Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Hikmət Hacıyev: Atəşkəs sülh deyil

Tarix: 12-05-2019 19:47     Baxış: 2275 A- / A+
Hikmət Hacıyev: Atəşkəs sülh deyil

“Ermənistan gücdən istifadə edərək Azərbaycan ərazilərini işğal edib. İşğal olunmuş ərazilərdə bir milyondan artıq azərbaycanlı qanlı etnik təmizləməyə məruz qalıb və 25 ildən artıq müddətdə onlar qaçqın və məcburi köçkün statusunda yaşamaq məcburiyyətindədirlər. Ermənistanın Azərbaycana qarşı təcavüzü həmçinin mülki insanlara qarşı çoxsaylı hərbi cinayətlərlə müşayiət olunmuşdur”.

Bu fikirləri Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın baş naziri Nikol Paşinyanın atəşkəsin 25 illiyi ilə əlaqədar verdiyi açıqlamasını şərh edərək bildirib.

O, qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə əlaqədar qəbul etdiyi dörd qətnaməsində Ermənistanın Azərbaycana qarşı gücdən istifadə etməsi pislənilir, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması bir daha təsdiq olunur, işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılması tələb olunur:

“Atəşkəs sülh deyil. Ermənistan rəhbərliyi tərəfindən də etiraf olunur ki, 25 il keçməsinə baxmayaraq atəşkəs davamlı sülhə çevrilməmişdir. Bu müddət ərzində atəşkəsin davamlı sülhə çevrilə bilməməsinin əsas səbəbi Ermənistanın işğalçılıq siyasətini davam etdirməsidir.

Danışıqlar prosesinin formatı dəyişməzdir. Danışıqlar münaqişə tərəfləri olan Ermənistan və Azərbaycan arasında aparılır.

Ermənistan tərəfi həqiqətən regionda davamlı sülhün təmin olunmasını istəyirsə, mövcud format əsasında danışıqlar prosesində konstruktiv şəkildə iştirak etməli, BMT TŞ-ın qətnamələrinin tələblərinə uyğun olaraq öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalı, azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasına mane olmamalıdır. Yalnız bundan sonra regionda davamlı sülh təmin oluna bilər”.oxu.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar