Sizin Reklam Burada
Xəbər lenti
04-01-2025
03-01-2025
BÜTÜN XƏBƏRLƏR

h

Tarix: 30-12-2024 23:34     Baxış: 3 A- / A+


25 dekabr 2024-cü il. Xalqımızın tarixinə daha bir qanlı səhifə yazıldı. Həmın gün təyyarə qəzasında həlak olanlara Allahdan rəhmət diləyirəm. Sərnişinlərin xilasında qəhrəmanlıq göstərən pilotları və səsi ilə qəlbimizi odlayan Hökumə qızımızı ehtiramla anıram. Başın sağ olsun, Vətən!

Hökmü belə imiş alın yazının,
Adını göylərə yazdın, Hökumə!
Yarımçıq qalsa da, arzun, muradın,
Milyon ürəklərdə qaldın, Hökumə!

Gözəl Yer kürəsin od kürəsinə
Çevirən ahından yanacaq, qizım!
Göylərə yüksələn nalə- fəryadlar,
Qatil ocağına yağacaq, qızım!

Bircə cümlə ilə qəlblərə köçdün,
Ucaldın səmanın doqquz qatına,
Bir ana bətnindən qopub gəlmişdin,
Həkk oldun Vətənin daş yaddaşına.

Hüseyn Şahbəndəyev
28.12.2024





***

Stüardessanın ölümündən əvvəlki səsi... 

...Sağ çıxdı Hökümənin  
taleyi kimi yana əyilmiş saçları,
 barmaqları sağ çıxmasa da, 
barmağındakı nişan üzüyü sağ 
çıxmışdı qəzadan.
 Qəzadan sağ çıxmışdı Hökümənin səsi...
 Ölümün əlləri titrəyirdi Hökümənin 
  yaxasından tutanda, 
Gözəlliyi ilə heyran etmişdi ölümü. 
Bu onun son uçuşuydu- 
Son uçuş tanrıya olur...
 ...Tanrının ovcundan düşmüşdü, 
buludlar yelpikləmişdi, 
Mələklər  yumuşdu bu səsi 
Ona görə belə sərin idi... 
Sərnişinlər qaranlıqadan 
qorxmasın deyə, 
ay işığı süzülürdü bu səsdən...
..."Hər şey yaxşı olacaq" deyirdi, 
Hamı yaşamaq istəyirdi - hamı yüyürüb
 o səsi öpmək istəyirdi... 
...o pislər, 
Xəbislər qanadından vurmuşdu bu səsi. 
İndi neçə gündü gözündən qan damırdı tanrının...
 Ölümdən əvvəki o səs Onun son nəfəsiymiş. 
Söz kimi doğulan insan, 
Səs kimi gedir dünyadan...
 ...Sular ağlayırdı o səsdən ötrü, 
hüzurundan diz çökmüşdü çiçəklər. 
Tanrının yanından gəlmişdi o səs 
Tanrı yanına da qayıdacaqdı...
 ...Yox,  yox, son uçuşu deyildi bu səsin,
 hələ neçə min illər qanad çalacaqdı  bu səs, 
Tanrının qucağında...
 ...Hamı çöldəydi- 
Fəxri xiyabana aparırdılar bu səsi... 

Əlizadə Nuri

***
Hökümə Əliyevaya həsr elədim.

Hər şey yaxşı olacaq. 
Buludlar ağlayacaq, 
Yenə yağış olacaq. 
Hər bir damcı göz yaşı-
 -nəmli baxış olacaq.

 Dərd dinəcək ahəstə, 
Ümidlər son nəfəsdə,
 Çiçəklər qəbrin üstə,
 Naxış-naxış olacaq. 

Kiməsə nazın qaldı,
 Sönmədin--közün qaldı,
 Göylərdə sözün qaldı, 
Hər şey yaxşı olacaq. 

 Əhməd Allahverdiyev

***

Səmalardan kəfən biçib geyinmək, 
Sənə düşən naxışdırmı görəsən? 
Kəlbəcərdə sıldırımlar aşan qız, 
Yenə yolun yoxuşdurmu görəsən?

 Gülüşünlə aydınlandı yer üzü,
 Ümid oldu min arzuya bir sözün. 
 Ulduzların gözəlləri, əzizi, 
İşığına axışdımı görəsən?   

 Neçə sirr var, açılmayan, dərində, 
Qıfıl sınar, bəlkə günün birində...   
 Buludların sən olduğun yerində, 
İndi hər şey yaxşıdırmı görəsən? 

Xələf Xələfov


***
Təyyarə qəzasında qəhrəmancasına həlak olan Hökümə Əliyevanın və digər insanların əziz xatirəsinə. 

Dedin: "Yaxşı olacaq", 
Bəs niyə belə oldu? 
Bir qız arzuya çatdı, 
Arzunun gözü doldu. 

Qərq olmuşuq sükuta,
 Bulud kimi dolmuşuq. 
Bizi necə susdurdun,
 Elə sakit durmuşuq. 

Rəssamların əsəri,
 Şairlərin sözüsən. 
Salatın, Gültəkinin, 
Qənirənin özüsən. 

Adın səma mələyi, 
Oldun göyün ulduzu. 
Murovtək əzəmətli,
 Kəlbəcərin mərd qızı. 

Xanım qüruru gördük, 
O titrəyən səsində.
Təlimatdan çıxmadın, 
Son an, son nəfəsində.

 Şeytan quran oyunu, 
Cəsarətlə pozdunuz. 
Yerdə ölümü seçib, 
Göydə tarix yazdınız. 

 Taleyimiz belədir,
 Qonşudandır hər yara.
 Bizdən təşəkkür söylə,
 Qəhrəman pilotlara.

 Samir Mustafayev

***
HƏR ŞEY YAXŞI OLACAQ

Azərbaycanın qadın Milli Qəhrəmanı Hökümə Əliyevanın unudulmaz xatirəsinə... 

 Əbədiyyət gözəli, 
Hər kəlmən möcüzəli,
 Yandırdın bir məşəli, 
Bir də sönməz bu çıraq.
 Hər şey yaxşı olacaq.
 
 Göylər sonsuz, dərindi,
 Göylər mələklərindi,
 Göylər sənin yerindi, 
Göylər səni alacaq, 
Hər şey yaxşı olacaq.

  Unutmadın andını, 
Uca tutdun adını,
 Azərbaycan qadını, 
Bax belə də qalacaq,
 Hər şey yaxşı olacaq. 

 Stüardessa Hökümə,
 Baş əymədi ölümə, 
Söylədiyi son kəlmə, 
Cahana səs salacaq, 
Hər şey yaxşı olacaq. 

Sən əfsanə, dastansan,
 Sən təkrarsız insansan, 
Sən Milli Qəhrəmansan, 
Unutmaz səni heç vaxt, 
Dövlət, millət, bu torpaq, 
Hər şey yaxşı olacaq.

  Vəkil Şair Abduləzizli
 29.12.2024 bu
***

Hökümə Əliyevanın əziz xatirəsinə. 

Taleyin hökmünü nə bilmək olur 
Açılan sabahın nədir qərarı.? 
Nə çıxar qarşına bu yollar boyu
 Bilməyə heç kimin yox ixtiyarı.

Xoş gündə, tək ölüm gəlmir xəyala 
İsinməz bu ürək, sən ha od qala 
Nə qədər arzuyla çıxmışdız yola.
 Ömrünüz göylərdə kəsildi yarı. 

Qara buludlardan qarmı gəlirdi 
Odmu ələnirdi,qormu gəlirdi. 
Sizə bu yer üzü darmı gəlirdi? 
Üz tutub getdiniz göylərə sarı...

Müşfiq Cəbi
***
MİLLİ QƏHRƏMAN HÖKÜMƏ ƏLİYEVANIN ruhuna sayqılarla

Hər kəlmədə ümid vardı
Hər açılan sabah kimi
Ey göylərin mübtəlası
Sən ey göylərin hakimi.

Mətanətin cürət verdi
Səni ümid bilənlərə
İtirmədin cəsarəti
Sən ölümü görə-görə.

Əzrayılmı atdı kəmənd?!
Boğazda tıxandı nəfəs
Səmanı cənnət sanaraq
Ölümə göstərdin həvəs.

Sən dağ qızı, göy qızısan
Yerin haqqın dərgahıdı
Ruhun göyün bələdçisi
Göylər ruhunun haqqıdı.

Hər şey yaxşı olacaq”mış
Hər kəs şahid hünərinə
Ümidlər ölməsin deyə
Öldün onların yerinə.

Sənsizliyin acısı çox
Yol gözləyir ənginliklər
Əgər ruhun üşüyürsə
Duamızı üstünə sər.

Qeyrətinlə yazdın tarix
Sən ey türkün mərd qadını
Mübarəkdir rahat daşı
Milli Qəhrəman adını.

Ötərxan Eltac
31.12.2024


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar