Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Xırdalan qəbiristanlığı sökülür? - AÇIQLAMA

Tarix: 23-01-2020 15:50     Baxış: 4229 A- / A+
Xırdalan qəbiristanlığı sökülür? - AÇIQLAMA


Sosial şəbəkələrdə Bakı-Sumqayıt yolunda aparılan genişləndirmə işləri ilə əlaqədar olaraq, Xırdalan qəbiristanlığının bir hissəsinin söküləcəyi barədə məlumat yayılıb.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) qəbristanlığın sökülməsi məsələsinə münasibət bildirib.

Manevr.az xəbıər verir ki, Qurumun Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumat əsassızdır:

"Bakı-Sumqayıt yolunda təmir işləri aparılır. Xırdalan dairəsinə qalxan və düşən istiqamətlərdə yaşayış və qeyri-yaşayış sahələri var. Genişləndirmə zamanı onların söküntüsü aparılır. Qanunvericiliyə müvafiq olaraq, onlara kompensasiya ödənilir.

Xırdalan qəbiristanlığının sökülməsindən isə söhbət gedə bilməz. Qəbiristanlığın hasarı belə sökülməyəcək".

Qeyd edək ki, bir müddət əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qənbərov jurnalistlərə açıqlamasında bildirmişdi ki, Bakı-Sumqayıt yolunun Xırdalan dairəsinin genişləndirilməsi zamanı tikintinin aparıldığı ərazidə olan ağacların götürülməsi qərarı verilib:

"Sumqayıt yolunun genişləndirilməsi layihəsində ağacların saxlanılması mümkün deyil. Layihənin dövlət əhəmiyyəti, əhalinin rahatlığının təmin edilməsi, yol tıxaclarının qarşısının alınmasının vacibliyi nəzərə alınaraq, burada tikintinin aparıldığı ərazidə olan ağacların götürülməsinə ictimai dinləmədən, məsləhətləşmələrdən sonra müsbət rəy verilib.

Bu şərtlə ki, həmin ərazidə və ya digər uyğun yerdə daha çox ağacın əkilməsi təmin edilsin".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar