Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bu pendirlər XƏRÇƏNG YARADIR - Dietoloqdan ŞOK XƏBƏRDARLIQ

Tarix: 25-02-2019 12:37     Baxış: 3261 A- / A+
Bu pendirlər XƏRÇƏNG YARADIR - Dietoloqdan ŞOK XƏBƏRDARLIQ


Avropa Alimlər İttifaqının mütəxəssisləri apardıqları uzun araşdırmalar nəticəsində müəyyən edib ki, kiflənmiş pendir qocalma prosesini ləngidir. Onların sözlərinə görə, bu pendirin tərkibində spermidin maddəsinin bolluğu hüceyrələrin toksindən təmizlənməsinə gətirib çıxarır. Nəticədə ürək əzələləri daha yaxşı işləyir və qan təzyiqi aşağı düşür.

Türkiyəli dietoloq Cansu Arslan isə üstü qırmızı, qara və bej rəngli kiflənmiş pendirin insan sağlamlığına ciddi fəsadlar verə biləcəyini, hətta xərçəngə səbəb ola biləcəyini iddia edib.

"Penisilinə qarşı allergiyası olanlar, təzyiq və böyrək problemi olan xəstələr, hamilələr, miqrendən əziyyət çəkənlər, xüsusilə kimyəvi müalicə alan xəstələr qırmızı, qara rəngli kifli pendirdən istifadə edə bilməz.

Pendir zülal-yağ dəyəri yüksək bir qidadır. Dünyada fransızların məşhur "Rokfor" pendiri, İngilislərin "Blue Cheese" pendiri, İtalyanların "Gorgonzola" pendiri qidalandırıcı kifli pendirdir. Kifli pendir növləri yaxşı şəraitdə istehsal edildiyi müddətdə heç bir problem yoxdur".

Dietoloqun sözlərinə görə, gündə 30 qram (bir yumurta boyda) yüksək keyfiyyətdə hazırlanmış kifli pendir isə faydalıdır:

"Kifli pendir gigiyenik baxımdan təmiz südlərdən hazırlanmalı, yetişmə dövründə temperatur və rütubət səviyyəsi düzgün təyin edilməlidir. Yetkinləşmə mərhələsində pendir zirzəmilərdə, mağaralarda və ya gil qabda küldə basdırılmış şəkildə saxlanılır". (publika.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar