Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Saday Şəkərli Mübariz Mənsimova müraciət etdi: "Əyilmədim, sınmadım, yalvarıb kiməsə əl açmadım...."

Tarix: 11-12-2018 23:14     Baxış: 3374 A- / A+
Saday Şəkərli Mübariz Mənsimova müraciət etdi: "Əyilmədim, sınmadım, yalvarıb kiməsə əl açmadım...."

Tanınmış şair Saday Şəkərli kitablarının çapı üçün Türkiyəli iş adamı, Palmali Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimova müraciət edib.

Manevr.az
moderator.az-a istinadən həmin müraciəti təqdim edir:

"Bu müraciəti yayınladığıma görə məni kimsə qınaya bilməz. Yaşadığım ömür gözünüzün önündədir, əyilmədim, sınmadım, yalvarıb kiməsə əl açmadım. Məhkəmənin qərar verdiyindən beş il ötsə də qərar icra olunmur, məmurlar dələduzu müdafiə edir, yüz min dollarımı geri ala bilmirəm. Türmədən sonra səhhətimlə yaranan problemlərlə bağlı üç ay ərzində Rusiya xəstəxanalarında müalicə aldım, vəsait çatışmazlığından müalicəm yarımçıq qaldı, geri qayıtmalı oldum. Düşdüyüm ağır durumla nəinki bir kəs maraqlanmır, hətta unutmağa çalışırlar.

Bundan əlavə 60 illiyim yaxınlaşır, yubiley həvəskarı olmasam da, düşünürəm, oxuculara hesabat verməyimin vaxtı çatıb. 5 cild şeirlər və poemalardan ibarət kitablarım çapa hazırdır. 3 cild rus dilində, eləcə də digər dillərdə nəşr olunmağım gözlənilir. Lakin, tərcümə prosesinin nə qədər çətin olduğunu, nə qədər vəsait tələb etdiyini bilənlər bilir. Haqqımda yazılanlar isə ədəbiyyat tariximizdə görünməmiş qədər – 10 cildlərlədir. Siyasi məhbus, bəlkə də yeganə şair-dissident olduğum bütün dünyaya bəllidir.
Bu əməlləri qətiyyən şöhrət naminə başa gətirmək arzusunda deyiləm, sadəcə, ölkə dışında şeirlərimi oxuyub dəyərləndirən mötəbər söz adamları bu əsərlərin bütün dünya dillərinə tərcümə edilməsinin vacib olduğuna məni inandırmışlar. Dünya ədəbiyyatından məlumatı olan birisi kimi deyə bilərəm ki, ədəbiyyatın dünya çapında öz kriteriyaları var və mənim niyyətim ədəbiyyatımızı ləyaqətlə təmsil etməkdən ibarətdir.

İmkansızlıqdan nə qədər əzab çəkdiyimin fərqindəsizmi? Bu kimi müraciətimdən onqat artıq əzablar çəkdiyimin isə özüm fərqindəyəm. Əsrlər, illər öncəsi də şairlərin milyonçularla münasibətləri olub, milyonçuların kapitalları özləriylə bərabər tarixin qaranlıqlarında əriyib yoxa çıxsa da, mədəniyyətə, xüsusilə də ədəbiyyata xərclənmiş pulları havayı geməyib, azından onların əsərləri bu günümüzə qədər gəlib çıxıb.

Belə milyonçularımız saysızdır, lakin, mətbuat səhifələrində xeyirxahlıqda, səxavətdə, mərdlikdə bərabəri olmayan xeyriyyəçi Mubariz Mansimovun adı tez-tez çəkilir, müsahibələrinə rast gəlirəm. Bilirəm ki, mətbuata bağlı birisidir və haqqında yazılanları oxuyur, operativ reaksiya da verir. Onunla əlaqəsi olanların da bu mesajı ona çatdıracağına ümid bəsləyirəm. O ki, müstəqildir.

Vaxtilə Həsən bəy Zərdabini Qarabağ bəyləri əliboş, bir susatan erməninin isə erməni elçisini əlidolu qaytardığını da, böyük Sabirin kitabının ölümündən sonra ermənilər tərəfindən nəşr olunmasını da xatırlayaraq, hələ də bu xəcalətdən qurtula bilmədiyimizi də unutmamalıyıq.
Futbolçu ayağının şair başından qiymətli olduğu ağır bir zamana düşdüyümüzü də nəzərə alıram.
Az sonra edilmiş yardımları qaytarmaq iqtidarında olacağıma da inanmanızı istərdim.
Dostlarımın da bu müraciətə münasibət bildirməyinin fərqindəyəm. Allah amanında..."


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar