Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan hökuməti: Anjey Kaspşik aşkar qərəzli mövqedən çıxış edir

Tarix: 05-03-2019 18:50     Baxış: 4251 A- / A+
Azərbaycan hökuməti: Anjey Kaspşik aşkar qərəzli mövqedən çıxış edir

2018-ci ildə Minsk qrupu həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin fəaliyyəti izlənilib, onlar tərəfindən verilən bəyanatlar təhlil edilib, Azərbaycan rəhbərliyinə məruzələr edilib.

Manevr.az
-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatda yer alıb.
Bildirilib ki, hesabat ili ərzində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisi tərəfindən Ermənistan-Azərbaycan sərhədi və təmas xəttində ümumilikdə 24 monitorinq keçirilib.

Qeyd olunub ki, 2018-ci il ərzində ofisin fəaliyyəti, o cümlədən şəxsi nümayəndə Anjey Kaspşikin hazırladığı məruzələr təhlil edilib: “Bu günədək Kaspşikin hazırladığı məruzələrin təhlili onun aşkar qərəzli mövqedən çıxış etdiyini göstərir. Belə ki, həmin məruzələrdə əks olunan məlumatlar davamlı olaraq münaqişənin tarixini, danışıqlar prosesinin məqsəd və mahiyyətini təhrif edir, həmçinin Ermənistanın işğal edilmiş ərazilərimizdə yaratdığı qanunsuz rejimin təbliğinə, bu rejimi “tərəf” kimi təqdim etməsinə xidmət edən “NK side”, “President of NK”, “Minister of Foreign Affairs of NK”, “Servicemen of NK” və s. ifadələrdən istifadə olunur. Qeyd olunan məruzələrin ilkin versiyalarına tərəfimizdən təqdim edilən rəylərdə bu qərəzli məqamların aradan götürülməsi məsələsi şifahi və yazılı şəkildə qarşı tərəfə bildirilməsinə baxmayaraq, demək olar ki, yuxarıda göstərilən tələblər ofis tərəfindən yerinə yetirilməyib”.ölkə.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar