Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Xocalı faciəsinin 25 illiyi ilə əlaqədar silsilə tədbirlərə start verilib -FOTOLAR

Tarix: 20-02-2017 16:48     Baxış: 2549 A- / A+
Xocalı faciəsinin 25 illiyi ilə əlaqədar silsilə tədbirlərə start verilib
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində Xocalı faciəsinin 25 illiyi ilə əlaqədar silsilə tədbirlərə start verilib.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin mətbuat xidmətindən Manevr.az-a verilən xəbərə görə, Sumqayıt şəhərinin Tarixi Muzeyində tərtib olunan sərgidə Xocalıda törədilmiş qanlı hadisələri özündə əks etdirən fotoşəkillər, faciənin minlərlə qurbanlarından biri Mələk Əyyubovanın muzeyin fondunda mühafizə olunan şəxsi arxivindən materiallar, müxtəlif rus, ingilis və azərbaycan dillərində çap olunmuş jurnallar, təsviri incəsənət nümünələri nümayiş olunub.

S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsində də Xocalı faciəsinin qurbanları anılıb. Uşaq şöbəsində keçirilən xatirə gecəsi və poeziya dəqiqilərində oxuculara faciə haqqında geniş məlumat, “Xocalı qan yaddaşımızdır” adlı kitab sərgisindən biblioqrafik xülasə verilib. Daha sonra oxucuların ifasında faciəyə həsr olunmuş şeirlər dinlənilib.

Zəngilan rayon Tarix Diyarşünaslıq Muzeyində “Xocalının səsi” adlı rəsm əsərlərindən ibarət sərgi təşkil olunub. Sərgidə Xocalı faciəsini əks etdirən rəsm əsərləri nümayiş olunub.

Zəngilan rayon nümayəndəliyinin baş məsləhətçisi Mehman Nəsirov sərgiyə qatılaraq faciə haqqında ətraflı məlumat verib, tariximizin qara səhifəsini kətana köçürən şagirdlərə təşəkkür edib.

Şuşa rayon nümayəndəliyinin Uşaq İncəsənət Məktəbində Xocalının mənzərələrini və müdhiş faciəni əks etdirən rəsm sərgisi təşkil olunub. Sərgidə İncəsənət məktəbi şagirdlərinin 25 sulu boya, qrafika, və estamp texnikasında işlənmiş rəsm əsərləri nümayiş olunub.

Simarə Dərgahovanın
"Ana fəryadı", Tamerlan Rzazadənin “Xocalı faciəsi”, Aylan Bayramlının "Qan yaddaşı" və digər şagirdlərin əl işləri maraqla izlənilib.

Şuşa rayon nümayəndəliyinin baş məsləhətçisi Zahid Abbasov, Uşaq İncəsənət Məktəbinin direktoru Mirkamil Ağamirov, Dövlət Rəsm Qalereyasının direktoru Rövşən Bayramov və digər qonaqlar sərgi ilə ilə yaxından tanış olublar.

Xocalı faciəsinin 25 illiyi ilə əlaqədar silsilə tədbirlərə start verilib
Xocalı faciəsinin 25 illiyi ilə əlaqədar silsilə tədbirlərə start verilib
Xocalı faciəsinin 25 illiyi ilə əlaqədar silsilə tədbirlərə start verilib
Xocalı faciəsinin 25 illiyi ilə əlaqədar silsilə tədbirlərə start verilib
Xocalı faciəsinin 25 illiyi ilə əlaqədar silsilə tədbirlərə start verilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar