Sizin Reklam Burada
Xəbər lenti
06 aprel
05 aprel
04 aprel
BÜTÜN XƏBƏRLƏR

“Onlar özlərini deyil, bizi biabır etdilər” — Afaq Bəşirqızı deputatları sərt TƏNQİD ETDİ

Tarix: 14-02-2020 20:08     Baxış: 458 A- / A+
“Onlar özlərini deyil, bizi biabır etdilər” — Afaq Bəşirqızı deputatları sərt TƏNQİD ETDİ

Məlum olduğu kimi, fevralın 9-da baş tutan növbədənkənar parlament seçkilərinin ilkin nəticələri artıq açıqlanıb. Və bir sıra dairələrdə ləğvetmə və araşdırma proseslərinə baxmayaraq, əksər millət vəkillərinin adları demək olar ki, məlumdur.

Manevr.az azxeber.com-a istinadən xəbər verir ki, tanınmış insənət xadimi Afaq Bəşirqızı bəzi dairələrdə nəticələrin saxtalaşdırılmasına kəskin münasibət nümayiş etdirərək bu dəfə də qətiyyətli fikirlər səsləndirib:

Mən başa düşə bilmirəm ki, bunlar yaşlarından, başlarından, xalqın nifrətindən, qınağından niyə utanmadılar? Nə üçün öz namizədliklərini bir də verdilər? Onlar özlərini deyil, bizi biabır etdilər. Xalqı xarici mətbuatın, beynəlxalq müşahidəçilərin dilinə saldılar.

Ölkədə isə müəllimlər gözdən düşdülər. Ancaq müəllimləri qınamaq lazım deyil, çünki bizim iradəmiz zəifdir. Nədənsə biz vətən, vətəndaş, namus, qeyrət sözlərini çox zəif aşılayırıq.
Mənim hirsim yerə-göyə sığmır. Nə üçün bu saxtakarlıqlara ali seçki orqanı, onun nümayəndələri göz yumurdu? Onlar hara baxırdı? Mütləqmi bütün bunları Prezident bilməli idi?

Nə üçün Elza Seyidcahanı, bəzi namizədləri o günə qoydular? Mən onların hansınınsa millət vəkilliyinə layiq olub-olmamasından heç nə deyə bilmərəm. Ancaq onu deyə bilərəm ki, axı onlar da bu ölkənin vətəndaşıdır, seçilmək hüquqları var! Onlar da öz potensiallarına, nüfuzlarına güvənib bu addımı atmışdılar. Onlara qarşı bu qədər kobudluq nəyə lazım idi?

Amma mən yenə də təkrar seçkilərin şəffaf keçəcəyinə inanıram. Əks halda bu, lap ağ olar.

“Belə olan halda sizin təkrar seçkilərdə namizədliyinizi irəli sürmək fikriniz varmı?” sualına Afaq xanımın cavabı belə oldu: “Mən zatən millətin vəkiliyəm. Millət vəkilinin məqamında qorxusundan deyə bilməyəcəyi sözü onsuz da mən anında deyirəm. Məgər bu, mütləq mandatla təsdiq olunmalıdır?! Əgər mandatla təsdiq olumalıdırsa, qoy mandatla olsun. Amma baxaq görək nə olacaq!”








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar