Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Britaniyanın İrandakı səfiri saxlanıldı - SON DƏDİQƏ (ŞƏKİL)

Tarix: 12-01-2020 06:35     Baxış: 3217 A- / A+
Britaniyanın İrandakı səfiri saxlanıldı

Britaniyanın İrandakı səfiri Robert Makera şənbə günü İranın paytaxtı Tehranda keçirilən etiraz aksiyalarının təşkilinə, aksiyalarda iştirak etdiyi, həmçinin burada bir çox görüntüləri çəkərək sosial mediada yaydığına görə bir neçə saatlıq saxlanılıb.

Manevr.az bu barədə haberler.com-a istinadən məlumat verir.

Məlumata görə, səfir 12 yanvarda (bazar günü) etdiyi əmələ görə izahat verməsi üçün İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Qeyd edək ki, bir neçə saat öncə İranda tələbələrin hazırkı hökumətə qarşı etiraz aksiyası keçirilib.

Britaniyanın İrandakı səfiri saxlanıldı

Robert Makera

Tehranda Ukrayna təyyarəsinin İran tərəfindən vurulması nəticəsində həlak olanların xatirəsinə ehtiram nümayiş etdirmək üçün küçələrə çıxan tələbələr, sonradan bu yürüşü etiraz aksiyasına çeviriblər.

Onlar İran rejiminə qarşı sərt şüarlar səsləndirib, ölkə rəhbərliyinin istefasını tələb ediblər.

Ölkənin hüquq-mühafizə orqanlarının xüsusi qüvvələri etirazçıların olduğu əraziyə göndərilib, onlar nümayişi dağıdıblar.

Etirazçılar bundan başqa ötən həftə ABŞ hərbçiləri tərəfindən öldürülən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qanadının komandiri, general Qasım Süleymaninin portretini cırıb, onun qatil olduğunu bildiriblər.

Britaniyanın İrandakı səfiri saxlanıldı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar