Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

O, Putini hamıdan yaxşı tanıyır : Qərbdə Krımı qurban verəcək ikinci prezident

Tarix: 30-11-2016 14:57     Baxış: 5563 A- / A+
O, Putini hamıdan yaxşı tanıyır


Fransanın mərkəz sağ Respublikaçılar Partiyasının namizədi Fransua Fiyon praymerizin ikinci turunun nəticəsinə görə qalib gəldi. İndi məhz o, prezident seçkisi kampaniyasının favoriti hesab edilir.

Analitiklərin əksəriyyəti bu fikirdə həmrəydirlər ki, o, finalda “Milli Cəbhə” Partiyasının lideri Marine Le Penlə qarşılaşacaq və ona qalib gələcək. Bu, Moskva üçün yaxşı xəbərdir. Çünki Fiyon Rusiya ilə yaxşı münasibətləri olan siyasətçi kimi tanınır. O, hesab edir ki, Rusiya ilə münasibətləri normallaşdırmaq lazımdır.

O, Putini hamıdan yaxşı tanıyır


Son zamanlar qeyri-dəqiq sosioloji sorğular artıq ənənəyə çevrilib: əvvəlcə “Brexit”, daha sonra Donald Trampın gözlənilməz qələbəsi, hazırda isə Fransada sağların praymerizində Fransua Fiyonun müvəffəqiyyəti. Son iki il boyunca bütün ekspertlər hesab edirdilər ki, respublikaçılardan prezidentliyə namizədi Alen Jüpe və ya Nikolas Sarkozi olacaq. Ekspertlər Fiyona üçüncü, yaxud da dördüncü yeri verirdilər. O, praymerizin birinci turundan bir neçə həftə əvvəl Alen Yüpedən 20 faiz geri qalırdı və Sarkoziyə çox az fərqlə uduzurdu. Amma nəticədə inamlı qələbə və 2017-ci il aprelində keçirilən prezident seçkilərində favorit statusu qazandı.

Fiyonun müvəffəqiyyətinin əsas sirri başqa namizədlərlə müqayisədə sağ elektoratın maksimal geniş spektrinin cəlb edilməsinə hesablanmış ən detallı proqramdır. O, iqtisadi sferada partiya üzrə rəqiblərindən geri qalır. Fiyon iş həftəsinin 35 saatdan 39 saata qədər artırılmasını, pensiya yaşının 62 yaşdan 65 yaşa qaldırılmasını, işdən çıxarılma prosedurunun yüngülləşdirilməsini, dövlət qulluqçularının 500 minə qədər azaldılmasını təklif edir. Fiyonun təklif etdiyi ölçülərin sərtliyi ölkə iqtisadiyyatını uzunmüddətli durğunluqdan çıxarmaq ehtiyacı ilə izah olunur. Bütovlükdə onun iqtisadi proqramı klassik liberal prinsiplər və sosial qanunvericilik ideallarından qismən geri çəkilməklə hazırlanıb.
Fiyon cəmiyyətdə islahatların aparılması məsələlərinə dərin mühafizəkar mövqedən yanaşır. Bu isə ona Fransız katoliklərini öz tərəfinə çəkməyə imkan verib. Respublikaçıların digər namizədlərdən fərqli olaraq, Fiyon bircinsli nikahların qanuniləşdirilməsi haqqında qanunun (2013-cü ildə qəbul edilib) mətnini əhəmiyyətli dərəcədə dəyişdirməyi təklif edir. O, xüsusi olaraq homoseksual cütlüyün uşaqların övladlığa götürülməsi prosedurunun sərtləşdirilməsini dəstəkləyir. Onun abortlarla əlaqədar xüsusi mövqeyi var. Fiyon daim bildirir ki, onun özü hamiləliyin dayandırılmasına qarşıdır.

Miqrasiya və dini siyasətinə dair mövqeyinə gəlincə, keçmiş baş nazirin mövqeyi daha dəqiq və cəsarətli mövqedir. Multikulturalizmi dəstəkləyən Jüpedən fərqli olaraq Fiyon Fransada milli eyniliyin saxlanılmasının ehtiyacından danışmağa utanmır. Bundan başqa, o, Sarkozi kimi kampaniyanın gedişatında dəfələrlə bildirib ki, miqrantların məcburi assimilyasiyası prinsipinə qayıtmaq lazımdır.
Rusiyayönlü namizəd?
Ukrayna böhranın qızğın vaxtında – 2014-cü ilin yanvarında Fransanın nüfuzlu nəşri sayılan “L'Express” jurnalında Fransua Fiyone haqqında məqalə çıxdı. Məqalə bu fraza ilə başlanırdı: “Fiyon Putini bütün Fransanın siyasi elitasından daha yaxşı tanıyır”. Məqalədə fransız siyasətçinin Rusiyaya səfərləri və Rusiya prezidenti Vladimir Putinlə dostluq əlaqələri haqqında təfərrüatı ilə danışılırdı. Həmin vaxtdan Fiyonu Fransada “rusiyayönlü siyasətçi” hesab edirlər.
O, Putini hamıdan yaxşı tanıyır


Fiyon həqiqətən də Rusiyaya kifayət qədər yaxındır. O, ilk dəfə 1986-cı ildə SSRİ-yə baş çəkib və o vaxtdan Rusiyanın tarixi və mədəniyyətinə maraq saxlayır. Siyasətçi dəfələrlə bildirib ki, Rusiyasız beynəlxalq terrorizmlə mübarizə aparmaq mümkün deyil və Moskva ilə bərabərhüquqlu dialoq qurmaq lazımdır.
Keçən həftə Fiyon “Le Monde” qəzetində dərc etdiyi məqaləsində açıq ifadə etdi ki, Avropanın anti-Rusiya sanksiyaları saxlaması məqsədəuyğun deyil. Keçmiş baş nazirin yaxın ətrafında Rusiya ilə bağlı insanlar var. Onlardan biri də Rusiya ilə münasibətlərin normallaşması üçün çıxış edən ağ mühacirlərin nəslindən olan İqor Mitrofanovdur. Fiyon dəfələrlə vurğulayıb ki, Ukraynanın bütün problemlərini Rusiyanın üzərinə atmaq olmaz. Fiyon Fransada tək siyasətçidir ki, Krımda 2014-cü ildə keçirilən referendumundan danışarkən Kosova presedentini yada salır. Onun bu mövqeyi isə ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın mövqeyinə qismən yaxındır.

Suriya münaqişəsinə gəlincə, o, hələ praymerizin birinci turundan əvvəl yaddaqalan bir bəyanatla çıxış etdi: “Suriyada tez-tez danışıldığı kimi üç deyil, iki düşərgə var: totalitar islam rejimini qurmaq istəyənlər və başqaları”.
Fiyon xarici siyasətlə bağlı fikirlərində general Şarl de Qolun artıq unudulmuş ideyalarını canlandırmağa çalışır. Bu ideyalarda Fransanın həm Rusiya, həm də ABŞ-la sıx münasibətləri olan, Qərb və Şərq arasında körpü rolunda çıxış etməsindən danışılır. Fiyon “Beşinci respublika”nın siyasi söz ehtiyatına “milli maraqlar” terminini qaytarmağa çalışır. Bu maraqlar baxımından, məlum olduğu kimi Rusiya və Fransa ənənəvi müttəfiqlər hesab edilir.
2017-ci ildə prezident seçkilərində qələbə qazanarsa, o, çətin ki, açıq rusiyayönlü siyasəti həyata keçirməyə başlayacaq. Amma gözlənilir ki, o, Fransız diplomatiyasının qollist (general Şarl de Qolun ideyaları –red.) ruhunu tənzimləməyə çalışacaq. Bu, Rusiya üçün ən yaxşı variantdır.
Sonra nə?
Prezident Fransua Olland və sosialistlərin başqa mümkün namizədlərinin aşağı reytinqini nəzərə alaraq, sağların praymerizində qələbəsi Fiyonanın seçki kampaniyasının aşkar favoriti edir. Ancaq aprel seçkilərinə qədər kifayət qədər vaxt var. Keçmiş baş nazirin gözlənilməz müvəffəqiyyəti əks qüvvələrin təşkilatlanmasını mümkün edir.
Sosialist namizədlər aralarında razılaşaraq vahid namizədi dəstəkləməyi bacarsalar, Fiyonun praymerizdə qələbəsi Sosialist Partiyasından prezidentliyə namizədlər üçün yaxşı mesaj ola bilərdi. Lakin sosialistlər çətin ki, vahid namizədlik məsələsində razılaşacaqlar. Çünki, keçmiş iqtisadiyyat naziri Emmanuel Makron artıq özünü prezidentliyə namizəd elan etdi. Milli eyniliyin saxlanılması və müstəqil xarici siyasətə dair Fiyonun radikal bəyanatları, görünür, “Milli cəbhə”nin elektoratının bir hissəsini onun tərəfinə çəkəcək.publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar