Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağ ssenarisi hazırdır: Nikolun yeni oyun təklifi... - Tarasov

Tarix: 12-02-2020 13:24     Baxış: 3192 A- / A+
Qarabağ ssenarisi hazırdır: Nikolun yeni oyun təklifi... - Tarasov

Cenevrədə 11 saatlıq danışıqlar o deməkdir ki, dialoq üçün predmet var, masa üzərində olan ssenari mövcuddur.

Manevr.az xəbər verir ki, bunu Ermənistan mətbuatına açıqlamasında rusiyalı politoloq Stanislav Tarasov deyib.

“Qarabağ konflikti ilə bağlı danışıqlar prosesində artıq dəyişiklik var. Əminəm ki, müzakirə olunan sənəd layihəsi mövcuddur. Bununla bağlı tərəflər heç nə açıqlamırlar və məxfilik prinsipinə əməl edirlər. Tərəflər arasında sərt diskussiyalar gedir”, – deyə o bildirib.

Onun sözlərinə görə, Azərbaycanın mövqeyi aydındır:
“Bakı birmənalı şəkildə ölkənin ərazi bütövlüyünün bərpa olunmağını istəyir və danışıqlar masası arxasında kompromislər axtarır. Tərəflər qeyd edirlər ki, Madrid prinsipləri hüquqi sənəd deyil, onlar danışıqlar üçün əsas kimi qəbul edilib. Azərbaycan və Ermənistan işarə edib ki, Madrid prinsiplərindən razı deyillər, amma istənilən halda onlar bundan imtina etmirlər. Əgər tərəflər danışıqları davam etdirsələr, bu o deməkdir ki, Madrid prinsiplərinin modernləşdirilib-modernləşdirilməməsindən asılı olamayaraq, onlar işləyir.

Paşinyan yeni oyun təklif edir. Mən bunu ikili standart adlandırıram və düşünürəm ki, Azərbaycan daha davamlı və dəqiq siyasət yürüdür. İrəvanın mövqeyi hələ də anlaşılmazdır”.axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar