Fidan Abdurəhmanovanın “Yuxulu mələklər” kitabı işıq üzü görüb
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Fidan Abdurəhmanovanın zəlzələdə həlak olan uşaqların xatirəsinə ithaf etdiyi “Yuxulu mələklər” adlı hekayələr kitabı işıq üzü görüb.
Manevr.az xəbər verir ki, kitabın naşiri və redaktoru Qəşəm İsabəylidir. “Könül coğrafiyamızın ortaq duyğusu ilə qələmə alınmış hekayələr” sərlövhəli Ön söz “Uşaq və Gənclik Ədəbiyyatı Yazarları Birliyi”nin qurucusu və başqanı Bican Veysəl Yıldıza məxsusdur. Redaktoru isə Ağdam rayonu, 1 saylı orta məktəbin müəllimi Aslanova Könül Məhərrəm qızıdır. 36 səhifəlik kitab “Şirvannəşr” nəşriyyatında çap olunub. “Yerdən göyə qalxan günəş”, “Möcüzə”, “Göy üzündə”, “Artıq uşaq” və “Bir ovuc saç” başlıqlı hekayələrdə zəlzələdə faciə yaşamış uşaqların obrazları yaradılıb.
Gülnar Səma Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi.