Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Əliyevin Rusiyada “hamının hamıya” təklifinin səbəbi

Tarix: 09-12-2018 12:14     Baxış: 3250 A- / A+
Əliyevin Rusiyada “hamının hamıya” təklifinin səbəbi

MDB dövlət başçılarının Sankt-Peterburq zirvə toplantısında Azərbaycan və Rusiya prezidentlərinin görüşü çox mühüm əhəmiyyətə malikdir.

Bu sözləri axar.az-a MDB dövlət başçılarının Sankt-Peterburq görüşü haqda danışan “Baku Netvörk” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib. Ekspert sözügedən görüşdə Azərbaycan-Rusiya münasibətlərinin müzakirə olunduğunu və Dağlıq Qarabağ məsələsinin həlli yollarının araşdırıldığını deyib:

“Liderlər arasında görüşün olduqca səmimi keçməsi və Mariinski Teatrında “Şelkunçik” balet tamaşasında liderlərin münasibətini əks etdirən foto Azərbaycan-Rusiya əlaqələri və bunun siyasi proseslərdə səmərəli nəticə verəcəyindən xəbər verir. Görüşə daha sonra Paşinyanın da qatılması Qarabağla bağlı yeni danışıqların aparılmasına bir hazırlıq məqsədi daşıyırdı. Belə ki, bu hazırlıq mərhələsində ilk müzakirə mövzusu atəşkəsin saxlanılması, ikincisi isə girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi oldu. Əslində, Azərbaycan ikinci istiqamətdə humanist bir addım ataraq İrəvana daha öncə etdiyi təklifini yeniləmiş oldu”.

Politoloqun sözlərinə görə, Azərbaycan Prezidentinin Sankt-Peterburqda bu məsələni yenidən qaldırması çox ciddi diplomatik addım idi:

“Bu addım həm də birbaşa İrəvana mesaj idi. Yəni Qarabağla bağlı gələcək danışıqlar İrəvanın Bakının addımına hansı şəkildə cavab verəcəyindən asılıdır. Bu, çox önəmli məsələdir”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar