Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Etdiklərimə görə oğlumdan üzr istədim" - Fədayə Laçın

Tarix: 13-11-2019 12:37     Baxış: 3144 A- / A+
"Etdiklərimə görə oğlumdan üzr istədim"


Oğlum mənimlə hələ danışmamışıq. Aramızdan pərdə götürülmədən, ana-bala kimi dərtləşəcəyik. Oğlumla birlikdə rayonlardan birinə gedib, dərtləşəcəyik. Əlhəm şairdir, hər şeyi anlayandır. Bilir ki, anası əxlaqsız qadın olmayıb. Gərək olmazdı, amma oldu. Əvvəl gündən oğlumdan üzr istədim. İlk telefon zəngində anamdan, sonra Əlhəmdən üzr istədim. Ağladım, amma Əlhəm dedi ki, ağlama. Onda ürəkləndim, söz verdim ki, ağlamayacam. Amma gecələr ağlayırdım. Həbs olunmazdan əvvəl də yastığım bilir mənim gözyaşlarımı. Mən üzdə ağlayan deyiləm.

Manevr.az bildirir ki, bu sözləri müğənni Fədayə Laçın Tarix Əliyevin (Tolik) "Youtube" layihəsi olan "Tolik ilə səmimi" layihəsində deyib. İfaçı oğlu Əlhəmdən bəhs edib.

Sənətçi həbsxanadakı həyatından, azadlığa çıxmağından danışıb:

"Azadlığa çıxacağımı gözləmirdim. Amma beş il cəza alacağımı da fikirləşmirdim. Çünki mənim cəzam 2 il olmalıydı. Məhkəmədə olanda küçədən azan səsi gəldi. Hakim 5 il cəza kəsdi. Heç ağlamadım, yolboyu maşında ancaq mahnılar oxudum.

Amma əgər imkanım olsaydı həyatımdan 2017-ci il oktyabrın 28-ni - həbs olunduğum günü silərdim".

F.Laçın sevgi ilə bağlı sualları cavablandırıb. O, "Bundan sonra sevməyəcəm. Bağladım ürəyimin qapısını, açarı da dəryalara atdım. Bir iş idi oldu, amma bitdi. Daha olmayacaq. Tək deyiləm, Əlhəm mənim hər şeyimdir" sözlərini əlavə edib./axşam.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar