Sizin Reklam Burada
Xəbər lenti
20-05-2024
19-05-2024
BÜTÜN XƏBƏRLƏR

Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA

Tarix: 10-05-2024 19:03     Baxış: 461 A- / A+

Bakıda 4 dostun oteldə zəhərlənməsi mövzusu hələ də gündəmdədir. Ailələr dostların oteldəki qidadan zəhərləndiklərini iddia etsələr də, 1 saylı Şəhər Klinik Xəstəxanasının həkimləri bu zəhərlənmədə şübhəli məqamların olduğunu istisna etmir. Bundan başqa, iddia olunur ki, gənclər potensiyanı artıran dərmanlarla spirtli içki qəbul ediblər, nəticədə ürəkləri dayanıb.
Qidadan və ya içkidən zəhərlənmə halında ani ölüm baş verə bilərmi? İçki ilə dərmanı qarışdırmağın fəsadı nədir?

Manevr.az bildirir ki, mövzunu globalinfo.az-a şərh edən tibb elmləri doktoru, həkim-cərrah Adil Qeybulla deyib ki, istənilən ölüm halı evdə, müxtəlif yerlərdə, o cümlədən stasionarda baş veribsə, bu, mütləq autopsiya edilməlidir.
Onun sözlərinə görə, ölümün birbaşa səbəbi ekspertizadan sonra məlum olur:
"İstər qidadan, istər alkoqoldan qəfləti ölüm mümkündür. Bunlar orqanizmdə həyatla bir araya sığmayan situasiyalara bağlıdır. Məsələn, qidadan zəhərləndikdən dərhal sonra baş verən ölüm halı xüsusilə vakulist xəstəliyindən baş verir. Bu, qida toksiki infeksiyalarıdır. Hansı ki, həmin mikrob müəyyən optimal dozalarda ölüm həddinə çatdıra bilir. Digər hal isə alkoqola bağlıdır. Alkoqol əgər texniki standartlardan kənar hazırlanıbsa, əlbəttə, orada müəyyən fəsadlar, o cümlədən də ölüm baş verə bilər. Müxtəlif versiyalar irəli sürülür. Hər halda son sözü Məhkəmə Tibbi Ekspertizası deməlidir".
A.Qeybulla deyib ki, ekspertiza rəyindən sonra konkret fikir bildirmək olar:
"Bəzən insanlar özləri müəyyən səhvlərə yol verə bilirlər. Məsələn, əgər hansısa spirtli içki ilə birgə dərman da qəbul ediblərsə, o zaman faktiki olaraq məsuliyyət həmin şəxslərin öz üzərinə düşür. Burada qəsd və xüsusilə də hüquqi məsuliyyət yaradan ciddi bir səhlənkarlıq varsa, əlbəttə, həmin işdə məsul olan kəslər məsuliyyət daşıyırlar. Gənclərin nədən ölməsi ilə bağlı çox iddia ortaya atıla bilər, amma hər biri konkret araşdırılmalıdır. Şayiələr ona görə ortaya çıxır ki, ölümün səbəbi hələ araşdırılmayıb".
Redaksiya deyilənlərlə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazır olduğunu bildirir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar