Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Mehman Şükürov mədəniyyət işçilərinə mühüm tapşırıqlar verdi

Tarix: 18-04-2018 16:40     Baxış: 3731 A- / A+
Mehman Şükürov mədəniyyət işçilərinə mühüm tapşırıqlar verdi


Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov Sumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbində mədəniyyət işçiləri ilə görüş keçirib.

Manevr.az-ın verdiyi xəbərə görə, görüş zamanı çıxış edən idarə rəisi Ulu öndər Heydər Əliyevin 95 illiyi, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Xalq Çalğı Alətləri Orkestri və Xor kollektivinin konserti və “Buta” qızlar ansamblının təqdimatı ilə bağlı hazırlıq işlərindən danışıb, müvafiq tapşırıqlar verib.

Sumqayıtın mədəniyyət müəssisələrini əhatə edən problemlər, onların həlli yolları və görüləcək işlər haqqında da fikirlərini bildirən Mehman Şükürov şəhərimizdə son aylarda keçirilən yüksək səviyyəli tədbirlərdən danışaraq bildirib ki, belə tədbirlərin sayı artırılmalıdır.

İdarə rəisi həmçinin, şəhərin turizm potensialı, turizm–ekskuriya işinin inkişafı ilə bağlı irad və təkliflərini bildirib, mövsüm açılışı ilə əlaqədar şəhər daxili və ölkə daxili turlara start verməyin vacibliyini vurğulayıb.

Sonra Ə.Bakıxanov adına uşaq incəsənət məktəbinin direktoru Əməkdar Mədəniyyət İşçisi Vaqif Süleymanov, N.Nərimanov adına mədəniyyət mərkəzinin direktoru Samir Şəfiyev və digərləri çıxış ediblər.

Mehman Şükürov mədəniyyət işçilərinin fikir və təkliflərini dinləyib, tapşırıqlarını verib.

Mehman Şükürov mədəniyyət işçilərinə mühüm tapşırıqlar verdi
Mehman Şükürov mədəniyyət işçilərinə mühüm tapşırıqlar verdi
Mehman Şükürov mədəniyyət işçilərinə mühüm tapşırıqlar verdi
Mehman Şükürov mədəniyyət işçilərinə mühüm tapşırıqlar verdi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar