı ki, onu işdən çıxarmışdılar; işlədiyi şirkətin
müqaviləsi bitmiş, şirkət də işçiləri çıxartmaq məcburiyyətində qalmışdı. Tərslikdən evdə də tək idi, yeməyə bir şey olmadığını görən yoldaşı 3 yaşlı qızını da götürüb, təqaüdlə güc- bəla dolanan anasının yanına getmişdi. İndi ev suyu sovulmuş dəyirmana bənzəyirdi. İşsizlikdən,
pulsuzluqdan dəliyə dönmüşdü. Baş vurmadığı , SV göndərmədiyi yer qalmamışdı, hələ heç birindən xəbər yoxuydu. Problem azmış kimi, bir yandan da bu sancılar onu lap dilxor etmişdi. Neçə gün idi ki, spazmalqon içir, amma ağrı azalmırdı ki, azalmırdı. Dostu Rəşad onun
vəziyyətini görüb dedi:
- Mahir, yəqin öd kisəndə daş var, yoxsa bu qədər ağrımaz.
Mahir tez dilləndi:
- Bir bu çatmırdı, işimin olmayan vaxtında.
- Ayə, bəs, bilmirdin, daşdan yumşaq nə olsa yeyəndə ödün daşla dolacaq. Mahirin bulud kimi dolmuş sifətini görən Rəşad zarafatının yersiz olduğunu anlayıb, sözü dəyişdi:
- Get yoxlatdır, indi İcbari Tibbi Sığorta ilə müayinə edirlər, pulsuzdur. Tezdən sancıya durdu, bu gün mütləq həkimə gedəcəkdi. Birtəhər əynini geyinib dayanacağa
tərəf getdi. Baxdı ki, basabasda gedə bilməyəcək, səhər və axşamüstü avtobuslar dolu olurdu. Ciblərini eşələdi, 3 manat pulu varıydı, xəstəxana isə evlərindən xeyli uzaqdaydı, oraya qədər taksiyə pulu çatmayacaqdı. Düşündü ki, heç olmasa metroya qədər taksiylə getsin, yolun qalanını metroyla gedər. “Uber” taksi şirkətini aradı, gediş haqqının 2 manat 30 qəpik olduğunu bildirdilər. Əlacsız razılaşdı. 5- 6 dəqiqə keçməmiş taksi gəldi. Boynunda yoğun gümüş zəncir, ağzında saqqız çeynəyən sürücü ilə salamlaşıb əyləşdi. Metronun önündə düşərkən, pulun qalığını istədi, sürücünün üzü bozardı:
-Xırdam yoxdur.
- Necə yəni yoxdur? Bəlkə birinin pulu azdır, o qəpiyə ehtiyacı var, xırdamı qaytar. Yoxsa, rəhbərinizə şikayət edəcəm.
Taksi sürücüsü ağzı köpüklənə- köpüklənə çosdu:

- Ayə , mən qaziyəm! Sənin kimilərindən ötrü can qoymuşam, indi 70 qəpiyi mənə çox görürsən.
Mahir onun boynundakı zəncirə, bozarmış üzünə baxıb bir söz demədi, sakitcə qapını örtüb metroya endi. Yaxşı ki, metro kartında 1-2 manatlıq kontur vardı. Həyatında belə sıxıntıya düşməmişdi, özgə vaxtı taksi sifariş verəndə gediş haqqını artıqlamasıyla ödəyir, qəpik-
quruş söhbəti etmirdi, indi düşdüyü bu vəziyyətdən utandı. Sağlamlığı ilə bağlı ciddi problem olmaması üçün ürəyində dua etdi: -“ Yaxşı, müayinələr pulsuzdur, dərmanlar ki, od qiymətinədir, onları hansı pulla alacaqdı?” Necə olursa- olsun, iş tapmalıydı, lap fəhlə bazarına
gedəcəkdi. Qanı bərk qaraldı. Bir istədi geri qayıda, elə bu dəm ağrı gücləndi, xəstəxanaya getməkdən başqa çarəsi qalmadı.
Səhər tezdən metro aşıb – daşır, adam əlindən tərpənmək olmurdu. İki qatarı ötürməli oldu.
Bir təhər özünü növbəti qatarın vaqonuna sala bildi.
Axır ki, gəlib xəstəxanaya çatdı. Soraqlaşıb ona lazım olan həkimin hansı korpusda olduğunu öyrəndi. Həkim qəbuluna düşmək üçün qeydiyyat şöbəsinə yanaşdı, az qala sırada 30 adam vardı. Ağrıdan qıvrılsa da , dilini dişinə sıxıb dözdü, talon alıb, kabinetin önünə gəldi, burda da
azı, həmin qədər adam yığışmışdı. “Sağlam adam yoxuymuş ki”,- deyə düşündü. Bütün kabinetlərin önü aşıb- daşırdı , səs- küydən ağız deyəni qulaq eşitmirdi. Elə bu vaxt qarayağız, üzü tüklü bir gənc növbədə duraanların sırasına gələrək, başladı əlini- qolunu əsdirməyə. “ Mən
qaziyəm! Mənə yol verin, içəri keçim!”, - deyərək, yaşlı bir kişinin önünə keçdi. Qapı açılan kimi, xəstə, çıxar- çıxmaz özünü içəri saldı. Heç kim dinmədi, bilirdlər ki, qazi və şəhid ailələri növbəsiz qəbul olunur. Bir də gördülər içəridən həkimin səsi gəlir:
- Sənin talonunda sıra 30 yazılıb, indi 16- cı xəstə çıxdı, niyə növbəsiz gəlirsən?
- Mən qaziyəm!
- Sən veteran kitabçanı göstər, axı, göndəriş vərəqəndə qeyd olunmayıb.
Oğlan başladı ötkəm- ötkəm danışmağa, dedim qaziyəm, vəssalam. Kitabçam evdə qalıb.
Həkim dilləndi ki, mən də qaziyəm , harada döyüşmüsən? Batalyonunun adını de. Oğlan özünü artistliyə vurdu, guya qıc oldu, bədənini əsdirib yerə yıxıldı. Otağın qapısı azca aralı olduğu üçün otaqda baş verənləri digər xəstələr də görürdü. Tibb bacısı gəlib ona sakitləşdirici iynə vurdu,
həkim başını bulaya – bulaya, onun adını kompüterə qeyd edib, müayinələr üçün göndəriş verdi. Bayaqdan bədənini əsdirən oğlan bir neçə dəqiqədən sonra sakitləşdi, ayağa qalxdı, başını aşağı salaraq, otaqdan çıxdı.
Mahir təəccüb içində onun arxasınca baxdı, oğlanın hərəkətləri ona film kimi göründü.
Ağrıya dözə bilməyən Mahir də ağlından keçirdi ki, bəlkə, o da “qazi” adıyla içəri girsin, amma, xəstə, yaşlı insanların haqqına girməyə könlü yol vermədi. Dəhlizdəki skamyalarda oturan, divar dibinə sığınan, pəncərə önündə ayaqüstə duran, xəstəliklərinə əlac axtaran adamların ümidsiz, kədərli sifətlərini süzdü, ürəyi sıxıldı. Özü də onlardan fərqlənmirdi. Axır
ki, növbəsi çatdı. Diqqətlə şikayətlərini dinləyən həkim ona ultrasəs müayinəsinə göndəriş yazdı . Aşağı endi, bu müayinə otağı birinci mərtəbədə yerləşirdi. Burada da növbə idi, bayaqkı – “ mən qaziyəm”- deyən oğlan da sırada dayanmışdı. Yəqin girəvə axtarırdı keçməyə. Növbədə azı 20 adam vardı. Nə qədər erkən gəlsə də bu qədər adamın ondan öncə olduğuna məəttəl qalmışdı Mahir öz- özünə dedi: “Bu adamlar deyəsən xəstəxanada gecələyiblər”. Bir xeyli vaxt keçmişdi, sanki sıra yerində sayırdı, hamının hövsələsi tükənmiş, yorulmuşdular. Elə bu zaman bir yaşlı qadın ağsaya- ağsaya gəlib xahiş etdi ki, şəkər xəstəsiyəm, bədənim əsir, ayaqüstə güclə durmuşam, xahiş edirəm, icazə verin, keçim. Sıradakılardan biri narazılıq eləməyə başladı:
- Ay xala, mən də körpə uşaq qoymuşam.
O biri dilləndi ki, ayaqlarım ağrıyır, növbən çatanda keç. Əlqərəz, uğultu gücləndi.
Elə bu zaman növbəsi çatan ucaboylu, saçlarına dən düşmüş, gənc dilləndi:
- Xala gəl, keç, mən növbəmi sənə verirəm.
Qadın sevindi, ona dua edə- edə içəri keçdi. Sıradakılar tez dilləndilər, - indi zəhmət çək, keç arxaya, sən öz növbəni verdin. Gənc heç bir söz demədən arxa sıraya keçdi. Orta cərgədə duran gəlinin yanındakı uşaqlardan biri bərkdən ağlamağa başladı, bunu görən o biri qardaşı da
mızıldandı. Qadın onları ovundurmağa çalışdı:
- Qurban olum sizə, bir az da dözün, sizə şokalad alacam, sizi yellənçəyə götürəcəm, axı, ananız ağrıyır, bu müayinəni bitirim, söz verirəm, o biri otaqlara getməyəcəm, gedərik.
Uşaq ağlayır, evə getmək istədiyini bildirirdi. Hamı görməzdən gəlir, bir an müayinə olunub getmək istəyirdilər. Həmin gənc uşaqları ovutmağa başladı, nə illah elədisə, onları kiridəmmədi. Axır ki, dözməyib dillləndi:
- Heç insafınız yoxdurmu, bu qadını içəri buraxasınız. Axı, bu kiçik igidlər sabahın
əsgərləridir, onları ağlatmayaq.
Kimsə tez dilləndi:
- Bəs, bilmirsənmi, xəstələrdə insaf olmur.
Bir kişi deyinməyə başladı:
- Bayaq da arvada verdin növbəni, canıyanan çıxmısan. Hamımız xəstəyik, əgər uşaqları narahatdırsa getsin, sabah gələr. Onları birinə tapşırıb gələydi.
Gəlin dilləndi ki, baxanım yoxdur. Hamısı rayondadır.
- Bu rayondakılar da tökülüb, gəliblər Bakıya. Elə il yel əsib, qoz tökülüb , - deyə bir qadın dodaqaltı deyindi.
Elə bu vaxt qəribə bir hadisə baş verdi . Üstünə “Rentgen otağı” sözü yazılan qapının önünə bir qolu olmayan, alnı çapıq bir gənc yaxınlaşdı. İçəri keçmək istəyirdi ki, birdən başını qaldırıb, həmin gənci gördü. Görməyiylə də, içini çəkərək:
- Koooomandir, bu nə təsadüf, gör harada rastlaşdıq, xoş gördük,- deyərək, gözləri dolmuş halda tək qolunu həmin gəncin boynuna doladı.
Komandir dediyi gənc də sevinc qarışıq heyrət içində onu bağrına basdı:
- İgidim, nə xoş təsadüf, eşitdim Türkiyədə reabilitasiya alırsan, indi necəsən? Nə vaxt
gəlmisən?
- Hə, sağ olsunlar, xeyli qaldım, yaxşı müalicə etdilər, protez qol da qoyacaqlar. İndi
başımdakı qəlpə yeri bərk ağrıyır, rentgenə yolladılar. Anamla hey səndən danışırıq, deyir, bir gün komandirini qonaq gətir. Şəxsən mən həyatımı sənə borcluyam. Sən özünü irəli ataraq, snayperçini susdurmasaydın, indi döyüş yoldaşlarımızın hamısı
şəhid olacaqdı. Şərəfsiz erməni snayperçi elə mövqedə gizlənmişdi ki, onu görmək olmurdu. Hər ikisi sanki ətrafdakıları unutmuşdular, odun- alovun içindəymiş kimi öz aləmlərinə qapılmış, yenidən o döyüş anlarını yaşayırdılar. Xəstələr də onların söhbətinə
qulaq kəsilmiş, xəstəliklərini yaddan çıxarmışdılar. Həyəcandan, sevincdən gözləri yaşaran oğlan keçmiş komandirini sual yağışına tutmuşdu.
- Necəsən, nə var, nə yox. Niyə növbəyə dayanmısan? Axı, qazilər növbədənkənar
qəbul olunur. Heç ağlıma da gəlməzdi ki, səninlə burada rastlaşacam. Yaran necədir?
Ölümdən dönmüşük..
Gənc mehribanlıqla yenidən oğlanın çiyinlərini qucaqladı,
- Sağ ol, bir az yaxşıyam. Sizin kimi igidlərimiz olmasaydı, qalib gələmməzdik....
Bunu deyən gəncin baxışları dostunun çapılmış alnında ilişib qaldı, kövrəldi, yenə nəsə demək istədi, udqundu. Bir an xəyalən o günlərə qayıtdı. Başından qan xan, huşsuz vəziyyətdə olan əsgərini özü yaralı olduğu halda saatlara çiynində daşımış, səyyar tibb heyyətinə çatdırmışdı.
Tez xəyaldan ayrılıb dilləndi:
- Qaraciyərimin yarısını götürüblər, indi yoxlanmağa gəlmişəm. Bir qəlpə ağ ciyərimdə ilişib qalıb, məni çox incidir, bəlkə irəlidə təkrar əməliyyat oldum. Növbədənkənar icazəm olsa da, məndən də ağır vəziyyətdə, yaşlı, zəif olanlar var, vicdanım yol vermir.
Dostlar bir- birindən telefon nömrələrini alıb, təkrar səmimiyyətlə qucaqlaşdılar. Oğlan rentgen
otağına keçdi.
Artıq hər kəs bu alicənab insanın Qazi olduğunu bilirdi, onun nə qədər mərd, təvazökar, insanpərvər olması hər kəsin ürəyini riqqətə gətirmişdi: - hamı mehriban nəzərlərlə, sevgiylə bu qeyrətli vətən oğluna baxırdı. Bu olanları dinməzcə seyr edən Mahir də öz ağrısını unutmuşdu,
növbəsini gənc anaya verdi. Nəzərləriylə sağa- sola boylandı, bayaq həkim otağında haray – həşir qoparan “qazi” nədənsə, gözə dəymirdi.

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar