Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Tələbələrin kirayə ev tapması çətinləşib - SƏBƏB

Tarix: 30-08-2019 20:41     Baxış: 3141 A- / A+
Tələbələrin kirayə ev tapması çətinləşib - SƏBƏB
Yeni dərs ili ilə əlaqədar tələbələrin paytaxta axını və turistlərin mövcudluğu kirayə evlərə tələbatı artırıb.

Tələbatın artması isə kirayə evlərin qiymətində dəyişikliyi zəruri edir. Hazırda mənzilin şəraitindən asılı olaraq, qiymətlər 350-400 manatdan başlayır. Maraqlıdır ki, bu il kirayə evlərin qiymətində dəyişiklik hansı səviyyədədir?
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev redaktor.az-a açıqlamasında bildirib ki, mövcud şəraitdə əsas problem kirayə evlərin sayının olduqca az olmasıdır:
“Hazırda kirayə mənzil bazarında ciddi bahalaşma müşahidə olunmur. Hazırda kirayə ev tapmaq çətinləşib. Yəni, köhnə yaşayış binaların sökülməsi fonunda kirayə mənzil bazarında qıtlıq müşahidə olunur. Eyni zamanda Yasamal rayonunda sosial evlərin tikilməsi kirayə evlərin azalmasına yol açdı”.
Kirayə ev tapmaq məsələsində böyük problemi bölgələrdən paytaxta gələn imkansız ailələrin uşaqları və tələbələr yaşayır:
“Ölkəmizdə universitetlərin əksəriyyəti Yasamal rayonu ərazisində yerləşir. Ona görə də tələbələrin çoxu Yasamal, “Sovetski”, “Kubinka” kim ərazilərdə 100-150 manat civarında kirayə həyət evlərində yaşayırdılar. Bu ərazilər söküləndən sonra tələbələr ev tapmaq məsələsində çətinliklə üzləşib. Əksər hallarda tələbələrə kirayə ev verilmir”.
Avqust-sentyabr aylarında kirayə ev qıtlığının yaşandığını bildirən ekspertə görə, oktyabr ayından etibarən kirayə mənzil bazarında stabillik yaşanacaq:
“Yeni tikili binalarda, şəhərin mərkəzində və metro stansiyalarına yaxın yerlərdə kirayə təklif edilən mənzillərin qiyməti çox yüksəkdir. Qiymətin yüksək olmasına təsir edən amil isə turistlərlə bağlıdır. Mikrorayonlarda, Qara Qarayev və Neftçilər metrostansiyaları yaxınlığında yerləşən yeni tikili binalarla köhnə binalarda verilən kirayə evlərin qiymətində isə çox cüzi fərq var. Kirayə mənzil bazarında bahalaşma əsasən günlük kirayə verilən evlərdə müşahidə olunur. Belə ki, bu mənzillərdə kirayə haqqı 1 gün üçün 50-300 manat civarında dəyişir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar