Sizin Reklam Burada
Xəbər lenti
06-02-2025
BÜTÜN XƏBƏRLƏR

Sənsiz yaşamağı öyrət sən mənə

Tarix: 22-08-2023 14:49     Baxış: 3412 A- / A+

Məhbubə Sokiyeva


Şair, tərcüməçi Məhbubə Sokiyeva Özbəkistan Respublikasının Karşi şəhərində şair ailəsində anadan olub. Hələ məktəbli ikən rus və ana dilində şeirlər yazmağa başlayıb. Ali məktəbi bitirdikdən sonra zərgərlik mağazasında işləyib.
Şeirləri Azərbaycan, türk, tacik,rus dillərində çap edilib. Rusiya Federasiyasının ”Hiperpoema”Yazıçılar Birliyinin üzvüdür. Rusiya Federasiyadının ən böyük 5-ci beynəlxalq ”Hamıya poeziya” dünyanın doqquz ölkəsi arasında keçiriləm festifalının iştirakçıdır.

Dörd kitabı:
”Yürək yomriği”şeirlər 
”Məyus qızlar”hekayələr və povestlər
”Milıy druq”rus dilində şeirlər və hekayər
Şeirlər, hekayələr, povestlər, tərcümələri 
toplanmış”İzbrannııye”(Seçilmişlər)adlı kitablarıarı şap edilib.
Məhbubə Sokiyevanın  şeirlərini
Manevr.az-ın oxucularına təqdim edirik:


SƏNSİZ YAŞAMAĞI ÖYRƏT SƏN MƏNƏ

Hər səhər dururam ruhsuz, taqətsiz,
Yenə göz önümdə həmin qayğılar.
Ömrümün günəşi batmaqda sənsiz,
Sənsiz yaşamağı öyrət sən mənə.

Gündüzüm gecətək qaranlıq keçər,
Səmada ulduzlar nurun gizlədər.
Hicran aşım üstə boşaldar zəhər,
Sənsiz yaşamağı öyrət sən mənə.

Arzumtək sayrışan ulduzları da,
Dincliyimi qara bulud qapadı.
Gecə çadrasını örtdü qəm kimi,
Sənsiz yaşamağı öyrət sən mənə.

Aramızda yollar uzun, çox uzaq,
Qismətdə var imiş hicranda yanmaq.
Eşqin ürəyimə sancılan bıçaq,
Sənsiz yaşamağı öyrət sən mənə.

Sonda saçlarıma qondu qar, ağlar,
Güldü üstümüzə bəzi alçaqlar.
Yenə qismətdə var yeni sınaqlar,
Sənsiz yaşamağı öyrət sən mənə.

Azərbaycan dilinə uyğunlaşdıran: Şahməmməd dağlaroğlu


               HƏLƏ DƏ...

Yuxulara sən gələsən arada,
Xəyallarım surətini yarada,
Gözlərimdə həsrət olub yara da,
Səni görmək istəyirəm hələ də!

Eşq ümmanda dalğa kimi axınsan,
Səmalarda şimşək kimi çaxınsan,
Ürəyimə sən bu qədər yaxınsan,
Səni görmək istəyirəm hələ də!

Eşq şərabdan bir məstanə içib mən,
Şirin sözlə özümdən də keçib mən,
Hicranlara söz bağrımı açıb mən
Səni görmək istəyirəm hələ də!

Sən qəlbimdə yaşayan bir çiçəksən,
Qəlbimdəki xoş arzusan, diləksən
Mənim üçün sən ömürlük gərəksən!
Səni görmək istəyirəm hələ də!

Qismət budur,çarəsi də heç yoxdur,
Ürəyimdə sənə olan yer çoxdur!
Hər baxışın eşq ünvanlı bir oxdur,
Səni görmək istəyirəm hələ də!

İllərimiz anla,günlə, aylandı,
Bəxtimiz də bu zamanda boylandı!
Gözəl siman xəyalımda canlandı,
Səni görmək istəyirəm hələ də!

         Məhbubə Sokiyeva
                 Özbəkistan


Azərbaycan dilinə uyğunlaşdıran:İmran Qasımov
                 

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar