Sizin Reklam Burada
Xəbər lenti
03-06-2024
02-06-2024
BÜTÜN XƏBƏRLƏR

Ağdamda lüks mənzillər satışa çıxarıldı - Qiymət

Tarix: 10-05-2024 17:37     Baxış: 396 A- / A+

Park Hill MTK işğaldan azad olunmuş Ağdam şəhərində inşa edilən “Park Qarabağ” yaşayış kompleksində lüks mənzillərin satışına başlayıb. Bununla bağlı MTK sosial şəbəkələrdə elanlar yerləşdirib.
Manevr.az Yenisabah.az-a istinadla xəbər verir ki, sözügedən MTK tərəfindən hazırda 3 otaqlı mənzillərin satışı həyata keçirilir. 135 kvadratmetr sahəyə malik olan mənzillərə sahib olmaq istəyən müştərilər ilkin olaraq evin ümumi dəyərinin 30 faizini ödəməlidir. MTK ilə müştəri arasında əldə olunmuş razılığa uyğun olaraq, yerdə qalan məbləği 36-48 ay ərzində faizsiz ödəmək mümkündür.
MTK-da bildirilib ki, mənzillərin 1 kvadratmetri tam təmirli şəkildə 1300 manatdan başlayan qiymətlərlə təklif olunur. Yaşayış kompleksi 2025-ci ilin mayına qədər hazır olacaq. MTK mənzillərin keyfiyyətinə təminat verir.

Qeyd edək ki, işğaldan azad edilmiş rayonlarda qeydiyyatda olan məcburi köçkünlər ailə üzvlərinin sayına uyğun olaraq, dövlət tərəfindən evlə təmin edilirlər. Özəl şirkətlər tərəfindən satışa çıxarılan mənzillərə sahib olmaq istəyənlərdən həmin rayona qeydiyyat tələb olunmur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar