Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

Qalmaqallı dairədə nəticələrə təkrar baxılacaq: “Nə hodri, nə bodri”

Tarix: 13-02-2020 16:25     Baxış: 4201 A- / A+
Qalmaqallı dairədə nəticələrə təkrar baxılacaq: “Nə hodri, nə bodri”

35-ci Xətai seçki dairəsindən namizədliklərini irəli sürmüş “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu və “Ümid” partiyasının sədri İqbal Ağazadə arasında mübarizə hələ dayanmayıb.

Manevr.az xəbər verir ki, bizimyol.info-nun əldə etdiyi məlumata görə, MSK dairə üzrə Rauf Arifoğlunun qalib gəldiyini elan etsə də, yenidən iclas keçiriləcək və məsələyə təkrar baxılacaq. Bu barədə Rauf Arifoğlu özü də məlumat yayıb. O, “Hodri meydan!” deyərək 35-ci dairədə seçki nəticələrinin ləğvini və yenidən baxılmasını tələb edib.

“Mən bu dəfə ortada təxribatçı qadınlar, rüşvət, kloun namizədlər olmadan yarışa çağırıam. 5 dəfə seçki keçirilsə, 5 dəfə qalib gələcəyimə inanıram. Yenidən seçkinin keçirilməsini bu dəfə mən tələb edirəm”.
Bizimyol.info-ya açıqlama verən İqbal Ağazadə isə bildirib ki, Rauf Arifoğlu uduzduğunu yaxşı bilir, ona görə yendiən seçki keçirilməsini istəyir.

“Nə hodri, nə bodri. Onun ətrafında olan jurnalistlər elə məntəqədə uduzduğunu etiraf etdilər də. Ən çox aldığı səs 25 idi.5 səs, 10 səs. Mən MSK-ya da, Baş Prokurorluğa da müraciət etmişəm. Məsələyə yenidən baxılacağını eşidib, indi meydan sulayır? Mən rüşvət vermiş olsam, adım qaliblər siyahısında olmalıydı. Adam rüşvət verir ki, işi həll olunsun, vermir ki, problem yaşasın. O ki, qaldı ona qarşı təxribat törədən qadınlar məsələsinə. Əlimizdə faktlar, videolar var. Qadın ona “səni istəyirəm” demir, səni istəmirəm deyir. Bu seçici olaraq onun haqqıdır. Mən Rauf Arifoğlunu məğlub sayıram, demirəm MSK mütləq şəkildə mənim xeyrimə həll edəcək məsələni. Sadəcə, bunu hamı yaxşı bilir ki, o məğlubdur”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar