Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Zeynəb Xanlarova: Elçibəy görüşdən əvvəl mənə...

Tarix: 05-04-2018 09:51     Baxış: 3737 A- / A+
Zeynəb Xanlarova: Elçibəy görüşdən əvvəl mənə...


Zeynəb Xanlarova 1936-cı il dekabrın 28-də Bakıda anadan olub. 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini, 1961-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. Elə həmin ildən Akademik Opera və Balet Teatrının solisti kimi çalışıb.“Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında Leyli və Əsli obrazlarını yaradıb.

Xalq artistinin repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur. Xanlarova həmçinin Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirov, Arif Məlikov, Ələkbər Tağıyev, Emin Sabitoğlu kimi böyük bəstəkarlarımızın mahnılarını xüsusi ustalıqla ifa edib. Dünyanın əksər ölkələrində konsertlər verən ifaçı bir sıra mahnılarını özü yazıb. Müğənni qastrol səfərləri zamanı bir-birindən maraqlı hadisələrlə üzləşib. Zeynəb Xanlarovanın xüsusən ABŞ-a səfəri zamanı baş verən hadisə xeyli maraqlıdır:

“1989-cu ildə ABŞ-a qastrol səfərinə getmişəm. Konsert zamanı “Reyhan” mahnısını ifa edəndə zaldan səslər ucalmağa başladı. Ayağa qalxıb əl çalırlar, yoxsa məni topa tuturlar - tam başa düşmədim. Mahnını birtəhər sona çatdırıb, səhnəni tərk etdim. Səhnəni tərk edəndə bizi müşahidə edən nəzarətçi qoluma girdi və dedi ki, Zeynəb xanım, siz “Reyhan” mahnısını oxuyanda bunlar elə bilib ki, prezidentləri Reyqan üçün oxuyursan, ona görə belə reaksiya veriblər”./axar.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar