Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

İrəvana qəti sual verildi: Qarabağda müharibə başlasın?

Tarix: 05-03-2019 16:20     Baxış: 3208 A- / A+
İrəvana qəti sual verildi: Qarabağda müharibə başlasın?


Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını istəyirik.

Manevr.az xəbər verir ki, bu sözləri Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçakla birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, münaqişə erməni xalqına əziyyətdən başqa bir şey verməyib:

“Biz hər dəfə qarşı tərəflə görüşdə Madrid prinsipi çərçivəsində münaqişənin həllində hansısa irəliləyişə nail olmaq istəyirik. Biz hər zaman erməni və Azərbaycan xalqını sülhə hazırlamaq üçün iş qururuq. Almaniya QHT-sinin hazırladığı reportajda münaqişə həll olunandan sonra birinci ildən iqtisadi inkişafa nail olacağımız qeyd olunub”.

Nazir qeyd edib ki, Ermənistan rəhbərliyinin əsassız bəyanatları ilə də bağlı müzakirə aparıb:

“Ermənistan tərəfinin, eləcə də baş nazirin son çıxışları pozitiv danışmağa imkan vermir. Ona görə də biz özümüz təhlil edək ki, danışıqlarda hansı istiqamətdəyik. Layçakdan da xahiş etdim, Ermənistanda öyrənsin ki, biz xalqı sülhə hazırlayaq, ya müharibəyə?”

ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak bildirib ki, münaqişənin həlli üçün var gücü ilə çalışacaq:

“Səfərim ATƏT sədrliyinin münaqişənin sülh yolu ilə həllinə tərəfdar və Minsk qrupuna dəstək olması mesajını verir. Münaqişənin həlli çərçivəsində görüşlər davam etdirilir. Bu, sərhəd bölgəsində atəşkəsin daha az pozulması ilə nəticələnib.

Bundan başqa, biz Azərbaycanla ikitərəfli münasibətlərin inkişaf üçün də müzakirələr apardıq. Biz Bakıda səfirlik açacağıq və bu da ölkələrimiz arasında münasibətləri daha da inkişaf etdirəcək”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar