Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

`Rəfsəncanisiz Ruhaninin işi çətin olacaq` - İranın sabiq səfiri

Tarix: 11-01-2017 11:09     Baxış: 4395 A- / A+
`Rəfsəncanisiz Ruhaninin işi çətin olacaq`


“Əli Əkbər Haşimi Rəfsəncaninin vəfat etməsi İran İslam Respublikasının tarixində böyük dönüş nöqtəsidir”

Bu fikirləri azvision.az-a açıqlamasında İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani deyib. Keçmiş səfirin fikrincə, sabiq prezidentin vəfatı İranın daxili və xarici siyasətinə təsirsiz ötüşməyəcək:

“Cənab Rəfsəncani inqlabdan öncə şah əleyhinə çıxanların öncüllərindən olub. Eyni zamanda o, İran İslam Respublikasının qurucularından biri olub. Onun 1980-1989-cu illərdə İslam Məşvərət Məclisinə və 1989-1997-ci illərdə ölkəyə rəhbərlik etməsi İranın həyatında böyük dəyişikliklərə gətirib çıxarıb. Bəzən Rəfsəncani ilə Məclis arasında ixtilaflar çıxırdı. Bunu önləmək üçün Məclisi Nigehban, yəni Şura yaratdı və problemləri bu vasitə ilə həll edirdi. Rəfsəncani eyni zamanda vəfatına qədər, yəni 29 il bu təşkilata rəhbərlik edib. 1980-1988-ci illər ərzində baş verən İran-İraq müharibəsində Rəfsəncanin böyük xidmətləri olub. Bu dövrdə o, ali baş komandanın əvəzedici olub.

Rəfsəncani İranda solçularla, sağçılar arasında ixtilaf olanda böyük siyasi şəxsiyyət kimi öz mövqeyini ortaya qoyaraq məsələni həll edib. Özəlliklə İranın hazırkı prezidenti Həsən Ruhanin dövründə belə məsələlərin yoluna qoyulmasında təsiri böyük olub. Çünki, xalq arasında böyük nüfuzu olan Rəfsəncani seçkilərdə Ruhanini dəstəkləmişdi və bu, onun prezident seçilməsində böyük rol oynadı. Bundan başqa nüvə danışıqlarında Rəfsəncanin təsiri böyük olub. Ümumilkdə isə Rəfsəncani vəfatına qədər İranın daxili və xarici siyasətinin formalaşmasında böyük xidmətlər göstərib”.

Əfşar Süleymani hesab edir ki, Rəfsəncanin ölümü İranın daxili və xarici siyasətinə böyük ölçüdə təsir göstərəcək. “Çünki, onun İran dövlətinin idarə olunmasında təsiri böyük idi. İranda Rəfsəncanin yerini tuta biləcək şəxsiyyət yoxdur. Hesab edirəm ki, onun boşluğu görünəcək. Ən azından mən fikirləşə bilmirəm ki, onun boşluğunu kim dolduracaq. Bu baxımdan Rəfsəncanisiz Ruhaninin işi çətin olacaq. Demək olar ki, Ruhani Rəfsəncanin şagirdi kimi onun məktəbində böyüyüb”.

Sabiq səfir qeyd edib ki, İran-Azərbaycan əlaqələrinin təməli Rəfsəncanin prezidentliyi dövründə qoyulub: “Azərbaycan müstəqillik əldə etdikdən sonra İranla münasibətlərin formalaşması prosesində aktiv iştirak edib. Məlum olduğu kimi İran-Azərbaycan əlaqələrinin təməli Rəfsəncaninin prezidentliyi dövrünə təsadüf edir. Azərbaycanın müstəqilliyinin ilk illərində iki ölkə arasında münasibətlər o qədər də isti deyildi. Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsindən sonra İran-Azərbaycan əlaqələri inkişaf etməyə başladı. Yəni, Heydər Əliyevin hakimiyyətə gəlişi ilə vəziyyət dəyişdi. Mərhum Heydər Əliyev Naxçıvan Ali Sovetinin sədri olarkən iki dəfə İrana səfər edib. Bu səfərlər zamanı edilən müzakirələrdə iştirak etmişəm. Görüşləri koordinasiya edən, sənədləri hazırlayan, bəzən tərcüməçilik edən mən idim.

Daha sonra Rəfsəncani Heydər Əliyevin dəvəti ilə Azərbaycan səfərə gəlmişdi. Bu səfər zamanı 14 sənəd imzalanmışdı. İran-Azərbaycan əlaqələrinin əsası iki prezidentin dövründə qoyulub. Bu gün də əlaqələrimiz inkişaf edir”.

Xatırladaq ki, yanvarın 8-də vəfat edən İranın sabiq prezidenti Ayətullah Əli Əkbər Haşimi Rəfsəncani ötən gün dəfn edilib. Bununla əlaqədar Tehranda sabiq prezidentlə vida mərasimi keçirilib. Mərasimdə İran prezidenti Həsən Ruhani və digər rəsmi şəxslər iştirak ediblər. İranda, həmçinin sabiq prezidentin vəfatı ilə əlaqədar 3 günlük matəm elan edilib.

Qeyd edək ki, Rəfsəncani 1934-ci ildə İranın Kirman vilayətində Rəfsəncanda kəndli ailəsində dünyaya gəlib. 1948-ci ildə Qum şəhərində dini təhsil alıb. Burada o, dini təhsillə bərabər, siyasi dünya görüşünü artırıb. 1958-ci ildən dini lider Ruhulla Xomeyninin müridi olub. O da Xomeyni kimi mühafizəkar mövqe tutub və Rza Şah Pəhləvinin müasirlik siyasətinə qarşı çıxıb. Xomeyni 1964-cü ildə ölkədən qovulub. Bu hadisədən İslam inqilabına qədər keçən 15 il ərzində Rəfsancani 5 dəfə həbs edilib.

1979-cu il inqilabından nəticəsində şah devrilib və Xomeyni ölkəyə qayıdıb, Rəfsəncani isə onun ən yaxın adamlarından birinə çevrilib, İslam Partiyasının qurulmasında yaxından iştirak edib.

1979-1980-ci illərdə daxili işlər naziri olub. 1980-ci ildə ona qarşı olan sui-qəsd uğursuzluqla nəticələnib. Rəfsəncani 1980-1989-cu illərdə İslam Məşvərət Şurasıda Məclisin sədri olub. 1989-1997-ci illərdə isə İranın prezidenti olub. 2005-ci ildə İranda keçirilən prezident seçkilərində isə Mahmud Əhmədinecəd məğlub olub.

Rəfsəncaninin 5 övladı - 3 oğlu və 2 qızı yadigar qalıb. Qızı hazırda Məclis üzvüdür.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar