Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakı metrosunda yeni qatarda problem: Stansiyaya təcili yardım çağırıldı

Tarix: 17-09-2019 10:31     Baxış: 3161 A- / A+
Bakı metrosunda yeni qatarda problem: Stansiyaya təcili yardım çağırıldı


Bakı metrosunda qatarda problem yaranıb.

Manevr.az xəbər verir ki, hadisə səhər saatlarında metronun "Koroğlu" stansiyasından "Ulduz" stansiyası istiqamətində hərəkət edən yeni qatarda baş verib.

Qatar "Koroğlu" stansiyasından "Ulduz" stansiyasına hərəkət edərkən tuneldə dayanıb. Bir neçə dəqiqədən sonra hərəkət edən qatar "Nərimanov" stansiyasında yenidən dayanıb. Nəticədə vaqonların birində olan sərnişin qadın özünü pis hiss edib. Stansiyaya təcili tibbi yardım briqadası çağırılaraq qadına yardım göstərilib.

Faktı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov təsdiqləyib.

O bildirib ki, hadisə qatarın qapılarına sərnişin müdaxiləsi nəticəsində baş verib: "Yeni qatarların qapılarını saxlamaq olmaz. Pik saatlar olduğundan sərnişinlər vaqonlardan birinin qapısının bağlanmasına mane olub və nəticədə sistemdə proqram silinib. Proqramın bərpası isə təxminən 2-3 dəqiqə çəkdiyi üçün ümumi xətt intervalında gecikmələr yaranıb.

Hazırda problem həllini tapıb və qatarların intervalı nizamlanır".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar