Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Varlıdan oğurlayıb kasıba verən "Zerkalo Klara": Gözəlliyi ilə hamını ovsunlayırdı... - REPORTAJ

Tarix: 11-12-2018 18:06     Baxış: 2584 A- / A+
Varlıdan oğurlayıb kasıba verən "Zerkalo Klara": Gözəlliyi ilə hamını ovsunlayırdı... - REPORTAJ


Əslən bakılı olan "qanuni oğru” Ağa Bakinskinin məzarından reportaj edərkən təsadüfən mollanın Keşlə qəbiristanlığında başqa kriminal avtoritetlərin məzarının olduğuna da toxunması diqqətimi çəkdi. Dərhal sözünü ağzında qoyub tez mətləbə keçdim.


-Ciddi deyirsiniz? Kimdir ki, o ?

Molla tez cibindən bir siqaret çıxarıb yandırmağa çalışdı. Lakin alışqan işləmədiyi üçün siqareti qaytarıb cibinə qoydu. Və başqa şeylərdən danışmağa başladı.
-Bu qəbiristanlıqda hər cür insan dəfn olunub. Allah hamısına rəhmət eləsin. Mən də xeyli vaxtdır burda işləyirəm. Bütün günü onlara dua oxuyuram.
"Varlıdan oğurlayıb kasıba verirmiş”
Artıq sualımdan yayındığını hiss edirdim, ona görə də bir az kobudluq edib təkrar soruşdum:
-Axı biz bundan danışmırdıq. Kim var burda başqa "oğru”lardan?
-Əşi, nəyinə lazımdır? Sən Bakinskini axtarırdın, tapdın, çəkdin, indi çıx get.
Nəhayət söhbəti mətləbə gətirə bildim:
-Hə, indi kim olduğunu deyəcəksən?
-Gəl, sənə "Cibgir Klara”nın məzarını göstərəcəyəm. Çox qeyrətli qadın olub. Yəqin onu tanıyırsan, belə görürəm ki, məlumatlısan.
-Hə, az-çox məlumatım var.
-O, o qədər gözəl olub ki, ona "Zerkalo” deyirmişlər. Adam heç vaxt kasıbdan oğurlamayıb. Hətta o varlıdan, imkanlıdan oğurlayıb kasıba, imkansıza verirmiş, başa düşürsən? Bu, heç bir kişinin işi deyil, nəinki qadının. Bilirsən özü də kasıba elə əl tuturmuş ki, heç kim bilmirmiş ona əl tutan kimdi. Bu gün kimsə kiməsə 5 manat kömək edəndə, hörmət edəndə min dəfə üzünə vurur. Amma o, belə insan imiş...
-Onun dəfnini necə xatırlayırsınız? Burdaydınızmı həmin gün?
-Hə, əlbəttə. O, dəfn olunan günü hər kəs burdaydı. Onu istəyən hər kəs. Mən də burdaydım. Yağış yağmışdı həmin gün. Qəbiristanlıq da palçıq idi. Hamı islana- islana onun dəfninə gəlmişdi. Yağış yağsa da sanki günəşli bir gündəki kimi insanlar gəlib yağışın altında onun dəfnində iştirak edirdi. Mən də islanmışdım həmin gün, amma dəfndən sonra ayıldım elə bil. Hamı onun üçün dua edir, hər kəs pıçıltı ilə onun köməklik etdiyi insanlardan, onun xeyirxah əməlindən danışırdı.
Hətta dəfndə iştirak edənlərin çoxu elə məhz onun köməyi dəymiş insanlar idi. Qardaş, elə şeylər danışırdılar ki, adamın tükləri qabarırdı. İnsan da bu qədər səxavətli olarmı? Bu gün qardaş qardaşına bir manat vermir, amma o, yüzlərlə, minlərlə manatı kasıba, imkansıza verirmiş.

Bilirsən ki, oğurluq günahdır. Bunu demək lazımdır, amma bəzi əməllər var ki, günaha yazılmır. Varlı onsuz da varlıdır, o pul onun üçün heç nədir. Amma onu varlıdan oğurlayıb kasıba paylamaq hər adamın işi deyil.
Səni inandırım ki, onun dəfnində bir adam iki "lapatka” torpaq ata bilmədi onun qəbrinə. "Lapatka” bütün qəbiristanlıqdakı izdihamda itmişdi. Hamı onun məzarına torpaq atmağa çalışırdı. Cənazəsi onun kömək etdiyi insanların çiyinində gəldi qəbiristanlığa.
"Məzarına gələn yoxdur”
Başımız necə söhbətə qarışmışdısa, artıq gəlib çatmışdıq məzarın yanına. Söhbəti davam etdirib sual verməyə davam etdim:
- Ziyarətinə gələn var?
-Hə, bax burda artıq, Qəribi ağlamaq tutdu. Eşitmisən o misalı?
Yenidən cibindən siqareti çıxardıb yenə yandırmağa çalışdı. Bu dəfə alındı. Bir iki tüstü alıb sözə başladı:

- Yox, xeyli vaxtdır onun məzarına gələn yoxdur. İnanırsan ki, onun dəfnində gördüklərimdən, eşitdiklərimdən sonra necə təsirlənmişəmsə, özüm hər həftə ona "Quran” oxuyuram. Gəlib məzarının tozunu təmizləyirəm.
Allah cəmi ölənlərə rəhmət eləsin, yəqin kimsəsi yoxdur gəlsin, getsin. Əvvəllər arabir bir ailə gəlirdi, ziyarət edirdi. Təmizlik edirdi, xeyli olar, hətta aylar olar ki, heç kim gəlmir. Bizim hacının da onlara hörməti var. İnandırım səni ki, onların dəfninə də heç bir qapa qəpik pul almayıb. Hamısını xərclərini də öz cibindən çəkib. Ona dəfələrlə pul da təklif olunub, mal-mülk də, amma o hacı halal adamdı. Heç birini götürməyib. Bizim də borcumuzdur ki, kasıbın, xalqın tərəfində duran, xalqa kömək edən insanların hörmətini saxlamaq. İşdi bura qədər gəlmisən, əziyyət çəkmisən, çox sağ ol. Gəl bu küncdə də başqa bir "qanuni oğru” dəfn olunub. Onun da hekayəsini sənə danışım, onun də məzarını çək...
Mənim üçün həqiqətən bu ziyarət çox məhsuldar oldu. Söhbətləşə-söhbətləşə növbəti reportajımı hazırlamaq üçün qəbiristanlığın digər küncünə, digər "qanuni oğru”nun məzarına gəldik.../cebheinfo/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar