Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Mədəniyyət müəssisələrində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd edilib - ŞƏKİLLƏR

Tarix: 03-06-2019 12:01     Baxış: 2493 A- / A+
Mədəniyyət müəssisələrində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd edilib

Sumqayıt şəhər C.Cabbarlı adına Mədəniyyət evinin özfəaliyyət kollektivi 4 saylı uşaq bağçasında “Siz bizim gələcəyimizsiniz” adlı konsert keçirib. Konsertdə uşaqlarının ifasında seirlər, mədəniyyət evinin solistləri Əli Əzizoğlu, Əliağa tapdıqlı, Pənah Məmmədlinin ifasında şən mahnılar, solo gitarada Samir Əlizadə və Samir Tapdıqovun ifasında “Popuri” dinlənilib, “Solnışko” rəqs qrupunun ifasında vals, “Turan” milli rəqs qrupunun ifasında “Dağlar gözəli” və “Ləzginka” rəqs nömrə\ləri izlənilib.

4 saylı Diyarşünaslıq klubunun kollektivi Poeziya evində konsert proqramı təşkil edib. Nağıl qəhrəmanlarının aparıcılığı ilə keçən tədbirdə klubun“Buratino” rəqs qrupu “Buratino”, “Alleqro” rəqs qrupu hind rəqslərini nümayiş etdiriblər. Klubun solistləri Aslan Nuri və Güllü Əliyevanın ifasında “Sən ey uşaqlıq”, Günəşim mahnı qrupunun ifasında “Günəş” və “Dostluq” mahnıları maraqla dinlənilib. .Tədbirin sonunda klubun fəal üzvləri fəxri fərmanla təltif olunublar.

Mərkəzi Uşaq Kitabxanasında “Uşaqlar - cahanın yaraşığı, gələcəyin ünvanı” adlı səhərcik keçirilib. Tədbirdə uşaqların ifasında doğma Vətənə, anaya, sülhə, həsr olunan şən mahnılar, rəqslər, şeirlər, səhnəciklər tədbir iştirakçılarına xoş təsir bağışlayıb. Daha sonra birincilər Z.Xəlilin “Mən tülküyəm” və V.Suteyevin “Kim “myau” dedi” nağılları əsasında hazırlanmışı kukla tamaşasını böyük maraqla izləyıblər.

Bülbül adına Uşaq İncəsənət Məktəbində konsert keçirilib. Konsertdə məktəbin şagirlərinin ifasında F.Əmirovun “Lirik rəqs” M.Mirzoyevin “Aşıqsayağı”, Masaraşvilinin “Karvan”, Ə.Camalın “Batabat yaylıqları”, Q.Qarayevin “Yürüş”, İ.Abdullayevin “Qərənfil” və digər dunya və Azərbaycan bəstəkarlarının əsərləri dinlənilib.

Q.Qarayev adına 1№li Uşaq Musiqi məktəbində fortepiano müəllimi Sevda Ələkbərlinin sinif konserti keçirilib. Konsertdə şagirdlər Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa edib, mahnılar oxuyub və musiqili səhnəciklər göstəriblər.

F.Əmirov adına uşaq musiqi məktəbində keçirilən tədbirdə məktəbin xor kollektivinin, fortepiano və saz, şöbəsi şagirdlərinin bir-birindən maraqlı ifası alqışlarla qarşılanıb.

Zəngilan Rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi Bakı şəhər Nərimanov rayon 37 saylı Körpələr evi və uşaq bagçası ilə birlikdə tədbir keçirib. Tədbirdə usaqlar seirlər söyləyib, mahnı oxuyub, rəqs ediblər.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti

Mədəniyyət müəssisələrində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd edilib
Mədəniyyət müəssisələrində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd edilib
Mədəniyyət müəssisələrində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd edilib
Mədəniyyət müəssisələrində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd edilib
Mədəniyyət müəssisələrində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd edilib
Mədəniyyət müəssisələrində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd edilib
Mədəniyyət müəssisələrində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd edilib
Mədəniyyət müəssisələrində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd edilib
Mədəniyyət müəssisələrində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd edilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar