Sizin Reklam Burada
Xəbər lenti
20-05-2024
19-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin 1-ci Konqresi davam edir

Tarix: 10-05-2024 17:04     Baxış: 388 A- / A+
 
9-12 May 2024-cü il tarixlərində Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin 1-ci Konqresi, Cərrahiyyə və Əməliyyatxana Tibb Bacılarının 1-ci Konqresi və 10-cu Bakı Beynəlxalq Tibbi Treninq Günləri keçirilir.
Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin 1-ci Konqresi, Cərrahiyyə və Əməliyyatxana Tibb Bacılarının 1-ci Konqresi və 10-cu Bakı Beynəlxalq Tibbi Treninq Günlərində iştirak edən Milli Məclisin üzvü Müşfiq Məmmədli Manevr.az-a açıqlamasında bildirdi ki, 
300 yerli, 150 xarici iştirakçının qatıldığı tədbir 4 gün davam edəcək:
"Konqresdə 20 xarici və 80-dən çox yerli mütəxəssislərin laparoskopik və bariatrik cərrahiyyə, ginekologiya, urologiya, endoskopiya, invaziv radiologiya və tibb bacılığı üzrə maraqlı məruzələr və panel diskussiyalar təşkil edilir. Bununla yanaşı canlı cərrahiyyə kursları çərçivəsində Azərbaycanın ən qabaqcıl 6 klinikasında 20-dən çox canlı cərrahiyyə əməliyyatı icra edilərək konqres zalına translyasiya edilib. 
Eləcə də 200 nəfər iştirakçı üçün 15 ixtisas üzrə tibbi treninq kursları və ustad dərsləri də təşkil olunub. Azərbaycanda ilk dəfə Türkiyə Cərrahi Həmşirəliyi dərnəyinin dəstəyi ilə təşkil olunan Tibb Bacıları konqresi çərçivəsində də Azərbaycanın bütün regionlarında gələn 100-dən çox tibb bacısı üçün maraqlı seminarlar və treninq kursları planlaşdırılıb", M.Məmmədli qeyd edib.


Natəvan Qocayeva,
Manevr.az


 








Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar