Sizin Reklam Burada
Xəbər lenti
07-05-2024
06-05-2024
BÜTÜN XƏBƏRLƏR

Şirvan Kommersiya Məhkəməsində vəkillərin iştirakı ilə dəyirmi masa təşkil olunub - ŞƏKİLLƏR

Tarix: 26-04-2024 20:26     Baxış: 3218 A- / A+
 
Şirvan Kommersiya Məhkəməsinin təşəbbüsü ilə Şirvan şəhərində Şirvan Kommersiya Məhkəməsinin hakimlərinin və Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasında fəaliyyət göstərən bir qrup vəkillərin iştirakı ilə “Kommersiya mübahisələrinə dair işlərə məhkəmədə baxılmasının xüsusiyyətləri” mövzusunda dəyirmi masa təşkil olunub.

Manevr.az xəbər verir ki, tədbiri giriş nitqi ilə açan Şirvan Kommersiya Məhkəməsinin sədri Namidar Misirzadə Azərbaycan Respublikasında məhkəmə-hüquq sahəsində aparılan islahatlardan söz açaraq, kommersiya məhkəmələrinin fəaliyyəti, sahibkarlıq mübahisələrindən irəli gələn işlərə baxılmasının xüsusiyyətləri barədə tədbir iştirakçılarına məlumat vermiş və “Birinci instansiya məhkəmələrinin qərarlarından verilmiş şikayətlərin mümkünlük məsələləri” mövzusunda çıxış etmişdir.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədr müavini - Hüquqi Yardım Mərkəzinin direktoru Şahmar Məmmədov açılış nitqində iştirakçıları ARVK-nın sədri Anar Bağırovun adından salamlayaraq dəyirmi masanın işinə uğurlar arzulayıb, tədbirin vacibliyindən, əhəmiyyətindən danışıb. Son illər ARVK-da görülən işlərdən söz açan sədr müavini “Elektron vəkil orderi” sisteminin artıq ictimaiyyətə təqdim edildiyini və respublika üzrə uğurla fəaliyyətə başladığını bildirib.

Həmçinin, Ş.Məmmədov bu qəbildən olan tədbirlərin, görüşlərin vəkillərin yüksək keyfiyyətli hüquqi yardım göstərilməsi sahəsində fəaliyyətlərin daha da səmərəli həyata keçirilməsinə xidmət etdiyini qeyd edib.

Sonra Şirvan Kommersiya Məhkəməsinin hakimi Elşən Abdullayev “Kommersiya mübahisələrinə dair işlər üzrə məhkəməyə müraciət qaydaları. Məhkəmə təcrübəsində daha çox rast gəlinən nöqsanlar“ mövzusunda, Şirvan Kommersiya Məhkəməsinin hakimi Zaur Abbasov “Kommersiya mübahisələrinə dair işlərə birinci instansiya məhkəməsində baxılmasının xüsusiyyətləri” mövzusunda və “Şirvan Regional” Vəkil Bürosunun müdiri Ruslan Mirzəyev “Kommersiya mübahisələrinin xüsusiyyətlərinə vəkil baxışı” mövzusunda çıxış edərək, kommersiya məhkəmələrinin fəaliyyəti, sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmış mübahisələrə məhkəmələrdə baxılmasının xüsusiyyətləri, kommersiya mübahisələrinə dair işlərin məhkəməyəqədər mərhələsində və mübahisələrə bilavasitə məhkəmələrdə baxılarkən işlərin məhkəməyə hazırlanması, iddia ərizələrinin tərtibi və məhkəməyə təqdim edilməsində, həmçinin birinci instansiya məhkəməsində icraat zamanı yol verilən nöqsanlar, o cümlədən birinci instansiya məhkəməsinin aktlarından yuxarı instansiya məhkəmələrinə verilən şikayətlərə dair prosessual qaydalar barədə ətraflı məlumat verilib, qanunvericiliyin tələbləri və bu sahədə təşəkkül tapmış vahid məhkəmə təcrübəsi görüş iştirakçılarının diqqətinə çatdırılıb.

Qarşılıqlı fikir mübadiləsi və sual-cavab formatında keçirilən görüşdə tədbir iştirakçıları müzakirə edilən mövzular ətrafında öz fikirlərini bildirib, onları maraqlandıran və fəaliyyətlərində daha çox qarşılaşdıqları məsələlərlə bağlı suallarla çıxış edib, öz rəy və təkliflərini səsləndiriblər.

Manevr.az

























Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar